Təkəbbür hissinin heç bir məqbul tərəfi yoxdur. İnsan yatmağa məhkumdur, çox aciz varlıqdır, çətinliklər içində yaşayır və qısa müddətdə də ölür. Belə varlığın təkəbbürlü, özü də ağlasığmaz dərəcədə təkəbbürlü olması möcüzədir.
PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır.
(A9 TV; 22 iyun 2015)
Adnan Oktar
-
Azad bir Türkiyə istəyirik, azad Cənub-Şərqi Anadolu bölgəsi istəyirik. Cənub-Şərqi Anadolu bölgəsində istədiyimiz kimi ibadət edəcəyik. İstədiyimiz kimi Allahı zikr edəcəyik. Bütün partiyalar istədikləri kimi təbliğat çıxışları edəcək. PKK müdaxilə edəcəyi təqdirdə isə, əl-qolunu qanuni yollarla qırarıq. Bunu bilməlidirlər.
(A9 TV; 22 iyun 2015)
Adnan Oktar
-
Rəvayətlərdə bildirildiyinə görə dəccalın ömrü qırx ildir. PKK da bir dəccal hərəkatıdır, ömrü sona çatmışdır. Allah türk millətini, türk dövlətini, türk ordusunu, türk polisini vəsilə edəcək. Bu bəla qanuni yollarla köklü surətdə yox ediləcək. Vaxtı, zamanı gəlmişdir. Bunlarla mübarizə aparmaq halaldır, fərzdir. Gecikmək haram olar.
(A9 TV; 22 iyun 2015)
Adnan Oktar
-
PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir.
(A9 TV; 22 iyun 2015)
Adnan Oktar
-
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Müşrik bəzən özünü yaxşılıq edəcək kimi göstərər, amma namərddir. Müşrikin göstərdiyi üzünə inanmamalısan. Sənin yanında göstərdiyi yaxşı rəftar, yaxud danışıqlar, çıxışlar etibarlı deyil. Onun hiyləgər və gizli manyak dünyası əsasdır. Quran buna diqqət çəkir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Allah küfr əhlinə müəyyən müddət möhlət verir, sonra da devirir, batil olduğu üçün. Küfr əhlinin ömrü 40 ildir. PKK da 40 illik ömrünü tamamlamaq üzrədir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
PKK-lılar arasındakı həmrəylik müsəlmanlar arasında yoxdur. Onun 10-da 1-i belə yoxdur. Məsələn, 3 min metr hündürlükdəki dağda, qayanın, mağaranın içində yaşayır. “Get mağarada yaşa” desən, bunu çox az müsəlman qəbul edər. “Həyatını fəda et” desən, mənim övladlarım var, arvadım var, mən həyatda yüksək yerlərə gələcəyəm, övladımı evləndirəcəyəm və s. deyər. Həyatını fəda etməz. Amma baxın PKK həyatını fəda edir. Bunun üçün küfr əhli belə olsa, Allah müvəffəqiyyət verir; əzmkarlıq göstərdiyi üçün.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Əgər biri eqoistlik nümayiş etdirsə, insanlar ona çox vəhşi davranar. Bunun üçün təvazökarlıq qoruyucu bir zirehdir. Eqoistlik də təcavüzkarlığı artıran, bəlanı cəzb edən bir xəstəlikdir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Hər şeyi bilən, hər cür hökmü meydana gətirən Allahdır və Allah hikmət sahibidir, bir şey etdiyində onun bir hikməti olar. İnsan; "çox böyük tərslik oldu" deyir. Xeyr, hikmətlə olur. Sən bunu qavraya bilmirsən. Sən bunu ya dünyada, ya da axirətdə öyrənərsən; amma hikmətlə yaradılır.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Hekayəni niyə danışarlar? Hekayədən nəticə çıxarılması üçün danışılar. Nağıl olsun deyə danışılmaz. Baş verəcək bir hadisəni işıqlandırar. Quran hekayələrində baş verəcək hadisələrdən işarələrlə bəhs olunar. Məsələn, Yusif surəsi işarələrlə mehdiyyətdən bəhs edir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Möminlər ölümlərindən sonra həmişə gözəl şeylərlə qarşılaşırlar. Çətinlik, iztirab, qorxu; bunlar qətiyyən yoxdur. Hər yerdə işləri rahat olar. Vəfat edərkən, dirilərkən, cənnətə alınarkən qətiyyən narahatlıq yaşamazlar.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
İnsanları böyük səy göstərməklə elmə, müasir fizikaya təşviq etməliyik. Elm Quran kimi, Allahın ayələrinin güclü şəkildə təcəlli etdiyi bir şeydir.
(A9 TV; 19 iyun 2015)
Adnan Oktar
-
Elm Allahın varlığını göstərmək üçün istifadə olunan bir üsuldur. Onsuz da elmin vəzifəsi budur. Allahın sənətini sübut edər, izah edər. Allah ayədə; "Allahdan ancaq alimlər içi titrəyərək qorxar" deyir. Bu kimsələr, qəti şəkildə iman edərək Allahdan qorxur.
(A9 TV; 19 iyun 2015)
Adnan Oktar
-
Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir.