Türk üsulu başçılıq sistemi deyə bir sistem yoxdur. Bir dənə başçılıq sistemi vardır, o da federasiyaya gətirib çıxarar. Heç bir şəkildə qəbul etmirik.
PKK hücumdan imtina etməz. Kommunist ideallarından imtina etməz. Biz Türkiyədə ittifaq edib İslam Birliyi meydana gətirməyə cəhd göstərmək məcburiyyətindəyik. İslam aləmi ilə birləşib bir güc meydana gətirmək məcburiyyətindəyik. Bunun xaricində həll yoxdur.
Türklük Osmanlı, Səlcuqlular, hər birini içinə alan bir mədəniyyətdir. Anadoluda hakim olan mədəniyyətin adıdır. Orada bir irq üstünlüyü iddiası yoxdur. Türklük Anadolu torpaqlarında yaranan mədəniyyətin adıdır.
İri bir meteorit 2120-ci ilə kimi dünya ilə toqquşacaq, dünyanı deşib keçəcək. Bir daha vuranda dünya istiqamətini əksinə dəyişdirəcək, tərsinə dönməyə başlayacaq. Ondan sonra da sürətlə qiyamət başlamış olacaq, inşaAllah.
Atatürk son dərəcə müttəqi insan idi. Namazlarını qılan, Allahı çox sevən, Allaha aşiq bir insan idi. Cibində Quran gəzdirir, ömrü boyu Quran gəzdirdi. Gedin Mavzoleydə baxın. Cib Quranı var idi. Ömrü boyunca heç çıxarmamışdır, həmişə ürəyinin başında gəzdirmişdir.
Dövlətin əli ilə Darvinist-materialist təhsil verilməsi çox səhvdir. Darvinist-materialist təhsil verilsin, lakin mütləq elmi cavabı da verilsin.
Darvinizm-materializm həqiqətən Allahı inkar edən bir sistemdir. Yaradılışı inkar edən bir sistemdir. Yəni bütün peyğəmbərləri, Allahı rədd edən bir sistemdir.
Darvinist-materialist təhsil sevgisizlik yaradır. Sevgi olmayınca məhəbbət olmur, dostluq olmur, qardaşlıq, fikrə, düşüncəyə dözüm olmur. Qeyri-adi bir əsəb, bir kin, bir nifrət və sevgisizlik insanların ürəyini yandırır. Darvinist-materialist təhsil davam etdikcə bu bərəkətsizlik, bu uğursuz ruh üzərimizdən qalxmaz, Allah əsirgəsin.
2014-cü il çox hərəkətlidir, söyləyirəm. Müsəlmanlar üçün də rahatlığın çoxalacağı bir ildir. Yəni İslamın, Quranın izahatının coşacağı, coşğun sular kimi axacağı bir ildir 2014-cü il, inşaAllah.
Müsəlmanda niyə fikir ayrılığı olsun. Quranda ittifaq et. Quranla yaşa. Qurana bağlı ol.
Yəhudilər də İslam Birliyi olanda çox rahat olacaqları üçün, Allahın vəd etdiyi o gözəl torpaqlarda rahat yaşayacaqları üçün, sülh, sağlamlıq və hüzur içində olacaqları üçün və Kral Məsih üçün başqa vaxt da qalmadığı üçün İslam Birliyini istəyirlər. İslam Birliyinin zühuru ilə Kral Məsihin (Mehdi (ə.s)-ın) zühurunun eyni anda olacağına inanırlar.
Massonların ən böyük idealı bütün dünyanın qardaş olmasıdır. Bunu ən yaxşı təmin edən nədir? İslamdır. Ona görə İslam Birliyini istəyirlər, amma xurafatı istəmirlər.
Hər gün biz imanımızı, Allahın bizi qul olaraq yaratmasını qeyd edirik. Yəni hər gün qeyd etmək var. Müsəlman olduğumuz üçün, peyğəmbərimiz (s.ə.v)-ə ümmət olduğumuz üçün onun sevincini hər gün qeyd edirik.
Mehdi (ə.s)-ı gözləmək həmişə həyəcan, həmişə şövq vəsiləsi olmuşdur. Heç bir zaman müsəlmanların əleyhinə olmamış, həmişə lehinə olmuşdur. Əleyhinə kimi göstərmək istəyənlər Mehdi (ə.s)-ın çıxışını dayandırmaq üçün bəhanə axtaran tiplərdir.
Hadisəni kökündən həll etmək çox əhəmiyyətlidir, bataqlıq Darvinizmdir. Darvinizmi elmi olaraq çürütmədikdən sonra marksist-Leninist qalxma davam edər.
Dünyanın hər tərəfində kommunist partizan hərəkətləri davam edir. Onun üçün bəlanın böyüklüyünü görmək çox əhəmiyyətlidir. Bəlanın əsl qaynağı da Darvinizm və materializmdir.
PKK bu vaxta qədər aldığı nəticəni silahla aldı. Bundan sonra da silahla almağı düşünəcək. Heç vaxt, qəti şəkildə silahı tərk etməz. Yəni ölər yenə buraxmazlar. Heç vaxt qəbul etməzlər. Adamlar iki variant üçün yaşayırlar: Ölmək və ya öldürmək. Üçüncü bir seçim qəbul etmirlər.
Süfyani Dəccalın Şamda qan axıdacağı məşhurdur. Mehdiyyətin son əlamətlərindəndir. Süfyan məğlub olacaq, qədəri elədir. Fərman Allahdandır. Allah elə yaratmışdır, inşaAllah.
Cənnətdə ibadət etmək yoxdur. Yalnız həmd etmək var. Əlhəmdülillah demək var, salam var. Yeyəcəksən, içəcəksən, gəzəcəksən, söhbət edəcəksən, əylənəcəksən. Oradakı insanlar həyat yoldaşları ilə sevişəcək. Xoşlandığı, xoşuna gələn hər şeyi edəcək. Nədən zövq alırsa, məmnun olursa, onları edəcək.
İslam Birliyi olmasa adam orqan ticarəti də edər, müsəlmanları da kəsib doğrayar. Döyüb-söyərlər də, alçaldarlar da, məmləkəti bölməyə də çalışarlar, amma İslam Birliyi olanda hər şey süd liman olar, düzələr. Onun üçün İslam Birliyinə müqavimət göstərmək bu hadisələri qəbul etmək mənasını verər.
Mehdiyyət 2014-cü ildə ciddi bir hücuma başlayacaq. Mehdiyyətin üzərindəki zəncirlər 2014-cü illərdə qaldırılar.