avatar

Adnan Oktar

Təkəbbür hissi insanı özündən razı, ədəbsiz biri edir və ən pisi də həmin insan aciz mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına bir-birinin ardınca yalanlar söyləyir. Ən axmaq insanın belə danışmayacağı məntiqsiz şeylər danışır. Ruhunda inanılmaz qarışıqlıq olur, böyük bir qarışıqlıq olur. Küfr əhlinə çox meylli olur.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Allah ayədə hz. Musa (ə.s) barədə: "Onu mühüm sınaqlardan keçirtdik" (Taha surəsi, 40) deyir. İmtahandan keçirtdik. Ondan sonra ulul əzm peyğəmbər olur. Normal hadisələr yaşasaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi imtahan edildiyi üçün inanılmaz bir insan olur.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Materialistlər; "madam ki, Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əzablar, sıxıntılar var?" deyir. Ağıla bax, məgər sən buraya imtahan olunmaq üçün gəlmədin? Əylənməyə gəlmədiyinə görə, imtahan olunmağa gəldiyinə görə, əlbəttə ki, əzablar, sıxıntılar olacaq. Çətinliklər olacaq. Çətinlik yaşamadan, sən necə imtahan olunacaqsan?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

İnsanların, bu qədər əzab çəkmələrinə baxmayaraq, dinin əhəmiyyətini görə bilməmələri heyrət vericidir. Halbuki normal bir dindar olduqca hüzurlu yaşayar, olduqca gözəl yaşayar.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı çıxmırıq.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; "təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox" deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
A9 TV; 22 may 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo