Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.
(A9 TV; 29 May 2015)
Adnan Oktar
-
Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Bəziləri din deyildikdə qəribə romantizmə və ruh halına bürünürlər. Allah ağıllı rəftarla zikr edilməlidir.
(A9 TV; 29 may 2015)
Adnan Oktar
-
Səbir etmək və təvəkkül etmək. Bunlar Allahın sevdiyi, bəyəndiyi iki əxlaq xüsusiyyətidir. Təvəkkül nə deməkdir? Deməli, mömin böyük hadisələrlə qarşılaşacaq ki, təvəkkül edəcək, səbir edəcək. Belə olduqda təşvişə qapılmır, kədərlənmir, qorxmur.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır. Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda, dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Göz çox mükəmməl bir orqandır. Sən mutasiya yoluyla, bayağı yolla meydana gəldi deyirsən. O, bayağı yolla meydana gəlməz. Bayağı bir şey səni kor edər. Mutasiya səni ayaq üstə dayana bilməyəcək hala gətirər. Mutasiya, ancaq korluq, karlıq meydana gətirər. Mövcud sistemi yox edər. Başqa bir şey olmaz.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır; belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən, Allah rizası ona hakimdir.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Allahı sevmək həm zövqlü, həm bərəkətli, həm də qəlbə rahatlıq, hüzur verən bir şeydir. Eləcə də tezliklə bərəkət gəldiyi görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü göstərər.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Allah dünyada milyonlarla, milyardlarla, trilyonlarla möcüzə yaradır, saymaqla bitməz. Allah nemətin təqdir olunmasını istəyir, sənətinin görülməsini, sənətinin ayrı-ayrılıqda təqdir edilməsini istəyir. Allah: "Qruplara ayırıb saysanız belə, yenə də sayıb bitirə bilməzsiniz nemətləri" deyir.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri üçün.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir. Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir.
(A9 TV; 28 may 2015)
Adnan Oktar
-
Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir. Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz. Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.