Türkiyənin Suriya siyasətinin Suriya dövlətinin və torpaqlarının bütövlüyünün qorunmasından yana olması lazımdır. Suriyadakı dövlətin tanınmasına və bu dövlətlə birlikdə, Rusiya, İran, Türkiyə ittifaq edərək birgə hərəkət etməyə ehtiyac var, yoxsa PKK leqal hala gələr. Suriya hökuməti toplanmalı, dövlətin başçısı, yəni Əsəd Məclisi toplamalı; "gəlin mənə kömək edin" deməlidir. Rusiya, İran və Türkiyə birgə yardım etməlidirlər. O zaman PKK-nın Suriyanı parçalamaq planı tamamilə aradan qalxar. Suriya dövlətinin tələbi də bu baş verdiyi üçün BMT, ABŞ və s. heç kim etiraz edə bilməz. Əgər Türkiyə, Suriya dövləti belə ittifaq etməsə bölgədə (Allah qorusun) kommunist PKK dövlətinin yaradılmasına istəmədən kömək etmiş olar. Bu ehtimalın tamamilə aradan qalxması üçün Suriyanın ərazi bütövlüyünün qorunması, bu qorunmanın təmin olunması üçün də Suriya dövləti ilə əlaqə yaradılması əsas şərtdir. Bu məsələdə Rusiya, Türkiyəyə vasitəçi ola bilər. İran, Türkiyə, Rusiya və Suriya rəhbərlikləri bir yerə toplanar, birgə qərar alar. Suriya dövləti bu məsələdə əməkdaşlıq etmək vicdani cəhətdən də, siyasi cəhətdən də doğru qərardır. Hökumətimiz bu məsələdə cəsur olsun, çəkinməsin. Suriyanın cinayət işlədiyi doğrudur, zülm olduğu doğrudur, lakin bu görüşün keçirilməsi üçün maneə deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İraq və s. hər bir ölkənin törətdiyi cinayətlər var. Bu məntiqlə yanaşsa Türkiyə heç kimlə dialoq qura bilməz. Ağıllı davranıb (PKK-nın bölgədən tamamilə silinməsi üçün) Suriya, Rusiya, İran və Türkiyənin əməkdaşlıq etməsini dəstəkləmək lazımdır.
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Qurana tabe olmaq, Qurandakı izahatı diqqətlə izləmək və anlamaq Allaha yaxınlaşdıran ən gözəl yoldur. Səbirdə qətiyyətli olmaq da insanın mükəmməl yetişdirilməsini təmin edər.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Hz. Mehdi dövründə Qurandakı himayədarlıq sistemi yaşanacağı üçün hər kəs bir-birinin dostu olacaq. Hər hansı şəhərdə bir evə gedən insan hər evdə o evdəkilərin qohumu kimi qarşılanacaq, lütf görəcək və qorunacaq.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
İran və İsrail bir-birini təhdid etmək əvəzinə dost olsunlar. Bölgənin iki güclü ölkəsi dost olsa çox gözəl hadisələr olar. Heç bir mövzuya qatı yanaşmamaq lazımdır. Düşmənçilik deyil, dostluq axtarmaq lazımdır.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Gənclər Tayyib hocama olan sevgilərini çox gözəl vurğulasınlar. Gözəl, keyfiyyətli şüarları, yaxşı nizamla coşğu ilə gündəmə gətirsinlər. Çox gur, dinamik, həyəcanlı AKP gəncləri yaradaq.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Milyonlarla müsəlman şəhid edilir. Həmişə əzilir, zülmə məruz qalır. Qanın dayanmamasına, hər gün axmasına insanlar sanki alışmış vəziyyətdədirlər. Lakin bu çox dəhşətli haldır. İslam Birliyi olsa tək damla qan axmaz, tək bir müsəlman haqsızlığa məruz qalmaz. İslam Birliyi mütləq olacaq, lakin ziyalı, müasir, Quran müsəlmanlığının liderliyində olacaq.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
İffət qadına heyrətamiz cəzbedicilik qazandırar. Bir dəliqanlının gənc qızla dostluğunda ən çox diqqət yetirəcəyi şey onun iffətini, namusunu, imanını qorumaq olmalıdır. Qarşındakı insana Allahın təcəllisi olaraq baxdığın zaman şirk aradan qalxar.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Tək bir ölkənin, bölgənin deyil, bütün İslam aləminin, bütün dünyanın xilas olması əhəmiyyətlidir. Müsəlmanlar təcili surətdə İslam Birliyi üzərində dayanmalıdır.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Suriyalı canlarımızla bir çörəyi bölüşər yaşayarıq, lakin onlara qarşı mərhəmətsizlik etmərik. Mərhəmət etməyənə mərhəmət edilməz. Bacı-qardaşlarımız özlərini Suriyalıların yerinə qoysunlar, ondan sonra rəy yazsınlar. Özlərinə necə davranılmasını istəyirlərsə Suriyalı canlarımıza da elə davransınlar.
(A9 TV; 30 oktyabr 2017)
Adnan Oktar
-
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Şeytani məqsədlə edilən mənfi dualar bu duanı edən insana bəla olaraq qayıdar. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Rəsulullah (s.ə.v) və möminlər əleyhinə dua edər, etdikləri hər mənfi dua öz başlarına qayıdardı.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Hər insan gecə yatdığı zaman müəyyən mənada ölümə yatar. Səhər oyandığı zaman çox aydın tərtəmiz dünyaya oyanar. Dünya həyatı və axirətə qalxmaq da buna bənzəyər. Bu həyatımız müəyyən mənada yuxudur. Bildiyimizdən daha fərqli yuxudur. Ölümlə bu yuxudan oyanıb daha da aydın, kəskin, parlaq təsvirlə qarşılaşacağıq.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Quranda təbəqə ayrı-seçkiliyi yoxdur. Fəhlə, kəndli, komandir, çəkməsilən, prezident, nazir, əsgər, məmur, hamısı birlikdə namaz qılarlar. Hər kəs hər kəsin hamisidir. Hər kəs mövqeyi nə olsa da, bir-birini qorumaqla məsuldur. Heç kimin heç kimə maddi üstünlüyü yoxdur. Üstünlük təkcə təqva, yəni Allaha yaxınlıq və gözəl əxlaqladır.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
İnsan Allah tərəfindən anbaan təqib edilər və anbaan özünə yol göstərilər. İnsan Allahın ilhamı olan vicdanının səsini dinlədiyi zaman rahat və hüzurlu yaşayar.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Hal-hazırda insan üçün mütəmadi axan fasiləsiz təsvir axını var. Bu axını təmin edən Qüvvə ölümdən sonra daha dəqiq və aydın şəkildə davam etdirir. Bu təsvir axınının daha kəskin və aydın olan halına axirət deyirik. Bacı-qardaşlarımız bu şəkildə düşündükləri zaman axirəti daha rahat anlayarlar.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Bizim elmi işlərimizin təsiri çox geniş olur. Ənənəçi ortodoks anlayışında bir çox təbəqə ilə əlaqə yaratmaları mümkün olmur. Allaha çox şükür, biz Rusiya, İran, İsrail, Çin kimi əksər müsəlmanın çata bilmədiyi ölkələrdə elmi iş aparırıq. Bizim siyasətlə əlaqəmiz yoxdur. İnsanlar da bunu açıq şəkildə görür. Yeganə məqsədimiz sevgidir və bizdən başqa dünyada yeganə məqsədi sevgi olan cəmiyyət yoxdur. Qurana əsaslanan İslamı izah etdiyimiz və səmimi olduğumuz üçün dünya miqyasında gənclər sevə-sevə İslama yaxınlaşdılar. Sevə-sevə İslamı yaşamaq istəməyə başladılar. İnsanların çoxu "bizə təsir etdi, qəbul edirik" demir, lakin gizlin-gizlin Quran müsəlmanlığı yayılır.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Münafiq hərəkatı eqoist hərəkatdır, özünü düşünər, günü birlik yaşayar. Ogünkü ehtiyacına görə ayələrdən istifadə edər. Münafiq Allah, Quran və dindən nifrət edər, lakin etibar qazanmaq üçün məcburən dindən və Qurandan bəhs edər.