avatar

Adnan Oktar

Təbliğdə nə olacaq? Əziyyət, məşəqqət, çətinliklər, təhdid olacaq. Bunlar artdıqca təbliğin dəyəri artar, Allahın razılığını daha çox qazanarsan. Məqsədin əgər Allahın rızasını qazanmaqdırsa, rəhmətini qazanmaqdırsa. İki günlük dünya həyatı üçün elə qorxaqcasına, ürkəkcəsinə yaşamaq çox alçaldıcı bir vəziyyətdir.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Allah Öz yolunda olmayana rahatlıq verməz. "Təbliğ edərəm, amma bir şərtlə ki, gərək çox rahat olam". Sən onsuz da təbliğ etmək istəmirsən. Təbliğ, rahatçılıq olmadan edilən fəaliyyətə deyilir.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Təhdid olmasa belə müsəlman onun olmasını qəlbən istəməlidir. "Kaş ki, təhdid edən biri olsa da daha çox savab qazansam" deməlidir. Peyğəmbərimiz (s.ə.v) həmişə təhdid altında yaşadı; Əbu Cəhilin, Əbu Ləhəbin o dövrün fironlarının təhdidləri altında. Hz. Musa (ə.s) daim Fironun təhdidi altında yaşadı.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Təhdid nemətdir. Təhdid olan mühitdə İslamı izah etmək ibadətdir. "Təhdid olmasın, mən də ibadət edim" deyir. Elə olduqda ibadətin savabı xeyli azalar. Halbuki, müsəlman çox savab qazanmaq istəyir. Bir milyon savab qazanmaq olduğu halda, niyə bir savaba razı olursan?
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

PKK üzündən bir çox insan Cənub-Şərq bölgəsində fəaliyyət göstərə bilmir, müsəlmanlar çəkinirlər. Amma təhdid altında fəaliyyət göstərsələr, daha çox savab qazanarlar.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 9 dekabr 2014
avatar

Adnan Oktar

PKK Cənub-Şərq bölgəsini səs-küylə boğacağını zənn edir. Bütün küçələr, prospektlər, bir sözlə, hər yer PKK tərəfdarları ilə dolsa belə, bizim oranı təmizləməyimiz ən uzağı 48 saat çəkər. Beləliklə də, PKK qaçıb gizlənəcəyi bir deşik axtarar. Ağıllarını başlarına yığsınlar.
A9 TV; 9 dekabr 2014
avatar

Adnan Oktar

Bunu açıq şəkildə deyim ki, “mərhələ” deyə bir şey yoxdur. Bölünməyə əsla izn vermərik. Bax, səmimi surətdə, igidcəsinə açıq şəkildə deyirəm; bütün dünya dağılar, bütün dünya yerlə-yeksan olar. Qiyamət qopar. Heç bir şəkildə elə bir şey ola bilməz, bunu yaddan çıxartsınlar. Əgər Türkiyəni bizə yar etməyə çalışmasanız, biz də sizə dünyanı yar etmərik.
A9 TV; 9 dekabr 2014
avatar

Adnan Oktar

Sevgisizlik qəzəb meydana gətirər, əsəb pozğunluğu meydana gətirər. O nifrətlə də hücum edəcək, kinini tökəcək bir yer axtarır. Cüzi bir şey də istəmir. Yandırmaq, öldürmək istəyir; başını yaracaq, qanı su yerinə axıdacaq. Qan gördükdə isə əsəbi bir az olsun sakitləşər. Şeytanın xüsusiyyətidir bu, şeytan qanla doyar.
A9 TV; 7 dekabr 2014
avatar

Adnan Oktar

Tayyib hocam Mehdi (ə.s)-a zəmin hazırlayan bir insandır. Mənim qənaətimə görə, mehdiyyət dövründə də prezident vəzifəsində qalmağa davam edəcək. Çünki ideal bir idarəçi, ideal bir insandır. Buradan, baş nazirin də mehdiyyət dövründə baş nazirlik vəzifəsində qalmağa davam edəcəyi aydın olur. Yəni mən belə hiss edirəm. Çünki çox qabiliyyətli, çox alicənab, etibarlı bir insandır.
A9 TV; 7 dekabr 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s)-a üç dəfə beyət ediləcək. Birincisi İstanbulda, ikincisi Məkkədə, üçüncüsü Qüdsi Şərifdə ediləcək. Qüdsdəki beyətdə Mehdi (ə.s) İsa Məsihi çağıracaq. "Can təhlükəsizliyin təmin ediləcək. Çıx ortaya" deyəcək. Ondan sonra İsa Məsih (ə.s) öz tələbələrindən ibarət bir heyətlə təbəssüm edərək gələcək.
A9 TV; 7 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 6 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 6 dekabr 2014
avatar

Adnan Oktar

İnsanlar bir mədəniyyət kimi xristianlıq, yəhudilik və müsəlmanlığı bilməlidir. Ələviliyi, bektaşiliyi, şiəliyi bilməlidir. Bilmirsə, bu bir cahillikdir, çatışmazlıqdır.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Müvəffəqiyyəti Allah meydana gətirər. Müsəlmanları barışdırmaq fərzdir. Biz sonuna qədər çalışacağıq. Bu həftə olmasa növbəti həftə olar. Növbəti həftə olmasa o birisi həftə olar. Yəni bir şəkildə olar. Səy göstərmək lazımdır. Ümidi kəsib bir kənara çəkilmək olmaz.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Moşiyahın, Mehdi (ə.s)-ın zühurunu bütün İslam aləmi, bütün yəhudilər qəbul edəcəklər. Xristianlar da qəbul edəcək və fövqəladə sülh və qardaşlıq mühiti hakim olacaq. Amma Allahla olan əlaqə çox əhəmiyyətlidir. İnsanlar Allahla olan əlaqələrini kəsdikdə, dünya yaşanmalı yer olmaz.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s)-ın müqəddəs əmanətləri, hz. Musanın sandığı tapılacaq. Müqəddəs sandıq müsəlmanların, yəhudilərin və xristianların da olduğu bir mühitdə açılacaq. Çox böyük hadisələr yaşanacaq. İnsanlar buna hazırlıq görsünlər.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Əgər din əhəmiyyətli görünməzsə, Moşiyah əhəmiyyətli görünməzsə, Allah da nə demək istədiyini insanlara zorakılıq göstərərək başa salar. Amma insanlar Allahın dediyini səmimi surətdə başa düşərlərsə, Allaha etibar edərlərsə, Moşiyahına, yəni Mehdisinə etibar edərlərsə xoşbəxtlik və dinclik hakim olar.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Necə ki, Osmanlıların hakimiyyəti dövründə yəhudilərlə dost olmuşuqsa, hal-hazırda da dost olduğumuzu vurğulayan gözəl səylər göstərilməsi, işlər görülməsi yaxşı nəticə verər.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

İsrailin Türkiyə ilə olan dostluq əlaqəsi əhəmiyyətlidir. Türkiyə açar mövqedə olan bir ölkədir. Yəhudi qardaşlarımız buraya gəlsinlər. Burada bir dostluq mühiti yaradılsın. Simvolik dostluqlar çox güclü təsir oyandırar. Çox böyük nəticə verər.
A9 TV; 5 dekabr 2014
avatar

Adnan Oktar

Allah Moşiyahın zühur etməsini istəyir. Mehdi (ə.s)-ın zühur etməsini istəyir. Bu Tövratda çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Hədislərdə çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Allah dünyanı hal-hazırda Moşiyah-Mehdi (ə.s)-a görə dizayn edir.
A9 TV; 5 dekabr 2014
PAYLAŞIN
logo
logo
logo
logo
logo