Suriyalı qardaşlarımıza hər vəziyyətdə şəfqət və anlayışla yanaşmaq lazımdır. Ağır imtahandan keçib ölkəmizə gəldilər, həmişə yardımçı olmaq lazımdır.
Ölüm zalım üçün qorxması lazım olan hadisədir. Mömin üçün, Allahı sevən üçün ölüm cənnətə addımdır.
(A9 TV; 25 sentyabr 2017)
İngiltərə dərin dövlətinin tərəfdarlarının xüsusiyyəti həqir olmaları, Türkiyəyə qarşı olmaları, homoseksuallığı dəstəkləmələri və şəffaflaşma istəmələridir.
(A9 TV; 25 sentyabr 2017)
Təkamülü müdafiə edənlər beyinə gələn zəif elektriki üçölçülü rəngarəng həyat kimi seyr edən ruhun mövcudluğunu heç vaxt izah edə bilməzlər.
(A9 TV; 25 sentyabr 2017)
Darvinizm elm deyil, təsadüfi müdafiə edən bütpərəst inancdır. Gənclərə bütpərəst bir ideologiyanı elm deyə zorla qəbul etdirməyə çalışmaq ayıbdır.
(A9 TV; 25 sentyabr 2017)
Qız uşaqlarını ikinci dərəcəli hesab edən zehniyyət dünyanın demək olar ki, hər yerində var. Qadınları əzən bu sistemə elmlə, irfanla icazə verməyəcəyik.
(A9 TV; 25 sentyabr 2017)
Gənclərin və xalqımızın demək olar ki, hamısı Quran müsəlmanlığının keyfiyyətli, mehriban, parlaq, azad ruhunu anladı və həqiqi İslamı istəyir.
(A9 TV; 25 sentyabr 2017)
Yolun kənarında olan bir otdakı ağıl insanların ağlından çox üstündür, otun tək bir hüceyrəsinin içində milyonlarla bilgi var.
(A9 TV; 25 sentyabr 2017)
2022-ci ilə qədər böyük hadisələr davam edəcək. Allahın icazəsi ilə 2022-ci ildə, baş verən problemlərin demək olar ki, hamısı bitmiş olacaq.
(A9 TV; 25 sentyabr 2017)
Quran, İslam, din məsələsində zarafat ola bilməz. Dini məsələlərdə haşa istehzalı zarafatlar edən serialların yayımlanmasını millət olaraq qəbul etmirik. (Tövbə surəsi, 65: Onlardan soruşsan, and olsun ki; "Biz dalmış, əylənirdik" deyərlər. De: "Allahı, Onun ayələrini və elçisini lağa qoyurdunuz?".)
(A9 TV; 25 sentyabr 2017)
PKK, İngiltərə dərin dövlətinin yönləndirdiyi təşkilatlardan biridir. Terrorun aradan qalxması İngiltərə dərin dövlətinin dağılması ilə mümkün olar.
(A9 TV; 25 sentyabr 2017)
Hal-hazırda yaşadığımız aləm gözümüzə bitişik pərdə kimidir. Cənnət tam bu pərdənin arxasındadır.
(A9 TV; 25 sentyabr 2017)
Bərzaninin referendum keçirməsi üçün beynəlxalq qərar alındığı, bunlara İngiltərə dərin dövlətinin başçılıq etdiyi görünür. İraq qəbul edirsə, müsəlman dindar Bərzaninin dövlət yaratması heç kəsi narahat etməz, lakin məqsəd başqadır. PKK dövləti yaradılmaq istənilir və Bərzani referendumdan bir müddət sonra devriləcək, ardınca da bölgə PKK-ya təslim ediləcək - deyə plan qurulub. Türkiyə bu plana tamaşaçı qalmaz.
(A9 TV; 25 sentyabr 2017)
Dünyanın ən gözəl bəzəyi qadınlardır. Mənim hazırladığım portretlərdə də qadın gözəlliyinin yer alması incəsənətin gözəl təcəllisidir.
(A9 TV; 25 sentyabr 2017)
Quran müsəlmanlığında yas yoxdur. Ölüm müsəlman üçün son deyildir, imtahanının bitməsidir.
(A9 TV; 25 sentyabr 2017)
İngiltərə dərin dövləti həmişə müsəlmanlara vuran gizli yumruq kimidir. Təkidlə ifşa edildiyi zaman bu struktur mütləq məğlub olacaq.
(A9 TV; 25 sentyabr 2017)
Allah bütün insanlara nəfslə vicdan arasındakı fərqi vəhy edər və insanlar da bunu bilər, lakin özlərinə sərf etmədiyi üçün nəfsə tabe olarlar.
(A9 TV; 25 sentyabr 2017)
Qadınların baxımlı və gözəl olması Qurana görə haram deyil. Quranda həddindən artıq qadın azadlığı var.
(A9 TV; 25 sentyabr 2017)
Mehdi gəlməyəcək səsləri min ildir ki, ilk dəfə bu dövrdə bu qədər yüksəldi. Bu da hz. Mehdinin zühur əlamətlərindən biridir.
Bu dünyada yuxu kimi bir aləm içində yaşadığımızı öldüyümüz vaxt aydın görəcəyik. Ölümlə birlikdə yuxudan oyanırmış kimi axirətə keçəcəyik.
Hal-hazırda dünyada böyük fikir müharibəsi var. İngiltərə dərin dövləti mənfi fikirdən istifadə edərkən, mehdiyyət haqq olan fikri izah edərək qalib olar.