Təkamül elm deyil. Hər şeyi təsadüflə izah edən bütpərəst inancdır. Şumerlərdən, qədim Misirdən gələn müasir olmayan cəfəngiyatdır.
Nifrət üslubu ilə heç bir mövzu həll edilməz. Musəvilər və ərəblər hz. İbrahimin övladlarıdır. Bu iki övlad bir-birlərinə qardaş olaraq yaşayacaqlar.
Deist də olan çox dostum var, ateist də. Bu insanların dürüstlüyü gözəl xüsusiyyətdir. Münafiq və müşrik isə səmimiyyətsizdir, ikiüzlüdür.
Mənim gecəm, gündüzüm Allah üçün sevgini axtarmaqdır. Mən sevgiyə heç vaxt doymaram.
Qadın ağıllı kişidən çox xoşlanar. Ağlın olduğu yerdə kütlük, zövqsüzlük, kobudluq, anlayışsızlıq olmayacağını bilərlər.
Qurana görə müsəlmanlar tək bir ailə kimidir. Quran əxlaqı yaşandığı zaman müsəlmanın bütün müsəlmanlara öz qardaşı kimi baxması fərzdir.
Məgər dinimizdə qadınların yanında din izah etmək var, deyənlərin buna dair Qurandan dəlil gətirmələri lazımdır. Tək bir dəlil gətirə bilməzlər. Hz. İbrahimin həyat yoldaşı qonaq gələn mələklərin yanında gülür, söhbət mühiti var, hz. Musa hz. Şueybin qızlarına kömək edir, hz. Süleyman Səba məlikəsi üçün hovuz düzəltdirir. Qurana görə qadınların etibarlı mühitlərdə dekolteli olması, qadınların yanında dindən danışılması haram deyil. Buna haram deyənlərin Qurandan ayə göstərməsi lazımdır. Qurandan ayə göstərməyib "mənə görə, eşitdiyimə görə" deyə məntiq olmaz.
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından bir müddət sonra İslam əslindən uzaqlaşıb şirk dininə döndü, bu şirk dini getdikcə inkişaf etdi və İslam aləmi şirkin içində boğulan oldu. Dəccaliyyətin işi o qədər asanlaşdı ki, müsəlmanların əlindən elmi, incəsənəti, sevinci, həyatı aldı və asanlıqla əzdi. Biz də Qurana görə İslamda bunların hamısının qanuni və doğru olduğunu göstərdik.
Tezliklə İsrail oğulları ilə İsmayıl oğullarını barışdırıb, bölgədə hüzur içində yaşamalarını təmin etmək lazımdır, yoxsa əzablar böyük olar. İsrail və Fələstin xalqının o gözəl torpaqlarda dostcasına, qardaşcasına yaşaması mümkündür. Nifrəti qızışdırmaq heç kimə fayda verməz.
İnsan birtəhər yemək tapır yaşayar, lakin insan kimi sevgi ilə, eşqin gözəlliyi içində, incəsənət, estetikanın olduğu mühitdə yaşamaq mühümdür.
Dünya hal-hazırda dəccaliyyətlə mehdiyyətin elmi mübarizəsinə şahid olur. İqtisadi böhranlar, yoxsulluqlar, sevgisizlər mehdiyyətin qələbəsi ilə aradan qalxacaq.
Ağlı zəiflər münafiqlərin əxlaqsızlığını diaqnoz edə bilmədikləri üçün cahil şərhlər verirlər. Mömin Qurana görə şərh edər.
Münafiq pislik istehsal edən maşın kimidir. Bədənin tullantılarının təmizlənməsi kimi Allah münafiqləri uzaqlaşdıraraq müsəlmanları təmizləyər.
Vəhşi itlər öləcəkləri zaman təkliyi seçər. Münafiqlər də mənəvi cəhətdən ölümü reallaşdığı üçün vəhşi it kimi təkliyə qaçar.
Möminin üslubu, hər zaman sabit, tutarlı, ağıllı, bağışlayıcı olar. Qurandan kənar üslubu olmaz.
Mömin hər yerdə yaxşılıq, təmizlik, gözəllik, keyfiyyət və səmimilik axtarar.
Qız dostlarımın hamısı yaxşı təhsilli, keyfiyyətli, gözəl əxlaqlı, sadiq və vəfalı insanlardır. Hamısı bir-birindən nəcib, bir-birindən nəzakətlidir.
İngiltərə dərin dövləti Türkiyənin mehdiyyətin qalası olduğunu bildiyindən ötrü, Türkiyə üzərində belə təzyiq yaratmağa çalışır. Amma heç vaxt müvəffəqiyyətli ola bilməyəcək.
Hamımız hz. Adəmin övladlarıyıq. Heç bir irqin digərindən üstünlüyü yoxdur.
Bənzəmək, Mehdilik üçün dəlil olmaz. İslam əxlaqı dünyaya hakim olduğu, hər kəs bir-birini qardaş kimi sevdiyi, İslam Birliyi yarandığı zaman bu gözəlliklərə vəsilə olan insana "sanki Mehdi kimidir" deyə hüsnü-zənn edərik.
Yaxşılıq, gözəllik, təmizlik, sevinc, incəsənət, keyfiyyət istəyən bütün gənclərlə ittifaq halındayıq. Ənənəçi ortodoks sistemdə keyfiyyət axtarışı yoxdur.