Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.
Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir.
Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz.
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır.
Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur.
Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.
Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.
İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.
Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.
Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür.
Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.
Ən əhəmiyyətli şey keyfiyyət və estetikadır. Həyata rəng qatan, gözəllik qatan şey budur.
Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.
Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.
İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar.
İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.
Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil.
Dünya tarixində həmişə bütə nifrət edilmişdir. Amma birləşdirici olduğu üçün də, ona qarşı saxta hörmət göstərilmişdir.