Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, "əhval-ruhiyyəm pozuldu" deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi?
Bəziləri təbliğ edir; "mən təbliğ edirəm mənimlə lağ edirlər" deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki?
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Küfrün boşboğazlığına dözmək o qədər çətindir ki, bu bir dünya imtahanıdır. Bu səbir və diqqət tələb edir, eləcə də, onun bu nalayiq sözünün hansı məqamda çürüdülməli olduğu da, ayrılıqda müəyyənləşdirmək lazımdır. Bunu bir məqamda etmək olmur, hamısını ayrı-ayrılıqda ayə ilə sübut gətirilməli, məntiq ilə təsdiqini tapmalıdır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bütün Quran sevgiyə əsaslanır. Amma sən birbaşa sevgini təqdim etsən, tam gözəlliyin ortasına girərsən. Bunun üçün birbaşa sevgini hədəf alan izahat, məntiq və ruh lazımdır. Hansı ayəyə baxsanız, sevgi məqsədli olduğunu görərsiniz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allah: "Əfv et, yaxşı işlər görməyi əmr et və pis əməllərdən üz döndər" deyir. Bəs əfv etsək nə olar? Sevginin önündəki maneə aradan qalxar. Sevgi bir-biriylə birləşər. "Pis əməllərdən üz döndər". Pis əməl insanın qəlbini sıxar. Sevgini boğar. Üz döndərdiyin vaxt sevgini qorumuş olarsan. "Yaxşılığı əmr et", yaxşılığı əmr etdiyin vaxt, nə baş verər? Sevgi artar, sevgi yayılar.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bağışlamaqla, əfv etməklə, sevginin önündəki bloku aradan qaldırırsan. Bağışladığın vaxt sevginin önündəki divarı dağıdırsan.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Sən kasıbı qorusan kasıb nə edər? Səni sevər. İlk hiss edəcəyi duyğu hansıdır? Sevgidir. Məsələn, bir hədiyyə alırsan, təşəkkür edir. Təşəkkür nədir? Gözləri parıldayır. Niyə? Sevgidən. Onda bir anda sənə qarşı sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v): "Hədiyyələr, qarşılıqlı sevgini artırır" deyir. Məqsəd nədir? Sevgidir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allah qorxusu sevginin təməlini meydana gətirir. Allah qorxusundan ötrü səbir edirsən, şəfqətli, kömək sevər və əliaçıq olursan. Bunlar sevginin təməlini meydana gətirir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Salam, nədir? Sevgidir. "Məndən sənə zərər gəlməz". Onda nədir? Sakit və rahat ol, yəni xoşbəxt ol. Bütün sözlərin kökünə, danışıqların təməlinə baxın, bütün bunların altında sevgi yatır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Ey Rəbbim sənə şükürlər olsun, sənə təşəkkür edirəm, nə deməkdir? Səni çox sevirəm deməkdir, Sənə olan sevgimi dilə gətirirəm deyir, xoşbəxtəm deyir. Xoşbəxtəm nə deməkdir? Sevdiyim üçün xoşbəxtəm deməkdir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Həmd etmək, "əlhəmdülillah" demək sevgidir. "Ey Rəbbim sənə təşəkkür edirəm" deyir. Təşəkkür etmək nədir? Qəlbində sevgi yoxdursa bu sözün bütün mənası itir. Sevgi vardırsa tam məna qazanır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır.