Şeytan əqrəb kimidir. Münafiq də əqrəb kimidir. Münafiq şeytandan daha üstündür. Çünki şeytan təkcə beyinə təsir edə bilər, lakin münafiqin fiziki müdaxilə imkanı da var.
Münafiqlə mübarizə aparmaq, şeytanla şahmat oynamaq kimidir. Çox diqqətli olmaq lazımdır. Şeytanın zəkası məlum, aktyorluğu da məlumdur.
(A9 TV; 16 iyun 2016)
Adnan Oktar
-
Münafiq İslamdan utanar, Allahdan utanar haşa, peyğəmbərdən utanar, özünü uca hesab edər. Hər əsrin dərin dövlətini ilah hesab edər.
(A9 TV; 16 iyun 2016)
Adnan Oktar
-
Sevgi çatışmazlığı dünyanı bürüyən ən böyük fəlakətdir. İqtisadi böhran, müharibələr kimi çox nəhəng bəladır sevgisizlik.
(A9 TV; 16 iyun 2016)
Adnan Oktar
-
Türkiyədə binalar, paltarlar, hər şey, incəsənət nümunəli, keyfiyyətli və gözəl olmalıdır. Rəftarlar, danışıqlar, hərəkətlər, hər şey keyfiyyətli olmalıdır. Bu zaman Avropa ölkələri Türkiyə ilə birləşmək üçün can atarlar. Lakin öz həyat keyfiyyətlərinin pozulacağını düşünsələr, buna icazə verməzlər.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Avropa İttifaqına daxil ola bilməmə səbəbimiz Türkiyədə keyfiyyətin qeyri-kafi olmasıdır. Keyfiyyət səviyyəsi çox yüksəldilməlidir. Avropa ölkələrindən daha keyfiyyətli olmalıyıq.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Bəzi hocalar mehdiyyəti öz aləmlərində irəli tarixə təxirə salmağa çalışırlar, bunun üçün şərh verirlər, lakin onlar mane olmağa çalışarkən, mehdiyyət addım-addım irəliləyir.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
PKK-nın varlığı, Allahın, İslamın hakim olması üçün batin elmi ilə yaratdığı imtahandır. PKK ilə İslam hakim olar mı? Olar. Çünki müqavimətin, hamiyəti-İslamiyənin yaranmasına vəsilə olur.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
İman çox ləzzətlidir və dünyadakı ən böyük nemətdir. İman zəifliyi isə əziyyətdir, ömür boyu iztirabdır.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Yarı imanla yaşamağı qəbul etməmək lazımdır. İnsanlar anadan, atadan iman öyrənirlər, onu sonuna qədər davam etdirmə zehniyyətində olurlar. Bu cür olmaz; təhqiqi, çox güclü, dərin sevgiyə əsaslanan iman olmalıdır.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Ən mühüm məsələ axirətdir. Dünyaya çox aludə olurlar. Dünya tamamilə boşdur, yəni göz açıb yumana qədər keçir və çox çətin imtahan yeridir.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Allahın qədrini layiqincə təqdir edə bilmək üçün dua etmək lazımdır. Allahdan, sənətini yadda saxlamaq üçün yaxşı yaddaş, qədrini layiqincə təqdir etmə qabiliyyəti, sənətini gözəl görmə və heyran olma qabiliyyəti istəmək lazımdır.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Dərin sevgi olmasa cənnətin mənası olmaz. Buna görə də, Allah dünyada çətin imtahan və köklü təhsil verir.
(A9 TV; 14 iyun 2016)
Adnan Oktar
-
Münafiq çox kinlidir. Münafiqi dik saxlamaq, külü götürüb dik saxlamaq kimi çətindir. Hər an aşar münafiq, tarazlıqda saxlamaq çox çətindir. Çünki qəlbi şeytanla ittifaq halında olduğu üçün əxlaqsızlıq, pislik etməmək üçün özünü çətin saxlayar və ən kiçik fürsətdə də pisliyini etməyə cəhd edər.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Münafiq İslamdan, Qurandan bəhs edildiyi zaman, çox sıxılar. Facebookda baxar; birisi həmişə Allahdan, Qurandan bəhs edirsə, münafiq orada sıxılar, lakin orada boş şeylər, onu əyləndirəcək şeylər varsa bu münafiqin xoşuna gələr.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Müsəlmanların üstün və keyfiyyətli olmasına alışacaqsınız. Bəziləri əyləncənin sırf özləri üçün olduğunu zənn edirdilər. Musiqinin özləri üçün, rəqsin özləri üçün olduğunu zənn edirdilər. Rəqs də müsəlmanlar üçündür, əyləncə də, yeməyin ən gözəli də, evin ən gözəli də, sarayın ən gözəli də müsəlmanlar üçündür.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Müsəlmanların keyfiyyətli və güclü olmasına alışacaqsınız, zənginliyinə alışacaqsınız, ağıllı və yaman olmasına alışacaqsınız, dünya hakimi olmasına alışacaqsınız, elmlə, irfanla küfrü məğlub etməsinə alışacaqsınız, darvinizmi yerlə-yeksan etməsinə alışacaqsınız, dünyada terroru, anarxiyanı tamamilə yox etməsinə alışacaqsınız.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Müsəlmanların ağıllı, üstün, keyfiyyətli, mədəni, yaraşıqlı, zəngin, müasir olmasına bütün dünya alışacaq. Hər şeyin ən gözəli müsəlmanlar üçündür.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-a bütün gücü verən Allahdır. Hz. Mehdi (ə.s) aciz və möhtac olduğunu bilər. Hz. Mehdi (ə.s)-da meydana gələn bütün hadisələr Allahın gücüdür. Sən onu şəxsinə aid etməyə təşəbbüs etsən, o zaman təbii ki, gözündə çox böyütmüş olarsan. Gözündə böyüdəcəyin, təkcə Allahdır. Böyük olan Allahdır.
(A9 TV; 13 iyun 2016)
Adnan Oktar
-
Dünyadakı çətinliklər güclü imanın və Allah sevgisinin göstərilməsi üçün lazımdır. Çətinliklərin nemət tərəfini görüb Allaha həmişə şükür etmək lazımdır. Hz. Musa (ə.s)-ın imtahanındakı çətinliklərin hər biri Allahın onu sevməsi üçün vəsilə oldu.