Türkiyəni tənha qoymaq, Qətər ilə ərəb ölkələrinin arasını vurmaq, şəffaflaşdırma naminə müsəlmanları əzməyə cəhd etmə planı var. Buna görə də, Yaxın Şərqdəki İngiltərə dərin dövləti planının bütün cəhətlərini əhatəli şəkildə izah etmək, cəmiyyəti maarifləndirmək təcili məsələdir.
İslam Birliyi olsa, müsəlmanlar arasındakı anlaşmazlıqlar dərhal həll olunar. Lakin müsəlman ölkələr tək-tək olduqda əzilmələri asan olur.
(A9 TV; 5 iyun 2017)
Adnan Oktar
-
Qətər ilə Səudiyyə Ərəbistanını barışdıraq. Tayyib hocam fəaliyyətə keçsin. İngiltərə dərin dövlətinin müsəlmanları savaşdırmaq oyununa düşməsin. İngiltərə dərin dövlətinin şiə və sünniləri bir-birinə qırdırıb İslam aləmini tamamilə əzmək planı var. İngiltərə dərin dövlətinin İslam aləmini bir-birinə qırdırmaq oyununu Türkiyə puç etsin. Qətər ilə Səudiyyə Ərəbistanı da oyuna düşməsin. Sülh əsasdır.
(A9 TV; 5 iyun 2017)
Adnan Oktar
-
İnşa edilən binaların sənət dəyəri olması vacibdir. Təkcə funksional, sığınma məqsədli bina inşa edilməsi müəyyən mənada mənəvi fəlakətdir.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Həqiqi sevginin və ruh dərinliyinin yox olması kiçik mənfəətlər arxasınca qaçan, ehtirası bilməyən səthi insanların yetişməsinə səbəb oldu.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Ruh eroziyası hər incəsənət sahəsində görünür. Darvinist təhsilin gizlincə ruhda törətdiyi təxribat ruh dərinliyinin, sevginin yox olmasına səbəb oldu.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Ruhi xəstələrə qarşı həmişə şəfqətlə yanaşmaq lazımdır. Necə ki, revmatizm, şəkər xəstəlikdirsə, ruhi xəstəlik də bir xəstəlikdir, lakin həkim nəzarəti, yoxlama əhəmiyyətlidir.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Rumilik İngiltərə dərin dövləti tərəfindən yaradılan İslamdan kənar İslam anlayışını yaymaq üçün istifadə edilən fəlsəfədir.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
İslama qarşı "ingilis mədəniyyəti və ingilis müsəlmanlığının" zorla qəbul etdirilməyə çalışılması İslam aləminin çox diqqətli olması lazım olan bir mövzudur. Həll yolu Qurandır. İngiltərə dərin dövləti mövhumatçılığa qarşı İslamdan kənar İslam anlayışını zorla qəbul etdirməyə çalışır. İngilis heyranlığına əsaslanan İslam anlayışı həll yolu deyil, fəlakətdir.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Xurafatlara əsaslanan mövhumatçı İslam anlayışında dəhşət, zorakılıq var. Quranda sevgi, qardaşlıq və sülh var. Xurafatların aradan qaldırılması vacibdir.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Mülki vətəndaşlara istiqamətli hücum vəhşilikdir. Allah müsəlmanların xristianlara və musəvilərə dost olmalarını bildirir, vuruşmalarını deyil. Maidə surəsinin 82-ci ayəsində xristianların müsəlmanlara yaxın olduğu bildirilir. Kitab əhli müsəlmanlara əmanətdir, onlara hücum edilməz.
(A9 TV; 4 iyun 2017)
Adnan Oktar
-
Qız dostlarımın dindar olması, onların mənə, mənim onlara Allahın təcəllisi olaraq duyduğum hörmət və sevgi, bəzilərini heyrətamiz dərəcədə narahat edir. Bəziləri mənimlə qız dostlarım arasında dünyada nümunəsini görmədikləri səmimi, ehtiraslı sevgini heç yaşamadıqları üçün təəccüblənirlər.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Kişilərə hər şey sərbəstdir, qadınlara qadağandır məntiqi yanlışdır. Haram və qeyri-əxlaqi vəziyyət vardırsa, hər ikisi üçün də qadağandır. Bütpərəst ənənə olaraq qadınları təzyiq altında saxlayır, kişilərə hər şeyi haqq, qadınlara qadağan hesab edirlər. Qadın öz vicdanı ilə doğrunu bilər.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Xəstələrin səhiyyə işçilərinə, onların da xəstələrə çox şəfqətlə davranmaları lazımdır. İki tərəfin də anlayışlı, həlim olması çox vacibdir.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Zidd fikirlərə sahib insanların dost ola biləcəyini insanlara yaşayaraq göstərmək lazımdır. Müsəlman ilə ateist rahatlıqla dost ola bilər.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
London körpüsündəki hücumdan ötrü ingilis xalqına və dövlətinə başsağlığı diləyir, yaralılara Allahdan təcili şəfa arzulayırıq.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Zövq, mədəniyyət və nəzakət məsələsidir. Keyfiyyətsizlik olduqda zövqsüzlük də fərq edilə bilmir, əhəmiyyətli görünmür.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Kainatın mövcud olma məqsədi sevgidir. Sevgi də, Allahın rizasına tabe olmaqla və səmimiyyətlə olar.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Oruc insanın acizliyini bilməsinə, içindəki azğın duyğuların sakitləşməsinə və həlim insan olaraq Allahı dərin düşünməsinə səbəb olar.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Allah məni də, qardaşlarımızı da hz. Mehdiyə və İsa Məsihə tələbə etsin, Özünü ən böyük sevgi ilə sevməyimizi nəsib etsin.
(A9 TV; 3 iyun 2017)
Adnan Oktar
-
Türkiyənin tezliklə Avropanın ən müasir, ən demokrat və keyfiyyətli ölkəsi olması lazımdır. Bu zaman Türkiyə əleyhinə olan vəziyyət tamamilə aradan qalxar.