avatar

Adnan Oktar

Türkiyədə gənclərin bir hissəsini nifrətə meyilli, kinli, nəzakətsiz, sevgiyə qapalı, ruhu və bədəni çirkli insanlar halına gətirdilər. Bəzi gəncləri belə sevgisiz və xəstə ruhlu yetişdirmələrinin səbəbi bu insanlardan hər cür alçaq və Türkiyə əleyhinə olan işlərdə istifadə etməkdir. Zarafatları keyfiyyətsiz, ruh və fiziki cəhətdən inkişaf etməmiş cansıxıcı gənclərin yetişməsi İngiltərə dərin dövlətinin xüsusi təşkil etdiyi vəziyyətdir. Vücudu və ruhu özünə küsmüş, dünyadan zövq ala bilməyən, qəmgin tiplər xüsusi olaraq yetişdirilir, bu insanları israrla sevgiyə dəvət etmək lazımdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq çox boşboğaz, lovğa, nalayiq, lakin şeytani qabiliyyətlə hazırcavabdır, çox ardıcıl yalanlar söyləyər. Peyğəmbərimiz (s.ə.v) də münafiqlərin boşboğaz olduqlarına diqqət çəkmişdir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqin namərd xüsusiyyətlərindən biri də Qurandan istifadə edərək müsəlmanlara qarşı mübarizə aparmasıdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq İslama, Qurana xidmət etməmək üçün min bir cür bəhanə irəli sürər. Hamısı namərdcə, alçaqca bəhanələrdir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlərin Peyğəmbərlə özəl danışmaq istəməsinin səbəbi əxlaqsızlıqlarına müsəlmanların şahid olmasına mane olmağa çalışmaqdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq Peyğəmbərin mərhəməti və şəfqətindən alçaqca qurduğu tələyə vəsait kimi istifadə etmək istəyər. Mərhəmət, hörmət, nəzakət kimi bütün ülvi duyğulardan alçaqca və namərdcə müsəlmanların əleyhinə istifadə etməyə çalışar.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Sağlamlığını bəhanə edərək müsəlmanları narahat etmək, onlardan mənfəət əldə etmək münafiqin ən alçaq cəhətlərindən biridir. Münafiq haşa Peyğəmbəri, müsəlmanları düşünməyən biri kimi göstərmək üçün sağlamlığını irəli sürüb; "bu istidə döyüşə çıxmayaq" deyər.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqin ruhunda anarxiya olduğu üçün həmişə xaos istəyər, qaraya ağ, ağa qara deyərək hər mövzuya mütləq müxalifət edər.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlərdə şeytan zəkası olduğu üçün şeytani qabiliyyət yaranır. İngiltərə dərin dövləti də münafiqlərdən şeytan ordusu kimi istifadə edir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Allah sevgisi həyatın ən mühüm nemətidir. Allah sevgisi olmadan heç bir sevgi olmaz, heç nəyin mənası da olmaz.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Mən Allahın aciz quluyam. Heç vaxt Mehdilik iddiam olmadı və olmayacaq.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

İsa Məsihin palçıqdan düzəltdiyi quşun o anda canlı olub uçması təkamüllə yaradılış var deyənlərə qəti cavabdır.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Üst ağıl İngiltərə dərin dövlətidir. Bu üst ağılın Osmanlını parça-parça etdiyini bütün sənədləri ilə göstəririk.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Müsəlmanların əziyyət görməməyini istəyən İslam Birliyini istəməlidir, Mehdi və İsa Məsihin gəlişi üçün dua etməlidir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanların yanında təkəbbürlüdür, lakin küfr əhlinin yanında acizdir. Küfr əhli münafiqlərin alçaqlığını bildiyi üçün onları çox alçaldar.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq şərəfsiz olduğu üçün yalan söyləməkdən utanmaz, insanın gözünün içinə baxa-baxa yalan söyləyər. Münafiq yalan söyləyərkən üzərində yalan söyləməkdən irəli gələn heç bir narahatlıq olmaz. Bu arsızlığın səbəbi şeytanın nəzarəti altına girməsidir. Münafiqin ağzından yalan, su kimi axar. Yalanlarının ardı-arxası kəsilməz.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanlara sevgi göstərirsə, bunun ardınca mütləq xainlik və pislik gələcək deməkdir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq ən dostyana göründüyü anda ən böyük xainliyi edər. Müsəlmanın ayıq-sayıq olduğu dövrdə münafiq hücum etməz.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq müəyyən mənada ov iti kimidir. Münafiqin izini təqib edərək küfr əhlinin və münafiqlik sisteminin bütün quruluşları müəyyən edilə bilər.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq cəmiyyət mikrobudur. 2 nəfər tapsa dərhal yalan söyləməyə başlayar, Allaha, dinə zidd ruh halına keçər. Hz. Musa dövründə münafiqlər bir neçə paxla, soğan, sarımsaq üçün hz. Musanı tək qoyub Fironun yanına qayıdırlar. Münafiq bu dərəcə alçaqdır. Münafiqlərin etdiyi pisliyi peyğəmbərlər xeyirə döndərərlər. Samiri büt düzəldir, Musa bütü əzib dənizə atıb Manna ilə qövmə bərəkət gətirir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq vicdansızlığın və əxlaqsızlığın nə olduğunu bilər. Bilə-bilə əxlaqsızlıq edər. Keyfiyyətli münafiq dediyimiz zaman kütlələri yönləndirə bilən lider xüsusiyyətindəki münafiqləri nəzərdə tuturuq. Məsələn, Samiri də keyfiyyətli münafiqdir. Samiri də kütləni yönləndirməyi hədəfləyir; "mən sizi keçmiş görkəmli günlərinizə qaytaracağam, Musa haşa öz dinini unutdu" deyə ortaya çıxır. Samiri müsəlmanları həmişə yoran, enerjilərini yox edən fəaliyyət göstərir. Əvvəlcə qızılları götürüb səhrada daşıtdırır, sonra ocaq qalatdırır. Sonra qəlib düzəltdirir. Çox sayda müsəlmanı qızıldan buzovu düzəltmək üçün məşğul edir, hər gün ayrı bir iş çıxardır. Samiri təkcə pis mənfəətini düşünür. "Siz Musanın yanında dəyişməz həyat tərzi yaşayırsınız, mən həyatınıza yenilik gətirəcəyəm, hər növ yemək olacaq" deyir
A9 TV; 9 dekabr 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo