Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
İxtilaf savaşmaq deməkdir, mübahisə etmək və bölünmək. Yəni ixtilaf; ortaq qərara gələ bilməmək, ortaq dinin olmaması, səmimi, doğru həyat tərzinin yaşana bilməməsi, Allahın hökmünün qulaqardına vurulması deməkdir. İxtilafı şeytan istəyər, müsəlmanda ixtilaf olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
PKK açıq şəkildə dövlət içində dövlətdir. Əsl paralel dövlət PKK-dır. Orada yaranmış, məhkəmələrini yaratmış, dövlətə çevrilmişdirlər. Parlamentimizi yaradacağıq, ordumuz da var deyirlər. Konstitusiyaları var.
(A9 TV; 3 iyun 2015)
Adnan Oktar
-
“Emri bil maruf nehyi anil münker”, bu müsəlmanın yerinə yetirməli olduğu bir vəzifədir. Müsəlman müsəlmanı tənqid edər. Gözəl cəhətlərini təqdir edər. Çatışmayan cəhətlərini xatırladar.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan özünü müstağni görəndə yolunu azar. Müstağni görməməlidir. Həmişə özünü tənqid etməlidir. Açıq şəkildə tənqid etməlidir. Tənqid edənlərə də təşəkkür etməlidir. Onlara Allah razı olsun deməlidir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Quran həmişə yoxsullara sahib çıxar. Kasıblara sahib çıxar və malın həmişə paylanmasını tələb edər. Quran həmişə sosial ədalət tələb edər. Bunun üçün də, İslam yer üzünə hakim olsa, geniş bolluq və bərəkət yaşanacaq. Bir çox insan İslamın bu sosial ədalət tərəfinin mükəmməl, möhtəşəm və kökündən həll gətirəcəyini bilmir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Küfr əhli müsəlmanlara hücum edərkən, əvvəlcə mala, mülkə hücum edər. Gücsüz düşsünlər deyə bu nöqtədən vurmağa çalışar. Halbuki, mömin ot yesə, evsiz-eşiksiz qalsa belə, yenə də İslama, Qurana xidmət edər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Möminlər bir-birini sevməlidirlər. Sevmədikdən sonra mal olsa nə olar? Tutaq ki, hər yerə yığdın, burada yağ, şəkər və mürəbbə tədarük etdin. Kökəlib ölərsən, başqa bir şey olmaz. Paylamalısan. Hər kəsə paylamalısan.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İslamın paylama, insanlara bol-bol sədəqə vermə əxlaqı bu fitnəni, bu bəlanı tamamilə aradan qaldırır. Faiz də yoxdur. Belə olduqda iqtisadiyyat da inkişaf edir. Böyük bərəkət hakim olur.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Hazırkı kapitalist sistemdə eqoizm hakim olduğu üçün, böyük bir hissə pula əl qoyur. Hər ehtimala qarşı qoruyur. Fabrikin satışa çıxardığı məhsullar alınmır. Alınmadıqda isə istehsal həyata keçirilmir. İşçilər əmək haqlarını ala bilmir. Hər yerdə ölüm meydana gəlir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah pulu sənə yığıb saxlayasan deyə vermir, xərcləyəsən deyə verir. Pul xərcləndikdə iqtisadi böhran da meydana gəlmir. Pul xərclənmədikdə iqtisadi böhran başlayır. İnsanlar eqoist olub, pulu evdə və ya bir yerdə saxladıqlarında həyat sönür, iqtisadiyyat dayanır.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Şəhid olan, şəhidlik zövqünü şəhid olarkən dadır. Bunun üçün şəhidlik şərbəti deyərlər. Şirin olduğu üçün, nəfsə xoş gəldiyi üçün.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah: "Allaha itaət etsəniz xoşbəxt olarsınız" deyir. Ayənin şərhi nədir? Əgər Allaha itaət etməsəniz xoşbəxt olmazsınız. Necə xoşbəxt olmazsan? Əzab çəkərsən, qorxu içində yaşayarsan, narahat olarsan, vəsvəsəyə qapılarsan. Əzablar içində qıvrılarsan. Həyat sənin üçün cəhənnəmə çevrilər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan çoxalmaq üçün evlənirsə heyvan kimi olar. Məktəbə mənfəəti üçün gedirsə eqoist, adi bir insan olar. Amma hər yerdə Allah üçün yaşasa çox ülvi, çox böyük bir məqsədi olar. Onda Allah zehin açıqlığı verər, bərəkət verər, asanlıq verər, gözəllik verər.