Peyğəmbərimiz (s.ə.v) Mehdinin daş ürəkləri almaz edəcəyini bildirmişdir. Mehdi dünyanın sevgi müəllimidir.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Allah Quranı insanların öyüd alması üçün asanlaşdırdığını bildirir. Şirk zehniyyətində olanlar isə Quran anlaşılmazdır deyə yalan söyləyirlər. (Qamər surəsi, 17: And olsun ki, Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Amma öyüd alıb düşünən vardırmı?)
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Din ənənəpərəst müsəlmanların göstərdiyi kimi çətin deyil, asandır. Şirkə alışanlar dinin asan olduğunu gördükdə heyrətlənirlər. (Həcc surəsi, 78: Allah üçün lazım olduğu kimi mübarizə aparın. O, sizi seçmiş və dində sizin üçün heç bir çətinlik yaratmamışdır, atanız İbrahimin dini(ində olduğu kimi). O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi "müsəlmanlar" olaraq adlandırdı; elçi sizə şahid olsun, siz də insanlara şahid olasınız deyə. Artıq doğru-düzgün namazı qılın, zəkatı verin və Allaha sarılın, sizin mövlanız Odur. Budur, necə də gözəl mövla, necə də gözəl köməkçi.)
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
İranı uzun müddət təhdid kimi göstərdilər, bu oyunu Türkiyə puç etdi. İran ilə Türkiyənin dost olması üçün biz də elmi iş gördük.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Allah bizim sevgilimizdir, biz Allahdan uzaq olmarıq. Harada olsaq, nə etsək də Allahı zikr edərik. İslam həyatdan kənar deyil.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
İslam müasirlikdir, keyfiyyətdir, sevgidir. Müsəlman baxımlıdır, istədiyi kimi gülər, əylənər, dolu-dolu yaşayar. Əksini söyləyən səhv bilir.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Müsəlmanlıqda sevinc var. Musiqi, incəsənət, əyləncə olmayan bir İslam meydana gətirərək İslamı sanki yer üzündən silmək istədilər.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Trampı Türkiyə olaraq, türk dövlətləri olaraq və İslam aləmi olaraq dəstəkləyəcəyik. İngiltərə dərin dövlətinə qarşı, Rusiya və Çin də Trampa dəstək verəcək.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Mehdinin müqəddəs əmanətlərlə zühur edəcəyini söyləmişdir. Müqəddəs əmanətlər İstanbuldadır. Mehdi İstanbulda zühur edəcək.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Vaxtı gələnə qədər hz. Yusifin qardaşları necə ki, Yusifi tanıya bilmədisə, Mehdi də vaxtı gələnə qədər tanınmayacaq.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Mən 1979-cu ildə təbliğə Memar Sinan Universitetində başladım. Memar Sinan Universiteti o dövrdə marksizmin qalası mövqeyində idi. Əsil məqsədim həmişə təbliğ oldu. “Kübar cəmiyyət” deyilən təbəqə ilə müsəlmanların əlaqəsi demək olar ki, sıfır idi. O cəmiyyətdə ilk təbliği biz etdik, İslamla əlaqələrinə vəsilə olduq. Bir çox müsəlmanın girməyi belə düşünmədiyi Saint Benoit, Avstriya Lisesi, Dost Kolleci, Robert Kollec kimi təhsil müəssisələrində ilk təbliği biz etdik.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Bir çox müsəlman meyhanədəkı insana, klubdakı insana təbliğ etməz. Lakin biz edərik. Bu insanların üzünə qapını örtmək olmaz, biz onlar üçün zəhmət çəkəcəyik. Rəsulullah (s.ə.v) də Ukaz bazarında dindən ən çox uzaq kəslərin arasında təbliğ edirdi. Biz də İslamdan ən uzaq insanlara təbliğ edəcəyik.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman əxlaqi cəhətdən çökmüş, nifrətə qərq olmuş, korlanmış insanları xilas etməyi hədəfləyər. Onların qurtulması üçün səy göstərmək ibadətdir. Müsəlman birinci növbədə müsəlmana deyil, İslamı heç tanımayan, şeytanın təsirinə qapılmış insanlara təbliğ edər. Bizim əsil təbliğimiz bu kütləyədir.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Bizim israrla gündəmdə saxlamağımızdan sonra bütün ziyalılarımız, siyasətçilərimiz, yazıçılarımız İngiltərə dərin dövlətinin üst ağıl olduğunu söyləyir.
(A9 TV; 8 yanvar 2017)
Adnan Oktar
-
Müsəlmanın hər şeyi Allah üçündür. Allah üçün yaşayar, Allah üçün ölər.
(A9 TV; 7 yanvar 2017)
Adnan Oktar
-
Quranda qadının döyülməsi ilə bağlı hökm yoxdur. Bu, Qurana və İslama böhtandır.
(A9 TV; 7 yanvar 2017)
Adnan Oktar
-
Qadınlara azadlıq verməyən şirk dinidir. Şirk dini İslam deyildir. Quran dini qadınlara mümkün qədər azadlıq verər. Şirk dinində qadın haşa heyvandan aşağı hesab edilir və mərhəmətsizcə əzilir. Buna görə də şirk dini olan yerdə bərəkət olmur.
(A9 TV; 7 yanvar 2017)
Adnan Oktar
-
Səmimi mömin, yaxşı insan əsla çirkin olmaz. Allah onu mütləq gözəlləşdirər.
(A9 TV; 7 yanvar 2017)
Adnan Oktar
-
Pişiklər sevgini çox gözəl bilən çox fövqəladə varlıqlardır. İnsanlar pişiklərin şirinliyini və qiymətini hələ yeni-yeni anlayır.
(A9 TV; 7 yanvar 2017)
Adnan Oktar
-
Qadınlara ağlasığmaz təzyiq göstərildiyi bir din İslam ola bilməz. Qadınları küçəyə çıxartmır, gülmələrinə icazə vermir, 99%-i cəhənnəmə gedəcək deyirlər. Allahın qullarını əzsən, Allah da səni əzər. Qadınları əzən anlayış İslam deyil. Şirk dinidir. İslamda belə zülm yoxdur.