Suriyada sırf şiəni əsas götürən sistem olsa, onda uğursuzluq olar. Bu Qurana ziddir. Bütün müsəlmanları əhatə edən strukturlar daim gözəldir. Kim Qurana, İslama sarılsa, bütün müsəlmanları eyni dərəcədə sevsə, o da nicat tapar, inşaAllah.
Allahı unutmaq Allaha xoş getməz. Həm meyvələr, lütfkarlıq, gözəlliklər, evlər, avtomobillər yaradacaq, adam haşa, heç bir şəkildə təmasda olmayacaq. Tək sözlə belə həmsöhbət olmayacaq. "Allaha həmd olsun" deməyəcək. O zaman Allah geri alar. "Avtomobili Mən verdim" deyər, alar Allah. "Evi Mən verdim, evi də alar" deyir. "Canı Mən verdim, canı da alaram" deyir. "Ya Mənə şükür edərsiniz, ya da geri alaram" deyir Allah.
(A9 TV; 21 may 2013)
Adnan Oktar
-
Səmimi, yaxşı insanlar dünyada o qədər də çox deyil. Yaxşı, səmimi, sevgi dolu insanların bir-birini qoruması lazımdır. Əksinə, onların bir-birinin əleyhinə olması çox böyük sadəlövhlükdür.
(A9 TV; 23 may 2013)
Adnan Oktar
-
Mehdiyyətə qarşı çıxanlar məhv olarlar. Hz. İsa Məsihlə, Mehdi (ə.s)-la mübarizəni əsas götürən məntiq mütləq məhv olar.
(A9 TV; 23 may 2013)
Adnan Oktar
-
İnsanlara qorxunu hiss etdirməmək lazımdır. Təkcə Allah qorxusu olmalıdır. Bütün qorxular haramdır. Təkcə Allah qorxusu halal və fərzdir. Ondan başqa bütün qorxular haramdır, halal deyil.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Biz irqçi düşüncəyə qarşıyıq, saf irq axtarışında olanlar bu fikirdən imtina etsinlər.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Polisə daş atmaq cinayətə təşəbbüs göstərməkdir. Eləcə də, molotof kokteyli atmaq da öldürməyə cəhd etməkdir. Polisimizi tam qoruyan, həyatlarını sığortalayan qanunlar olmalıdır. Polisin əzilməsinə icazə verilməməlidir.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
MHP benqal pələngi kimi nərə çəkir, maşaAllah.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Hökumət spirt satışına qarşı gördüyü tədbirlərlə mübarizə aparır. Spirt istifadə edən insan sağlam olmur. Bizə sağlam bir nəsil lazımdır.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Baş nazirimiz suriyalı qardaşlarımıza şəfqətlə yanaşır.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Türkiyə bir ana gövdə olaraq çox güclü olmalıdır. Suriyanın, İraqın bölünməsindən ziyan gəlməz. Təki Türkiyə güclü olsun, onlar Türkiyəyə bağlı olsun. Onda heç bir təhlükə olmaz. Çünki, ata güclü olduqdan sonra övladlarını gözəl idarə edər, istiqamətləndirər. Sevgi, şəfqət də göstərər.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
Baş nazirimiz gözəl müsəlmandır. Xidməti və çalışqanlığı da mükəmməldir.
(A9 TV; 25 may 2013)
Adnan Oktar
-
PKK ruhunu təslim edəndən xeyli keçib. Bizim olduğumuz yerdə PKK, kommunistlik onsuz olmaz. İdeologiyalarını kökündən məhv etdik, amma belə deyib əlimizi qucağımıza qoyub oturmarıq. Fikri, elmlə, mədəniyyətlə, ağılla, fikirlə mübarizəni davam etdirəcəyik, inşaAllah. Ayıq-sayıq olmaq lazımdır.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Hər yerdə möminlər, müsəlmanlar varkən qiyamət gəlməz. Ayə vardır ki, təbliğ edilərkən bəla gəlmir. Allah xatırlanmayanda, müsəlmanlıq yaşanmayanda qiyamət gəlir.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Qiyamətin məqsədi mal, dünya sevgisi olanlara böyük ümidsizlik, həsrət əzabı vermək və o ağrının ürəklərində yerləşməsini təmin etməkdir.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Peyğəmbərlər ağılsız hərəkətlər etməzlər. İsa Məsih (ə.s) zarafatcıldır, şəndir, mehribandır, lakin zadəgan, alicənab olar. Bütün peyğəmbərlər çox zadəgan olarlar. Nəcib olarlar. Hərəkətlərində qeyri-adilik olduğu məlum olar.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
İsa Məsih (ə.s) Quranı, İncili, Tövratı su kimi bilir. Gözlərindən, baxışından anlamaq olar.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
İsa Məsih (ə.s) ingiliscə, fransızca, almanca, türkcə, bir çox dili ana dili kimi biləcək. Yəni ən azı 14 dil bilər. Buna görə də xarici dil problemi olmaz. Ərəbcəni nəfis, gözəl bilər.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
İsa Məsih (ə.s) da (bütün peyğəmbərlərdə olar) böyük bir zəkaya malikdir. Yəni mükəmməl əzbərləmə qabiliyyəti vardır. Səhifəyə baxdıqda fotoşəkil kimi, oranı bir dəfə oxuduqda su kimi əzbərləyər.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Xristian qardaşlarımız elə bir hala düşəcəklər ki, İsa Məsihə artıq susamış olacaqlar, necə səhrada qalmış bir insan necə su axtararsa, eləcə də İsa Məsihi istəyəcəklər. İsa Məsihin enişi üçün danışıqlar çoxalacaq.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Şagirdlərimiz məktəblərini, özlərini Allah üçün fəda etsinlər. "Ya Rəbbim, mən təhsil alıb özümü dünyaya həsr etməyəcəyəm. Mənim məqsədim Sənin razılığındır" desinlər. "Mən məktəbimi, peşəmi Sənə həsr etdim, ya Rəbbim, Sənin üçün yaşayacağam, Sənin üçün öləcəyəm" ― deyə dua etsinlər.