Uşaqları sərgilərə, muzeylərə aparmaq, hər mövzunu vizual üsullar işlədərək izah etmək əhəmiyyətlidir. Tarix, coğrafiya, hər mövzuda muzeylərdə izah edilə bilər.
Taxta stullar üzərində, havasız siniflərdə deyil, filmlərdən istifadə edərək, bağçada sevinc içində söhbət edərək təşkil edilmiş təhsil sistemi olmalıdır. Uşaq məktəbə getməyi əziyyət kimi deyil, ümumi biliyinin, keyfiyyətinin artacağını bildiyi əyləncə olaraq görməlidir. Bu zaman öyrəndiyini unutmaz. Mənanı unutduran təhsil sistemi olduqda uşaq dərinlik ala bilmir, sevgisizlik yayılır, fəlakət addım-addım inkişaf edir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Allahı inkar edən darvinist fəlsəfənin dövlət əli ilə gənclərə öyrədilməsinə son verilməsi lazımdır. Hər yerdə Allahın sənəti izah edilməlidir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Möminlər Allahın sevgisini itirməkdən, Allahı incitməkdən qorxarlar. Beləliklə Allaha olan sevgilərini gücləndirər, daha yaxın olarlar.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Allah qorxusu, sevdiyini incitməkdən qorxmaqdır. Biz ən çox Allahı sevirik. Allah qorusun Onu incitdiyimiz zaman dəhşətli acı hissi yaşayarıq.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Hadisələri hər zaman ağıllı qiymətləndirmək lazımdır. Bəzən insanlar çoxsaylı kütlələrin təsiri altında qalaraq hərəkət edir. Təklikdə nəcib olmaq lazımdır.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Allah sevgisi və Allah qorxusu ilə sevgisizlik aradan qaldırılar. Allahı sevmədən insanların bir-birlərini həqiqətən sevmələri qeyri-mümkündür.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Sevgisizlik milli fəlakətdir. Dövlətin sevgisizliyin necə bəla olduğunu görüb buna görə mədəni tədbir alması lazımdır. Dövlətimiz sevgi səfərbərliyi başlatsın. Hər kəsin bir-birinə sevgi, mərhəmət göstərməsi lazımdır. İnsanları, bitkiləri, heyvanları sevmək əhəmiyyətlidir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Elektronlar nüvənin ətrafında minlərlə km. sürətlə fırlanır və heç biri digərinə dəymir. Atomda Allahın möhtəşəm sənəti var.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Atomlar təxminən 15 milyard ildir ki, mövcuddur və heyrətamiz sürətlə hərəkət edirlər, lakin nə atomlar, nə də atomaltı hissəciklər bir-birləri ilə heç toqquşmurlar.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Analar Allahın ən gözəl təcəllilərindən biridir. Ananı sevmək Allahın təcəllisini sevməkdir. Ana hər gün sidq-ürəkdən sevilər.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Bütün dünyanı yatırdan, eqoistliklə, sevgisizliklə məhv edən qaranlıq yorğan darvinizmdir. Biz bu darvinizmi yox edib dünyanı aydınlığa qovuşduracayıq.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
İnsanlara şəfqət və sevgi ilə yaxınlaşmaq, dost olmaq lazımdır. İman təbliği sevgi və mərhəmətlə edilər.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Həqiqətən sağlam yaşamaq Qurana tabe olmaqla mümkündür. Quran şəfadır. Qurana tabe olunduğu zaman kədərlənmə, ümidsizlik tamamilə aradan qalxar, insan sağlamlıq qazanar.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Qadınlar dünyadakı ən gözəl varlıqlardır. Allahın Camal adının ən mükəmməl təcəllisidir qadınlar. Mərhəmət, incəsənət, incəlik tərəfləri üstündür.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Keyfiyyət bütün dünyada insanların ruhuna xitab edən duyğudur. Hər insanın şüur altında keyfiyyət həsrəti var.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Xəstəlik xüsusi yaradılar. Sağlamlıq da, xəstəlik də Allahın sənətidir. Xəstəlik qarşısında mömin təvəkküllüdür. Xəstəlik insanın təkəbbür hərisliyini, özündən razılığını və dünyaya aludə olub Allahı unutma təhlükəsini aradan qaldırar. Xəstəlik Allahın ledün sənəti içində gözəllikdir, cənnətə vəsilə olar.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Şeytan darvinizm yolu ilə insanlarla sanki lağ edir. Hər şeyi təsadüflə izah etmək elm deyil, məntiqsizlikdir.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün şeytanın planlaşdırdığı sistemdir. Dərin düşünməyi, yaradıcı gücü yox edir və insanları keyidir. Mövhumatçı sistemin insanları boğmasına imkan verməyək. Quranın şən, azad, istiqanlı, mehriban, gözəl ruhu ilə dünyanı cənnətə döndərək.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Zövqsüzlük ürküdücü şeydir. İncəsənət və Keyfiyyət Nazirliyi yaradılıb çox güclü nəzarət həyata keçirilməlidir ki, zövqsüzlüyə imkan verilməsin. İncəsənəti, gözəlliyi aradan qaldırıb təkcə təməl ehtiyacları ödəyib yaşamaq mədəniyyəti hakim olduqda dünya sanki cəhənnəmə dönür.
(A9 TV; 13 may 2017)
Adnan Oktar
-
Bəyənilməyi, gözəl olmağı cinayət halına gətirdikdə insanların bir çoxu özünə diqqət yetirməkdən imtina edir. Bu zaman da gözəlliklər aradan qalxır.