avatar

Adnan Oktar

Sevgi, mərhəməti və şəfqəti gətirər, heç kəsi öldürə bilməzsən, asıb kəsə bilməzsən. Ağılla, elmlə həll edərsən. Sevgiylə, razılığa gətirməklə həll edərsən.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Bütün dünya üçün ən mühüm ictimai və siyasi təməl, sevgidir. Şəfa mənbəyi sevgidir. Bu olmadıqda bütün sistem korlanır. Siyasət də batır, ticarət də batır, hüquq da və xaos mühiti yaranır. Hər yerdə çox qəddar bir ruh hakim olur.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Sevgini lüks hesab edirlər, əgər olarsa daha yaxşı olar formasında. Budur olmur, sevgi olmadıqda müharibələr baş verir. Terror, anarxiya, dəhşət baş verir. Heç kəs təhlükəsiz mühitdə olmur.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Türkiyə mövhumatçılığa qətiyyən dəstək verməməlidir. Türkiyə müasir insanların olduğu Norveç, Hollandiya, Danimarka kimi bir ölkə olmalıdır. Bütün şəhərlər Paris, London kimi olmalıdır. Musiqi, rəsm, heykəl, bütün gözəlliklər olsun. Bütün şəhərlərin hər yeri incəsənət qalereyası kimi olsun. Dekolteli qadınlar da olmalıdır, hicablı qadınlar da. Böyük fikir azadlığı və gözəllik mühiti olmalıdır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Eqoist insanlar yoxlasınlar, baxsınlar görəcəklər. Tam da dəli olmadıqları halda, ağıllı iş tutan, sözləri və hərəkətləri bir-birini tutan insanlara çevrilərlər. Hamı da görər bunu. Əsas şərt özünü tənqid etməsidir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Eqoist insan haqlı tənqidə səbir edə bilməz. Gömgöy olar, qızarar, mədəsi tutar, təzyiqi yüksələr, havalanar sanki. Çünki qüruruna sığışdıra bilmədiyi üçün, özünü eqoistlik bürüdüyü üçün, bədənində allergiya meydana gətirər. Lakin özü özünü tənqid etdikdə, eqoistliyi tamamilə yox olar. Artıq eqoistliyi bədəninə hücum etmir. Bədən dincəlib sakitləşir. Ağlı başına gəlir. Bundan sonra ağıllı, məntiqli danışmağa başlayır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Allah: "İnsan özünü müstağni gördüyündə azar" deyir. Özünü müstağni görməsi nə deməkdir? Özünü mükəmməl hesab edir. Məsələn, tənqid etsən dərhal cavab qaytarar. Xəstəliyə tutulmuşdur.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Eqoistliyə, təkəbbürə qarşı ən yaxşı rəftar Allaha qarşı itaətkar olmaq, təvəkküllü olmaq, səbirli olmaq, təvazökar olmaq, təkəbbürlənməməkdir. Bunun ən qısa, qəti dərmanı olaraq, Allah Quranda: "Özünüzü tənqid edin" deyir. İnsan özünü hər kəsin içində də, tək olarkən də tənqid etməlidir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Dürüst, sevgi dolu, mehriban bir baxış mömin üçün qidadır. Cənnətdə də bu gözəlliyə diqqət çəkilmişdir. Gözlərini yalnız ərlərinə dikmiş, ehtirasla ərlərinə baxan qadınlardan bəhs edilir. Allah, Quranda ilkin prioritet olaraq baxışlarına diqqət çəkmişdir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

İslam sevgi, mərhəmət, sülh, keyfiyyət, gözəllik, demokratiya, dərin düşünmə, elm və incəsənətdir. Hər cür gözəllikdir. Lakin mövhumatçılıqda belə anlayış yoxdur. Mövhumatçılıqda yalnız mərhəmətsizlik vardır. Dünyanı həm özü üçün cəhənnəmə çevirər, həm də insanlar üçün cəhənnəmə çevirməyə çalışar.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks sistem fəlakət sistemidir. Eləcə də, bütün dünyada müsəlmanlara nifrət edilməsinə səbəb oldu. Bu nifrət getdikcə artır və Avropada da, ənənəvi Ortodoks müsəlmanları ucbatından radikal sağ həddən artıq güclənir. Həm özünə zərər verir, həm də İslama və bütün məzlumlara.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Dövlət, gəncləri özbaşına buraxmamalıdır. PKK, gəncləri özbaşına buraxmır. Öyrədir və şüurlandırır. Marksist şüurla, kommunist düşüncə ilə, terrorist, Stalinist məntiqlə öyrədir. Dövlətin verdiyi təhsildə əks cavab verilmir. Belə olduqda insanlar da tək tərəfli inkişaf edir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Terrora qarşı çox əsaslı mədəni mübarizə, əsaslı gənclik şüurlandırması lazımdır. Ümumiyyətlə, gənclərə milli şüur dərsi keçirilməlidir, həftədə ən az üç dəfə. Kommunizm nədir, marksizm nədir, necə mübarizə aparılar, terrorizm nədir? Darvinizmin və materializmin yanlış istiqamətləri hansılardır? Bunlardan bəhs edilməlidir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Terrora qarşı ağlasığmaz cəsarət, ağlasığmaz hücum və düşmənin heç gözləmədiyi cavab verilməlidir. Çılğın olduğunu hiss etdirməlisən. Sakit formada mübarizə aparsan, onlar da sakit formada hər gün əsgərləri və polisləri şəhid etməyə davam edər. Üzərilərinə gələn kimi də yalvarmağa başlayırlar.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Vəhşiliyə və zorakılığa verdikləri diqqətə bax, çəkdikləri zəhmətə bax. Qan üçün çəkdikləri zəhmətə bax. Eyni zəhməti sevgi üçün çəksələr, dünya çox qısa müddətdə cənnətə dönər. Lakin, əlbəttə ki, Allahın sevilməsi şərtdir. Allah sevilmədən dünyanı cənnətə döndərməz. Allahın sevilməsi, Allahdan qorxulması əsas şərtdir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Hər şey gözəl olacaq. Tövratda 3500 il bundan əvvəl bildirilən Kral Məsih – Moşiyah, yəni Şiloh həqiqətən dünyanın qurtuluşuna vəsilə olacaq. Onun dövrünə daxil olduğumuzu da, bütün əlamətlərdən, göydəki və yerdəki əlamətlərdən görürük. Axan bu qanlar Moşiyahın zühur əlamətləridir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Armaqedon hz. Mehdi (ə.s)-ın zühurunun son böyük əlamətlərindəndir. Yavaşladılmış bir armaqedona da şahid ola bilərik, sürətləndirilmiş bir armaqedona da. Armaqedon onsuz da hal-hazırda tamamən əlaqədar bölgədə davam edir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

İslam aləminin bir başçısı, bir lideri olsa həmin gün, həmin saat terror, anarxiya dayanar. Müharibələr dayanar, fəlakət dayanar, bölünmələr də dayanar, parçalanmalar da. Hər şey kökündən həll olar.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

İslam qırğını dayandıran bir sistemdir, sevgini gətirən bir sistemdir. Əgər qırğınlar baş verirsə, bunun səbəbi hər hansı yerdə İslamın tətbiq olunmamamsı, İslam Birliyinin olmamasıdır. Müsəlmanların başında biri olsa, bu terror, bu anarxiya baş verə bilərmi? Təbii ki, xeyr.
A9 TV; 7 dekabr 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo