Heyvan sevgisinin çoxalması çox gözəl oldu. Heyvanların qorunması üçün də çox qətiyyətli davranırlar. Heyvanların rahat olması gözəllikdir.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Çətinlik anında Allaha sevgi ilə sadiq olmaq çox yüksək əxlaqdır. Səhabələr belə yüksək əxlaqa malikdilər. Hər müsəlman bu əxlaqa malik olmalıdır.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Sünni-şiə əleyhinə olmaq İngiltərə dərin dövlətinin oyunudur. Bölgənin iki güclü ölkəsi olan Türkiyə ilə İranı savaşdırmaq istəyirlər. Heç kim oyuna düşməsin. İran və Türkiyə müharibə etsə Allah qorusun İslam aləmi məhv olar. İki ölkə ittifaq etsə qarşıdurmalar aradan qalxar, İslam Birliyi yaranar.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
İmtahan və əziyyət insanların özlərinin həqiqi əxlaqını görmələrini təmin edər.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Çətinlik anında Allahı haşa tərk etmək çox böyük nankorluqdur. İnsan aşiq olduğu Sevgilisini əsla tək qoymaz.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Səhabələr özündən qat-qat böyük ordulara qarşı cəsarətlə mübarizə aparırdı. Hamısı iman sevinci içində idi, heç kim usanmırdı.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
PKK-nın sülh və ya həll yolundan anladığı, Türkiyəni tamamilə bölən Yaxın Şərq ilə arasında sədd olacaq kommunist dövlət yaratmaqdır.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Darvinizm elmi düşüncə deyil. Keçmiş bütpərəst dinlərdə olan bütpərəst inancdır. Gənclərə elm olaraq öyrədilməsi doğru deyil.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Təkamül adlı proses yaşanmadı. Tapılan 700 milyon fosil var, hamısı bir anda yaradılmanı göstərir, saxta təkamül prosesini göstərən tək fosil yoxdur.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Allah zər aləmində bütün bəşəriyyəti yaratmışdır. Sonra insanları ata-ana vəsiləsi ilə dünyaya göndərmişdir. Zər aləmində təkamül yoxdur.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
İran irq üstünlüyünə görə deyil, ümmət anlayışına görə idarə olunan ölkədir. İranın irqçi olduğu iddiaları həqiqəti əks etdirmir. Şiələrin yanlış cəhətləri ola bilər, lakin əhli-beytə və hz. Əliyə aşiqdirlər. Əhli-beytə edilən xainlikdən ötrü yaşadıqları qəzəb hissi var. O tarixi qəzəbin ağrısıyla özlərini qorumaq üçün çox güclü olmalarının lazım olduğuna inanırlar. Lakin bu fars irqçiliyi düşüncəsi deyil. Şiələri, sünniləri, vəhhabiləri çox sevir, hamısını müsəlman qardaşımız kimi görürük. Müsəlmanlar bir-birlərini irqçiliklə ittiham etməməlidir.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Sevgisizlik xəstəliyi vəba kimi yoluxucu və təhlükəli xəstəlikdir. Bu xəstəliyə qarşı mütləq tədbir alınması lazımdır.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Xristianlar Kitab əhlidir. Qurana görə müsəlmanlar Kitab əhlinə şəfqət və sevgi ilə yanaşmaqla məsuldur.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Allah şəhidlərimizin şənini, adını, gözəlliyini sonsuza qədər cənnətdə davam etdirsin.
(A9 TV; 16 iyun 2017)
Adnan Oktar
-
Hər insan, dünyanın ən gözəl insanının bədəni də daxil olmaqla, məzarda darmadağın olacaq. Vücudunu hərisliklə sahiblənmək mənasızdır.
(A9 TV; 15 iyun 2017)
Adnan Oktar
-
İnsanların bir çoxunun ağlı nemətlərə deyil, əksinə imtahanın çətinliklərinə ilişir. Çətinliklə qarşılaşdıqda Allahı unudurlar. Allah saysız-hesabsız nemət yaradır, nemətləri saymaqla bitirə bilmirik, lakin bəzi insanlar ən kiçik çətinlikdə Allahın əleyhinə düşünürlər.
(A9 TV; 15 iyun 2017)
Adnan Oktar
-
Allahın sənətini həmişə düşünmək və izah etmək lazımdır. Hər yerdə hər kəsin bir-birinə Allahın sənətini xatırlatması lazımdır. Beynimizin içində gözsüz görən biri var, bu çox böyük sənətdir. Meteoritlərin arasında böyük sürətlə hərəkət edirik, bu böyük sənətdir. Allah xoşumuza gələn şəkildə musiqi yaradır. Həm musiqini, həm də musiqinin xoşumuza gəlməsini yaradır. Bu böyük sənətdir. Xalçanın tək ipliyində yunun alındığı heyvana dair bütün məlumat var, bu çox böyük sənətdir. Xarici aləmdə səssizlik, qaranlıq hakimdir, lakin biz beynimizdə par-par parıldayan rəngarəng dünyada yaşayırıq. Bu Allahın mükəmməl sənətidir.
(A9 TV; 15 iyun 2017)
Adnan Oktar
-
Mehdi gəlməyəcək deyə həmişə deyənlər mehdiyyətin doğru olduğunu bildikləri üçün belə təşvişə qapılırlar. Mehdi zühur etməyəcək deyənlər əlamətlərdən israrla heç bəhs etmirlər. Çünki Mehdinin bütün əlamətlərinin reallaşdığını bilirlər.
(A9 TV; 15 iyun 2017)
Adnan Oktar
-
Avropada yaşayan müsəlmanların bir çoxu bir-birlərinin məscidlərində belə getmirlər. Halbuki hamısının bir-birini coşğu ilə sevib qorumaları lazımdır.
(A9 TV; 15 iyun 2017)
Adnan Oktar
-
Ənənəçi ortodoks sistemdə qadın potensial cinayət ünsürü kimi görünür, mövcud olmasını belə təhlükə hesab edirlər. Bu zaman qadına hörmət olmur.