Türkiyənin ən mühüm gücünün kənd təsərrüfatı və heyvandarlıq olması lazımdır. Kənd təsərrüfatı və heyvandarlığı mütləq gücləndirək.
İngiltərə dərin dövlətinin ümumi müsəlmanlara hücumu var. Zəif lider olsa Türkiyəni də əzərdilər. Buna görə də, Tayyib hocama yaxşı sahib çıxaq. Tayyib hocam dəliqanlı, cəsur və əzmkardır. Vətən, millət mənfəəti üçün şəxsinə millət olaraq sahib çıxaq, heç kim mövzuya partiya məsələsi deyə baxmasın.
Türkiyə İslam aləmində təkcə bir təbəqəyə tərəf olmaz, müsəlmanları ayırd etmədən dəstəkləyər və qardaşlıq üçün çalışar. Türkiyə-Qətər qardaşdır, lakin Səudiyyə Ərəbistanı da, Bəhreyn də, Birləşmiş Ərəb Əmirlikləri də, İran da Türkiyənin qardaşıdır.
Qətəri havadan, qurudan, dənizdən mühasirəyə almaq, mülki vətəndaşlara çox zərər verəcək yanlış tətbiqdir. Tezliklə uzlaşma təmin edilməlidir. Bütün müsəlmanlar qardaşdır. Müsəlmanların barışdırmaq Qurana uyğun əxlaqdır.
Mütləq bəhanə tapıb İslam ölkələrini tək-tək əzərək irəliləyirlər. Əfqanistan, İraq, Liviyanı darmadağın etdilər. Qətərdən sonra hədəf böyük ehtimal Səudiyyə Ərəbistanı olacaq. Ondan sonra da Türkiyəni parçalamağı planlaşdırırlar. Buna qarşı İslam aləmi birlik olmaq məcburiyyətindədir.
Səbir dözüm deyil. Dözüm şirk olar. Səbir yaşadığın hadisəni gözəl görərək edilən ibadətdir.
Bir ölkənin terror təşkilatlarına dəstək verməsindən şübhələnildikdə, iqtisadi embarqo və ya silahlı müdaxilə tətbiq etməyin faydası, təkcə xalqa zərər vermək olar. O ölkənin hesabları araşdırıla bilər, hüquqsuzluq vardırsa, hüquqi tədbir alınar, lakin o ölkəyə hərbi müdaxilə etmək terroru bitirməz.
Türkiyə Qətəri də sevir, Səudiyyə Ərəbistanı da. İkisini uzlaşdıra biləcək bir ölkəyik. Müsəlmanları uzlaşdırmaq əhəmiyyətlidir.
Tək-tək bütün müsəlman ölkələri tənha qoymaq istəyirlər. Müsəlmanlar İslam Birliyi yaratsa, hamısı bütün təhlükələrdən qorunar.
Gənclər ağıllı və həqiqi elmlə öyrədilməlidir. Fosillər gənclərə göstərilməli, zülalın təsadüfən yaranmasının qeyri-mümkün olduğu öyrədilməlidir.
İngiltərə dərin dövləti İslam aləmini tamamilə əzmək üçün böyük oyun hazırlayır. Radikal şiəliyi və radikal sünniliyi gücləndirib iki tərəfi bir-birinə qırdırmaq istəyirlər. Müsəlmanlar bu oyuna düşməyib Quran İslamına sığınsınlar və dünyanı cənnətə döndərək.
Bir qadına hər kəsin hörmət göstərməsi məcburidir. Qadını qorumaq kişi üçün nemət və xoşbəxtlik vəsiləsidir.
İnsan şüurunun mənbəyi Allahın ruhudur.
Qətər ilə digər müsəlman ölkələri vuruşdurmağa istiqamətli oyunu puç edək. Səudiyyə Ərəbistanı da, Qətər də tərtəmiz müsəlman ölkələrdir, qardaşdırlar. Birləşmiş Ərəb Əmirlikləri də, Səudiyyə Ərəbistanı da, Qətər də oyuna düşməsin. Hamısı müsəlmandır. Hamısı bir-birinin qardaşıdır. Müharibəyə icazə verməyək. Nə Qətərin əzilməsinə, nə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yaşayan tərtəmiz müsəlmanlara zərər gəlməsinə tamaşa etməyək.
Hazır yeməklərlə qidalanma gənclərin sağlamlığına mənfi təsir edir. Gəncləri daha təmiz, təbii, sağlam qidalara yönləndirmək daha doğru olar.
"Allahım, mən özümü Sənə həsr etdim, mənə güc ver, Sənin üçün daha çox xidmət edə bilim" deyənə Allah mütləq bolluq və fərəh verər.
Allah sevgini insanların qəlbinə ilham edər. İnsan öz iradəsi ilə deyil, Allahın yaratması ilə sevgini yaşayar.
Dostlarım səmimiyyətimi gördükləri, dünyadan vaz keçdiyimi və Allah üçün insanları çox sevdiyimi bildikləri üçün məni çox sevirlər.
Türkiyəni tənha qoymaq, Qətər ilə ərəb ölkələrinin arasını vurmaq, şəffaflaşdırma naminə müsəlmanları əzməyə cəhd etmə planı var. Buna görə də, Yaxın Şərqdəki İngiltərə dərin dövləti planının bütün cəhətlərini əhatəli şəkildə izah etmək, cəmiyyəti maarifləndirmək təcili məsələdir.
İslam Birliyi olsa, müsəlmanlar arasındakı anlaşmazlıqlar dərhal həll olunar. Lakin müsəlman ölkələr tək-tək olduqda əzilmələri asan olur.
Qətər ilə Səudiyyə Ərəbistanını barışdıraq. Tayyib hocam fəaliyyətə keçsin. İngiltərə dərin dövlətinin müsəlmanları savaşdırmaq oyununa düşməsin. İngiltərə dərin dövlətinin şiə və sünniləri bir-birinə qırdırıb İslam aləmini tamamilə əzmək planı var. İngiltərə dərin dövlətinin İslam aləmini bir-birinə qırdırmaq oyununu Türkiyə puç etsin. Qətər ilə Səudiyyə Ərəbistanı da oyuna düşməsin. Sülh əsasdır.