Sevgini, nəzakəti, mədəniyyəti, gözəlliyi, keyfiyyəti bilən qadınlar yeni sevgi mədəniyyəti yaradırlar. İngiltərə dərin dövlətinin sistemi çökdü.
Münafiq Allahın hər şeyi bildiyini anlaya bilməz. Buna görə də ruhunda idarəolunmaz vəhşilik, dəyişkənlik və təcavüzkarlıq vardır. Dərin dövlət, Firon dövründən bəri təcavüzkar, azğın, idarəolunmaz münafiqlərdən istifadə edib. Vəzifə başına gətirdikləri kəslər də bu xüsusiyyətdə olur. İngiltərə dərin dövlətinin istifadə etdiyi qadınların bir çoxu tündxasiyyət, sərt təbiətli, kişiyəbənzər görünüşlü, təcavüzkar, mərhəmətsiz insanlardan seçilirlər. Bunun məqsədi qadınlara öz aləmlərində belə sevgisiz fəlsəfəni nümunə göstərməkdir. Bu batil anlayış hazırda çökür, bunların dövrü artıq bitdi.
Osmanlını iqtisadi cəhətdən çökdürən İngiltərə dərin dövlətidir. Əbdülhəmid dövründə vergiləri toplayan da İngilislərdir.
Türkiyə, Qurtuluş Savaşında işğalçıları iman gücü ilə söküb atmışdır. Nə silahı, nə də sursatı yetərli idi, iman gücü ilə qələbə çalındı.
Əbdüləziz ziyalı və müasir insan idi və Osmanlının maariflənməsi üçün var gücüylə çalışdı.
Qadınların azadlığını əngəlləmək çox çirkindir. Gənc qızlar, qadınlar istədiyi kimi geyinər, öz geyiminə özü qərar verər.
Kommunizmdə ictimai ədalət, təzyiq və güc tətbiq etməklə əldə edilməyə çalışılır. İslamda hər şey gözəlliklə, sevgi ilə və istəyərək əldə edilər, bərabərlik tam yaranar.
Türkiyəyə oynanılan oyunların arxasındakı əsil qüvvə İngiltərə dərin dövlətidir. Buna görə də həqiqi elmlə, İngiltərə dərin dövləti üstünə getmək əhəmiyyətlidir.
Müsəlmanın yaxşı bir şeyi varsa, eynilə o yaxşı şeydən qardaşının da sahib olmasını təmin edər. Özünün xoşuna gəlsə belə əvvəlcə mömin qardaşına verər.
Quran tam yaşanmış olsa kasıblıq, yoxsulluq olmaz. Müsəlman ehtiyacdan artıq qalanı Allah rizası üçün xərcləməklə məsuldur.
Qadınlar çox ağıllı olduqları üçün qarşılarındakı insanın səmimiyyətsizliyini, ağıl zəifliyini dərhal görürlər. Ağlı zəif bir insanın ağıllı kimi davrandığını zənn etməsi, qarşısındakını aldatdığını zənn etməsi qadınları daha da hirsləndirər. Demək olar ki, sevəcək birini tapa bilmirlər. Rola girmədən, maska taxmadan, oyun oynamadan yanlarında bir üzlü kimsə olmur. Ömür boyu tənha, sevgisiz yaşayırlar.
İffət, ağıl, ədəb, dərinlik, ehtiras və sevgi qadını heyrətamiz dərəcədə gözəlləşdirər. Bunların hər biri qadının bəzəyidir. Qadınları ən çox yoran sevgisizlik olur. Sevgisizlik sanki bütün hüceyrələrini öldürür.
Xalqın üstünə tank sürən, güllə yağdıran və bu alçaqlığa əmr verənlərin layiq olduqları hüquqi cavabı mütləq almaları lazımdır.
Allah gecəni, gündüzü, yuxunu, fəsilləri yeknəsəqliyi yox etmək üçün xüsusi yaradır. Allah yeknəsəqliyi sevmir.
İbadətdə hüzur və ağıl var. Əgər insan namaz qılanda, dəstəmaz alanda, Quran oxuyanda, xeyir iş görəndə yorulursa, deməli, şeytan onunla oyun oynayır. Allah bütün ibadətləri zövq alacağımız və asan olacaq şəkildə yaradıb.
Meyvə-tərəvəz satan dükanlara qidaları düzən, əczaxanalara dərmanları qoyan, atomları insanlara xidmətçi edən Allahdır. Allah rahatlığımız üçün hər şeyi yaradıb. Atomlar sanki 15 milyard illik pilot kimidirlər. 15 milyard ildir ki, heyrətamiz ağıl və şüurla heç bir yerə dəymədən həmişə hərəkət halındadırlar.
Çətinlik içində insan zehni o qədər işləməz, buna görə Allah dini asan yaradıb. İnsanların asanlıq içində olmasını istəyir.
Ənənəçi müsəlmanlıq, dinin mütləq çətin olmasını istəyir. Əsasən vəsvəsə hakim olur. Quranın kafi olduğunu anlamaları çətin olur.
Dünyada imtahan üçün verilən müddət də tam idealdır. İslam asanlıq dinidir. Allah insanlardan çətinlik istəmir, "Məni sevin sizi Sevim" deyə buyurur.
Allahı həmişə zikr etmək və düşünmək üçün çox təfsilatlı məlumatlar şərt deyil. İşığın hər an yaradılması təkcə çox mühüm nemətdir.
Allah insanların çətinliyə düşmələrini istəmir. Sadəcə vicdanlı və dürüst olmalarını istəyir. "Məni unutmayın, Mən də sizi unutmayım" deyir. Allahı unutmaq çox böyük zülmdür. Allah sevilmək və zikr edilmək istəyir.