Şeytanda olduğu kimi münafiq də məntiqsiz, axmaq, cəfəngiyat tərzində danışar. Öz ağılsız məntiqində özünü ən üstün, ən keyfiyyətli görər.
Münafiq şərt qoyan və qapayandır. Məqsədi mübahisə, münaqişə və qarışıqlıq çıxartmaqdır. Mütləq əngəl törədən olar və qarışıqlıq çıxarar.
Mömin münafiqin zəhəridir. Möminin gücünü, keyfiyyətini, sevincini, hakimiyyətini görmək münafiqin çox canını yandırar, həyat ona zəhər olar.
Hər münafiq hücumu müsəlmanları gücləndirər. Türkiyədəki münafiq hücumu da Türkiyənin qat-qat güclənməsinə, birlik qazanmasına vəsilə oldu.
Münafiq buqələmun kimidir, bir anda baxışı iyrənc hala gələ bilər. Dəqiqələrlə iblis ruhu ilə çirkin baxar, sonra bir anda humanist görünə bilər.
Münafiq hiyləgər və qaranlıq olduğu üçün onun oyunlarını tutmaq müsəlman üçün bir növ ağıl oyunudur. Şahmat kimidir.
Münafiq şeytana heyrandır, itaətkardır, nəzakətli və hörmətcildir. Alçaqlığını isə müsəlmanlara göstərir.
Münafiq möminlərə qarşı namərddir, anarxist və təcavüzkardır. Hər hərəkətində müsəlmanlara pislik etmək var. Küfr əhlinə qarşı isə hörmətcildir.
Münafiqlər hiyləgər, ədabaz və asidirlər. Əxlaqsızlıq etmək üçün fürsət axtararlar. Münafiqin ruhu hörməti qəbul etməz, ruhu zibil kimi qaynayar.
Vətəni müdafiə edərkən şəhid olan bir insan üçün “yox oldu” deyilməz. Bir insan ya cənnətə, ya da cəhənnəmə gedər. İslama görə “yox olmaq” yoxdur.
İsraf çox yayılıb. Müsəlmanlar mütləq israfdan çəkinməlidirlər. Bitirə bilməyəcəyi yeməyi atır, çörəyi atır, bunların hamısı israfdır. Hər şeydə israfdan çəkinmək lazımdır. Kağızda, suda, yeməkdə, mömin heç nədə israf etməməlidir.
Müsəlman hər zaman cənnət gözəlliyində olmalıdır. Qadın və kişi həmişə yaraşıqlı, baxımlı, təmiz və nəcib olmalıdır. Allah Əraf surəsinin 31-ci ayəsində; "Ey Adəm oğulları, hər məscid yanında zinətlərinizi taxın. Yeyin, için və israf etməyin. Çünki O, israf edənləri sevməz" deyə bildirir.
İngiltərə dərin dövlətinə heç bir söz deyə bilməyənlər, günahsız insanların olduğu təriqətləri, camaatları hədəf alırlar, vicdanlı davranmırlar.
Keşikçilərimiz aslandır, igiddir, dəliqanlıdır. Şəhid olanlar cənnət aslanı olur. Mövqelərinə görə təbrik edirik.
Münafiq köstəbək kimi qaranlıq yuvasının içində gah o nöqtəyə, gah da bu nöqtəyə qaçar. Mömin tək-tək hər nöqtəsini elmlə bağlayar.
Mömin üçün münafiqin oyunlarını tutmaq ağıl gimnastikası kimidir. Münafiqin hər oyununun üstünü açmaq və zərərsizləşdirmək mömin üçün şərəfdir.
Münafiq ağılsız olduğu üçün görünmədiyini zənn edər. Allahın hər şeyi bilən olduğunu düşünə bilməyəcək qədər ağılsızdır.
Keçmişdən bəri gizli təşkilatların nümayəndələri xəbərləşərkən ya şeirlər, ya portretlər ya da bir heykəldəki simvollardan istifadə edərlər. Məsələn, Osman Hamdinin portretlərindəki qadın simvolları, şamlar, qadının müqəddəs sayılan mehrabda əyləşməsi, qadının ayağının altında haşa səpələnmiş Quran səhifələrinin olması kimi simvollar İngiltərə dərin dövlətinin zehniyyətinə sahib olanlar üçün əhəmiyyətlidir. Bu, eyni zamanda insanların şüur altına mütəmadi qaydada din əleyhdarı təlqin vermək üçün istifadə edilən bir üsuldur.
Exeter Universitetində yetişən bəzi insanlar İngiltərə dərin dövləti ilə əlaqədədir. Bu universitet dərin dövlətin təhsil müəssisələrindən biridir.
PKK-nın silahlı mübarizə ilə yox olmayacağını uzun illərdir deyən mənəm. Lakin heç kim həll yolunun darvinist-materialist birtərəfli təhsilin dayanması olduğunu söyləmir. Ortaya qoya bildikləri tək fikir PKK-nın silahla, təzyiqlə hakimiyyəti ələ almaqla qazandığı danışıq prosesinə qayıtmaqdır. Danışıq prosesinin son hədəfi isə Cənub-Şərqi Anadolu bölgəsinin Marksist-Leninist PKK-ya verilməsi və yaradılacaq kommunist dövlətin başına Öcalanın gətirilməsidir. Buna icazə vermərik.
Rusiya, İran, Pakistan, Türkiyə dərhal birləşsin. Dərhal hərbi, siyasi, ictimai ittifaq yaradaq. Bunlar bizim qardaşlarımız, canlarımız, qonşularımız, bütünük, vahidik. Heç gözləmədən, dərhal.