Türkiyədə darvinist təhsil ləğv olunsa, bütün İslam aləmi cəsarətlənər. Elmi yolla yaradılışın müdafiə olunması çox mühüm fəaliyyət olar.
Hz. Süleyman çox zəngindi, lakin bütün bu zənginlik ona Allahı xatırladırdı. Sarayında atlar, quşlar, balıqlar, hovuzlar... Hər baxan Allaha həmd edirdi. Gözəllik Allahı xatırladar.
Sən kasıba mal paylayırsansa, kilo ilə niyə verirsən? Gücünün çatdığı qədər ver, göndər. Geyim, yemək insana daşıya bildiyi qədər ver. Niyə çəkirsən? Niyə qramla ölçürsən? Paylayarkən qramla ölçmək, tərəziyə qoymaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylamalısan. Bol-bol paylamalısan.
Mal paylayarkən hesaba vurmaq, qrama, ölçüyə vurmaq möminə yaraşmaz. Mömin malını hesabsız verər, gözəlliklə verər, verdiyinin ardınca danışmaz.
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq.
Rumların, musəvilərin varlığı gözəllikdir. Onlar da bu ölkənin bəzəyidir, hamısı bizim qardaşımızdır. İslam ölkələrində musəviyə rast gəlmək demək olar qeyri-mümkündür. Halbuki hər yerdə olsunlar, hər yerdə rahat yaşasınlar.
Cəhənnəm əhli ağılsız olduğu üçün cəhənnəmdən çıxış yolu olacağını zənn edər və həmişə özlərini alçaldarlar.
Təkamülü müdafiə edən, təsadüfən meydana gəldiyini iddia edən insanların cəhənnəmdəki bədənləri özlərinin bu dünyada iddia etdikləri kimi mutasiya ilə meydana gəlmiş kimi qarmaqarışıq və yararsızdır.
Əzrail Allahın sevdiyi mübarək bir mələkdir. Əzraillə əlaqədar danışarkən çox hörmətli bir üslubdan istifadə edilməlidir.
Gözəl, cazibədar, baxımlı, yaraşıqlı olmağı qadağan etmək iffəti təmin edən şey deyil. Namuslu və iffətli olmaq vicdan və ağıl məsələsidir.
Homoseksuallığın zarafatı olmaz. Belə çirkin bir hərəkətin, belə qorxunc bir hərəkətin zarafatı olmaz. Bu dəhşətli bir şeydir. Televiziya proqramları və başqa yerlərdə var gücümüzlə bu üsluba qarşı çıxmalıyıq.
Qadınları cazibədar olmaqdan uzaqlaşdırmaq istəyirlər. Məhz bu zaman uşaqlardan sui-istifadə halları yaranmağa başlayır. Şeytan bəzi insanları bu bəlaya düçar edir. Halbuki qadın təbii ki, bəzəkli, baxımlı, cazibədar olmalıdır, eyni zamanda iffətli və namuslu olmalıdır.
Qadın cazibədar, baxımlı, cəlbedici, lakin çox iffətli olmalıdır. Cazibədar olmaq haram deyil. Haram olan iffətsizlikdir.
Allah qadınları nur kimi tərtəmiz yaradıb, tam fitrətə uyğun. Halal yolla al, nikahla. Ömür boyu bax, axirətdə də birlikdə ol. Homoseksuallıq əbədiyyən haramdır. Tərtəmiz qadın varkən, gözəl, təmiz qadın varkən kişilər arası əlaqə qorxunc və iyrənc hərəkətdir.
Homoseksuallıq fitrətə tamamilə tərs və iyrənc azğınlıqdır. Allah nikahlı olmaqla qadınları halal etmişdir. Gözəllik və nemət budur.
Əzablar, sıxıntılar, çətinliklər bunların hamısı müvəqqətidir. Sonunda dünya çox gözəl olacaq. Cənnətdə də möminlər qardaş olaraq hüzur içində çox gözəl yaşayacaqlar.
İslamda tam azadlıq vardır. Sadəcə halallar və haramlar var, bu qədər. İnsanlar bunun içində mümkün qədər sərbəstdir. Yəni İslamda cəmiyyət təzyiqi yoxdur.
Küfrdə azadlıq yoxdur. İslamda azadlıq var. Fironda, Nəmrudda azadlıq yox idi, lakin Rəsulullah (s.ə.v) dövründə azadlıqlar tam idi. Xristianlar da, musəvilər də sərbəst idi. Həmçinin sevgi, şəfqət, diqqət və qayğı görürdülər. Hər mövzuda qorunub himayə olurdular. Lakin Firon hər kəsi əzirdi.
Dünyəvilik, Quranda hakim olan düşüncə formasıdır. Allah ayədə, "de: Sizin dininiz sizə, mənim dinim mənədir, deyir", (Kafirun surəsi, 6). Məhz bu ayə dünyəviliyin qısa xülasəsidir.
Terrorist olmağın sərbəstliyi olmaz. Zülm etməyin sərbəstliyi olmaz. Əxlaqsızlığın sərbəstliyi olmaz. Pislik etməyin, alçaqlığın sərbəstliyi olmaz. Lakin hər kəs inancında sərbəst olmalıdır, dindar və sərbəst olmalıdır.
Dünyəvilik demək; dinsiz də rahat yaşayacaq, xristian da, musəvi də rahat yaşayacaq, müsəlman da rahat yaşayacaq deməkdir; inanclarına mane olmayacaqsan. Heç kim başqasını məcbur etməyəcək, təzyiq göstərməyəcək. Dünyəviliyin mənası budur. Hər kəsin həyat tərzi sərbəst olmalıdır.