Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
(A9 TV; 2 mart 2016)
Adnan Oktar
-
Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Ortodoks İslam anlayışı insanların gümrahlığını yox edib beyinlərini iflic edir. Bunun nəticəsində həmişə əzilən cəmiyyətlər yaranır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
"Allahın rəhmətindən kafirlərdən başqası ümid kəsməz" deyir Allah. Bir insanın düzəlməsindən ümid kəsmək çox anormaldır. Nəsihət verib doğru yola gəlməsi üçün səy göstərmək lazımdır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Sevgini yayaq. Müəllimlər məktəblərdə bir dəfə şagirdlərinə sevgidən bəhs etsələr, uşaqlar çox açılarlar. Sinif müəllimləri: "Uşaqlar bir-birinizi sevin, dost olun, qardaş-bacı olun" desə, "sevgi çox gözəl şeydir" desə, "sevgiyə bütün insanların ehtiyacı var" desə, uşaqlar bunu ömür boyu unutmazlar. Bunu bütün müəllimlərdən xahiş edirik. Bütün Türkiyə səviyyəsində sevgidən bəhs etsinlər. Bir kəlmə.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Hədislərə görə, İsa Məsih (ə.s) ilə Mehdi (ə.s) namaz vaxtı qarşılaşacaq. İsa Məsih, Mehdiyə: "İmam ol, namazı sən qıldır" deyəcək və Mehdi həmin andan etibarən dünyanın imamı olacaq.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin "İsa Allahdır" desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir.