avatar

Adnan Oktar

Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Darvinist təhsilin dayandırılması mühüm mövzu kimi ələ alınmalıdır. Darvinizmlə Allah inkar edilir. Həmçinin gənclərimiz ateist, darvinist və materialist yetişdirilir. Bu böyük fəlakətdir.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Hər dövrdə dəccal olmuşdur, lakin ən böyük dəccal Axırzaman dəccalıdır. Ona qarşı da Allah, xatəmə vəli olan, gəlib-keçmiş ən böyük vəli olan Mehdi (ə.s)-ı çıxardır.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Qazilərə çox yaxşı sahib çıxmaq lazımdır. “Mənə nə dəxli var” demək çox böyük əxlaqsızlıq olar, şəxsiyyətsizlik olar. Çünki onlar Allah üçün, vətən üçün, bayraq üçün, dövlətimizə zərər gəlməməsi, torpağımızın bölünməməsi üçün, bədənlərini fəda edirlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
A9 TV; 3 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər danışanda şər danışarlar. Münafiqlər danışanda ya fitnə, ya bəla, ya uğursuzluq, ya döyüş səbəbi, ya sataşma səbəbi, ya vəsvəsə, ya da şeytani vəsvəsəylə şər danışarlar. Mömin bəs necə olar? Həmişə xeyir, həmişə gözəl, həmişə sakitləşdirici, həmişə fitnəni ortadan qaldıran və qəlbdə fərəhlik yaradacaq şəkildə danışar.
A9 TV; 3 fevral 2016
avatar

Adnan Oktar

Münafiq, münafiqə aid ayələri qətiyyən üzərinə götürməz, ancaq mömin bu ayələrdən dərs alar. Dəhşət və heyrətlə görər bunları, mən nə eləmişəm deyə düşünər, mən münafiq əlamətlərinin içinə batmışam, bataqlığa batmışam, dərhal xilas olum deyər. Tamamilə imtina edər, tamamilə qəlbində buna son qoyar, çünki bəllidir ki, onunla yaşaya bilməyəcək, onsuz da pis olduğunu görmüş olur.
A9 TV; 3 fevral 2016
avatar

Adnan Oktar

Mövlananın ən yaxın müridlərindən olan Baycu Noyan, Hülakünün ordusunda on minlərlə müsəlmanı şəhid edən bir qatil idi.
A9 TV; 2 fevral 2016
avatar

Adnan Oktar

Mehdi camaatını axtaran vardırsa, Allah Quranda sübut təqdim edir; "Onlar sizdən mükafat istəməzlər" deyir. Alimlərə, xocalara baxdığımız vaxt, demək olar ki, hamısının pul aldığını görürük. 99%-i pul alır. Mehdi camaatını tapmaq istəyirsənsə, onların kim olduğunu pul istəmədiklərindən anlamalısan.
A9 TV; 2 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər müvəqqəti daldalana bilərlər. Vərəm mikrobu kimidirlər; bəzən təzyiq göstərər, orqanizm zəif olduqda isə, hücuma keçərlər.
A9 TV; 2 fevral 2016
avatar

Adnan Oktar

Bəzən də münafiq özünə daldalanacaq tapar, buna çox diqqət etmək lazımdır. Müvəqqəti olaraq gizlənər. Onun gözlədiyi hücum anları var. Yəni müsəlmanları zəif gördüyü an, hücuma keçər, təcavüzkar olar, mırıldamağa başlayar. Bağırıb qışqırar, rüsvayçılıq edər, xəbərçilik edər, fitnə çıxardar, alçaqlıq edər.
A9 TV; 2 fevral 2016
avatar

Adnan Oktar

Əgər insan münafiq əlamətlərini oxuduğu halda, münafiqliyə davam edirsə həqiqi münafiqdir. Lakin dəyişdirirsə, deməli, xəstədir və xəstəliyini müalicə edir. Qəlbində xəstəlik olanlar var, onlar da münafiqlərə bənzəyər. Söz anlayırsa, ayədən anlayırsa imtina edər.
A9 TV; 2 fevral 2016
avatar

Adnan Oktar

Münafiq, hiss edilməməsi və bilinməməyi üçün, məcburən müsəlman kimi görünməyə çalışar. Bu taktikanı işlədərkən müəyyən yolla İslama xidmət etdiyini anladığı vaxt da, qəribə əzab çəkər. Allah bunu ayədə bildirir: "Barmaq uclarını dişləyərlər" deyir.
A9 TV; 1 fevral 2016
avatar

Adnan Oktar

Bütün gənclər milli ruhla yetişdirilməlidir. “Milli şüur” adlı dərs tədris olunmalıdır. Həftədə üç saat milli şüur dərsi tədris olunmalıdır. İngiltərə dərin dövləti, PKK, darvinizm, kommunizm, yəni Türkiyəni dağıtmağa xidmət edən hər cür ideologiya və fəaliyyətdən həmin dərsdə bəhs edilməlidir.
A9 TV; 1 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər bir-birlərinə şeytani sədaqət göstərər. Həmçinin küfr əhli ilə münafiqlər arasında da müəyyən razılıq vardır. Lakin təbiidir ki, mənfəətlərinə zidd düşdükdə vəhşi heyvan kimi bir-birlərini parçalayarlar. Bunun üçün münafiq eyni zamanda küfr əhlindən çəkinər.
A9 TV; 30 yanvar 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo