Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır.
Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir.
(A9 TV; 5 oktyabr 2015)
Adnan Oktar
-
Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur.
(A9 TV; 3 oktyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.
(A9 TV; 3 oktyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.
(A9 TV; 3 oktyabr 2015)
Adnan Oktar
-
PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.
(A9 TV; 3 oktyabr 2015)
Adnan Oktar
-
Osmanlı imperiyasında darvinist materialist təhsil verilirdi. Darvinist təhsil nədir? Allahı inkar edirsən; "Allah yaratmadı, təsadüfən yarandın" deyirsən. Bu Osmanlı imperiyasında geniş və əhatəli şəkildə edilən böyük haram, böyük fəsad və fitnə idi. Eləcə də, Osmanlı imperiyasının dağılma səbəbi də bu idi.
(A9 TV; 2 oktyabr 2015)
Adnan Oktar
-
Şəhid ailələri, ən şərəfli insanlardır; Allahın nemətə qərq etdiyi o mübarək övladlarıyla qürur duya bilərlər. Çünki Allah onları birbaşa cənnətinə almışdır. Cənnət əhli olublar və cənnət quzusudurlar. Cənnət quzusunun anası olur, cənnət quzusunun atası olur. Bu nə qədər böyük gözəllik, nə qədər şərəfli analıq və atalıqdır. Allahın, həmin ana-ataya səbirlərindən ötrü verdiyi savabsa olduqca çoxdur.
(A9 TV; 2 oktyabr 2015)
Adnan Oktar
-
Bunu deyim ki, qadınlara azadlıq verilmədiyi müddətcə hər ölkə həlak olar. Bu mövzuda alınmış bir qərar var, bu Allah Qatındakı hökmüdür. Dünya baxımından da, bunun hökmü budur. Qadın əleyhdarı, qadına təzyiq və zülm göstərən hər sistem, hər hökumət, hər dövlət süqut edər, bunu bilməlidirlər.
(A9 TV; 2 oktyabr 2015)
Adnan Oktar
-
PKK-nın Türkiyədəki məqsədinin nə olduğu, nə üçün yaradıldığı tam bilinmir. Halbuki, Armageddonda, yəni böyük müsəlman qətliamında, Avropa öz qatillərindən istifadə etmək istəmir, ABŞ da öz qatillərindən istifadə etmək istəmir. PKK-lı qatillərdən istifadə etmək istəyirlər, professional qatillərdən.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Mükəmməl sevgi üçün, mükəmməl əxlaq lazımdır. Mükəmməl əxlaq üçün, mükəmməl Allah qorxusu lazımdır. Hamısı sevgi ilə əlaqəlidir və məqsədi sevgidir.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Quranla iç-içə yaşamaq üçün, O hər yerdə olmalıdır. Yanında olmalıdır, masanın üstündə olmalıdır, başının üstündə olmalıdır. Qurana çörək kimi, su kimi sarılmalısan.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
PKK necə ideoloji təhsil verirsə, türk əsgərinə, türk polisinə, türk gəncliyinə də ideoloji təhsil verilməlidir. "Milli birlik və həmrəylik necə olar? PKK təhlükəsi nədir? Kommunist təşkilatların xüsusiyyəti nədir? Kommunizm elmi cəhətdən özünə necə zəmin tapar? Fəlsəfəsi niyə səhv və yanlışdır? Darvinizm niyə əsassızdır?" Məktəblərdə bunlardan danışılmalıdır. Allah qorusun, əgər tərsi olsa Türkiyə adlı heç nə qalmaz.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Mövcud olub-olmamaq mübarizəsi var. Ya Türkiyə tamamilə yox olacaq, ya da ali olub, bütün İslam və türklük aləminə hakim olub, gözəl bir yerdə, özünə o müqəddəs liderliyi Allahın bəxş etməsini gözləyəcək.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Ən mühüm məsələ milli şüurdur. Türkiyə yox olduqdan sonra kimsə mühəndis olsa nə faydası olar? Bunun üçün də, tezliklə məktəblərdə milli şüur dərsi keçirilməlidir.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilməlidir. Həftədə üç saat təcrübəli müəllimlər tərəfindən, kommunist təhlükə, Türkiyənin bölünmə təhlükəsi, darvinizm təhlükəsi, materializm təhlükəsi, bütün bunların hamısını izah edən, həmçinin necə müqavimət aparılmalı olduğunu, necə cavab verilməli olduğunu izah edən dərslər də keçirilməlidir.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Sevgi Allahın təməl xüsusiyyətidir, dünyanın mənasıdır. Nifrət çox çətindir, insanı mənəvi və fiziki cəhətdən çökdürər. Cəmiyyəti çökdürər, həyatı çökdürər, iqtisadiyyatı çökdürər. Nifrət çox qorxuncdur.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Allahı maraqlandıran Özünə bəslənilən sevgidir. Dəli aşiq olmaq lazımdır. Ağlın ixtiyarı yox olmadan, qeybə iman etməklə olan sevgini Allah çox bəyənir.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Ye, iç, gəər kəs edər. Əziyyət olmalıdır, xəstəlik olmalıdır, çətinlik olmalıdır, bəlalar, dərdlər olmalıdır, lakin bunlara baxmayaraq, Allahı eşqlə sevməlisən. Allahın ən sevdiyi şey, məhz budur.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Küfr əhlinin bataqlığında yaşayan insanlar, o çirkdən ciddi olaraq ləkələnirlər. Bu, üstlərində görülür. Ətinə, sümüyünə, dərisinə, baxışına hər şeyinə əks olunur. O mərhəmətsiz dünyanın, mərhəmətsiz çirki hər yerinə bulaşmış olur. İslamı yaşamağa başladığında, bu çirk üstündən yavaş-yavaş yox olur.
(A9 TV; 1 oktyabr 2015)
Adnan Oktar
-
Əziyyət nə qədər çoxdursa, savab da o qədər çox olar. Hz. Mehdi (ə.s)-ın qarşılaşdığı çətinliklər saymaqla bitmir. Sayılan hər əziyyət, yuxarıya doğru bir pillədir. Məsələn, 1000 kilometrlik pillələr düşün, hər biri 1000 kilometrlik pillə olsun, dırmaşır və yenə dırmaşır, mənəvi mövqeyin ardı-arxası kəsilmir.