Şeyx Nazim Kıbrısi Həzrətləri ilə savaşan elektrikdən yalın əllə tutmuş kimi olar.
Bundan sonra döyüşə vaxt olmayacaq . Hədisdə ifadə edildiyi kimi yalnız "döyüş səsləri" olacaq. Hər atom bombasının başında bir gözətçi var.Allah atom bombalarını özbaşına atdırmır . Bütün hamısı Allahındır.
Yəhudilərin inancında Hz. Mehdi (ə.s) Yəhudilərin arasından çıxmır. HZ. MEHDİ (Ə.S) BÜTÜN YƏHUDİLƏRİ, XRİSTİANLARI VƏ MÜSƏLMANLARI XİLAS EDƏCƏK. Onlara azadlığı, sülhü, qardaşlığı gətirəcək. Peyğəmbərimiz (s.ə.v ) Hz. Mehdi (ə.s)ın gözəl əxlaqını və Müqəddəs Sandığını görən bir çox Yəhudinin Məhəmmədi olacağını söyləyir . Necə bir Müsəlman Hz. İbrahim (ə.s)ı, Hz. İsa (ə.s)ı, Hz. Musa (ə.s)ı sevmədən Müsəlman ola bilmirsə, eyni şəkildə bir Yəhudi də Hz. Məhəmməd (s.ə.v)ı qəbul etməzsə həqiqi Yəhudi ola bilməz. MÜTLƏQ MƏHƏMMƏDİ OLMALIDIR, YALNIZ O ZAMAN GERÇƏK YƏHUDİ OLAR.
İslamda hər şey məntiqlidir, hər şey tutarlıdır. Qeyri-məntiqi hərəkətlər, xurafatlar İslamda yoxdur. Bunları gördüyünüzdə şeytan müsəllət olmuşdur. Bunu bilin.
Şiələrə söz dedirtmərəm, onlar Hz. Əli (ə.s) aşiqidir.
Dəccaliyyət insanları tükətmək üçün iqtisadiyyatdan istifadə edər, əxlaqdan istifadə edər . Darvinizm onsuz da bu anlayışı ifadə edir. Bir Darvinist heyvan olaraq gördüyü bir varlığa niyə dəyər verib ona köməkçi olsun? Ancaq onu Allahın təcəllisi olaraq gördüyündə hörmət və sevgi duya bilər.
Müqavimət olmasa, Mehdiyyət olmaz. Çətinliklərdən keçənə Mehdi tələbəsi deyilir.
Darvinistlər ən çox insana əhəmiyyət verdikləri üçün insanın təkamülünü sürətləndirmişdilər. Lakin heç portağalın qabığının təkamülünü izah etməzlər. İnsanı meymun halına gətirmək istədikləri üçün insanın yaranmasında böyük yalanlardan istifadə edərlər. Bir anda, çox qısa bir müddət içində, "Alice Möcüzələr Ölkəsində"ki kimi cildə girərək insana çevrildi deyirlər. Bir tək insanın təkamülündə bu üsuldan istifadə edirlər. Bunun səbəbi insana bənzəyən bəzi heyvanların olmasıdır. Qardaşlarımız ağıllı nəzərlərlə baxsalar, bunu dərhal anlaryarlar.
Xromosom İstanbul şəhərindən daha kompleks quruluşa sahibdir. Diqqət yetirilsə, Darvinistlər hüceyrə və zülal mövzusuna heç girmirlər. Çünki bunu açıqlaya bilmirlər. Bu haqda məlumatı olmayan birinə də asanlıqla təsir edə bilirlər.
Bədbəxt yaşamaq anormaldır, insanların xoşbəxt olması lazımdır. Allah bizim xoşbəxt olmağımızı istəyər.
İnsanlarda ən böyük problem dərin və sağlam düşünməmələridir. Halbuki, din dərin düşünmək üzərində quruludur. Allah Quranda dərin- dərin düşünməyi əmr edir.
Təhqiqi- iman olmayınca İslam Birliyindən, Türk İslam Birliyindən, Hz. Mehdi (ə.s)a olan həsrətdən, Hz. İsa Məsihə olan eşqdən bəhs edilməz. Bütün bunlar iman zəifliyindəndir. Coşğu dolu imanda Allahın yaratdıqlarına qarşı böyük bir istək, sevgi meydana gəlir. Buna görə Peyğəmbərimiz (s.ə.v)ı görə bilməyən, Hz. Mehdi (ə.s)ı görmək istəyər. İsa Məsihin gəlişi nəfəs kəsici bir hadisədir. Bu hadisələrdən çəkinmələrinin tək səbəbi iman zəifliyidir.
İslam Birliyi ən böyük fərzdir, tez bir zamanda reallaşdırılmalıdır.
Darvinizmin məqsədi insanların imanını əllərindən almaqdır. Darvinistlər gecə-gündüz bunun üzərində çalışaraq 99% insanların imanını əllərindən almışdılar. Ən böyük məsələnin iman məsələsi olduğunu da burdan anlayırıq.
İman təhqiqi Allah sevgisi, Allah qorxusu, Quranın yetərli olması mövzusunu ön plana çəkir, şeytan da buna qəzəblənir. İnsanlara vəsvəsə verir " imanın təhqiqini ön plana gətirmə, xurafat izah et" deyir. Mən anti-xurafatam, xurafatları yox edəcəyəm.Mən Səadət Əsrinin Müsəlmanıyam . Peyğəmbərimiz (s.ə.v), dinin necə yaşanmasını istəyirdisə, mən də onu istəyirəm.
Bütlər insanı narahat edir. Bütlərin olduğu yerdə namaz qılınmaz. Ona görə Darvinizm bütünün də qaldırılması lazımdır. Dövlət leninist, kommunist, faşist sistemin mənşəyi olan Darvinizmi dəstəkləyərsə, bu, yaxşı nəticələnməz. Bunun tam qarşılığının verilməsi lazımdır.
Biz xəyali bir müzakirə edilməsini istəmirik, biz elmi bir qiymətləndirmə edilməsini istəyirik. Zülallar təsadüfən meydana gələ bilərmi? Təkamülü isbat edən qalıq varmı? Bunu göstərmələrini istəyirik. Bunları göstərməzlərsə, bu, xalqı səhv istiqamətləndirmək mənasına gəlmirmi?
Axirətdə də heç bir heyvan yox olmur. Hamısı orada olacaq. İnsanlar istədikləri an təxəyyül etdiklərində dərhal sevdikləri heyvan qarşılarında olar. Heç bir varlığın itməsi mümkün deyil. Bir dəfə var oldu mu, sonsuza qədər yox olmaz.
Kürd qardaşlarımızı kiçik sərhədlərin içinə həbs etmək istəyirlər. O bölgədəki əsl rahatlıq PKK-ın geri çəkilməsi ilə təmin ediləcək.
Şiddətə məruz qalan qadınlara oradakı bütün ətrafdakılar kömək etməlidir. Şiddət tətbiq olunduğunu bildiyin zaman tamaşaçı kimi seyr edə bilmərsən. Bu kimi hadisələrə təqib lazımdır.
İman həqiqətlərinə əhəmiyyət vermək lazımdır. Allahın sənətinə aid detallar təhqiqi imana vəsilə olar. Darvinizmi yox etməkdə vəsvəsələri ortadan qaldırar.