Türkiyədə yaşayan hər kəs türkdür. Çərkəz, ərəb, laz, kürd də olsaq bizdən soruşulanda biz bu cavabı qürurla, fəxrlə verərik. Bu yaşadığımız torpağın adı da Türkiyədir.
Allaha üsyan insanlığı məhv etdi. Hal-hazırda insanlar yenidən Allahı sevməyə, Onu tanımağa başladılar. Bir müddət sonra təkcə Allahdan bəhs edəcəklər. Ondan sonra dünyaya günəşin şəfəqləri düşəcək. Cənnət kimi olacaq, inşaAllah.
Dəccalın çox böyük cəhənnəmi var. Dəccal dünyanı cəhənnəmə çevirərək insanları o cəhənnəmin içinə atdı. Sevgisizlik, məhəbbətsizlik, etibarsızlıqla insanlar yanıb kül oldular, məhv oldular.
Mənəvi dünyada inkişaf davam edir. İnsanlar fərqinə varmadan ürəklərində, idraklarında bir genişlənmə yaşayırlar. Hikmətə daha da həssas yaxınlaşma davam edir. İnsanların imanında, Quran anlayışlarında da getdikcə artım olur. Cənab Allah "Hadi" adı ilə təcəlli edir. Bu gözəllik qarşıdakı günlərdə artmağa davam edəcək. Bir müddət sonra insanlar təkcə Allahdan bəhs edəcəklər. Allah gücünü göstərir.
İsa Məsihin enişini inkar edən 3 ayəni inkar etmiş olar.
Allah dinə əlavə etməyi haram buyurmuşdur.
Fanatik düşüncə uydurma hədislərdən istifadə edərək insanlara gülməyi də qadağan edir. Elə bir şey yoxdur. Müsəlman içindən gəldiyi kimi rahat şəkildə gülər, şən olar.
Biz kürd canlarımızla çox yaxınıq, çox da xoşbəxtik.
İslam Birliyi olan kimi, baş göz üstünədi, inşaAllah.
Həmişə imanlı olan qalib gəlir.
İsrail çox imanlı, Tövrata hörmət edən bir millətdir.
Cənab Allah bizə "ən gözəlini edin" deyə buyurur, bizi azad buraxır. Ən gözəli demokratiyadır.
Atatürkdə həm Osmanlı saray nəzakəti, həm də İngilis nəzakətliliyi vardı. Çox nümunəvi, mükəmməl bir insan idi.
Atatürk fanatikliyi rədd edərək səhabə müsəlmanlığının yaşanması üçün zəmin hazırlamış, millətimizin ortaq ağlını və vicdanını ortaya qoymuşdur.
Türkiyənin İslam aləminə nümunə olmağının səbəbi fanatikliyə qarşı olmasıdır.
Atatürkçülük azad olmaq deməkdir. Atatürkçü olmağa məcburuq, bu, həyatımızda bir rahatlıqdır.
Çadraya görə bir xanımla görüşmək istəməmək bir eybəcərlikdir. Heç vicdana uyğun deyil.
Millətə yüksəkdən aşağı baxmaq çox böyük vicdansızlıqdır.
Eşqlə Allahdan qorxuruq. Yəni Allah qorxusu dünya qorxusu kimi deyil. Allah xatirinə əsaslanan bir qorxudur.
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ın şəxs olduğunu açıq şəkildə ifadə edir.
Qövmlərə qarşı xoş rəftar göstərən, sevən, hörmət edən, oradakı gözəllikləri görən bir üslub bərəkət gətirər. Əks halda bərəkətsizlik olar.