Allahı təriflədikcə, öydükcə, Allaha dua etdikcə ağıl durular, insanın beynindəki təzyiq aradan qalxar. Əks halda beyin keyiyər, qapanar. Ağıl gedər, insan dəli olar.
(A9 TV; 20 oktyabr 2013)
Adnan Oktar
-
Cədvəllərdə nə yazıldığı əhəmiyyətli deyil, türk dili rəsmi dil olacaq. Bu vətəndə razılaşma dilimiz, danışıq dilimiz, qardaşlıq dilimiz türk dilidir.
(A9 TV; 20 oktyabr 2013)
Adnan Oktar
-
Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər.
(A9 TV; 20 oktyabr 2013)
Adnan Oktar
-
Quranda Axırzaman əlamətləri bir gizli olaraq, bir də açıq şəkildə izah edilir. Allah parçalanmış, firqələrə ayrılmış müsəlmanlardan bəhs edərkən Axırzamana işarə edir. Çünki müsəlmanlar Peyğəmbərimiz (s.ə.v) dövründən bəri ilk dəfədir ki, bu qədər məzhəblərə, camaata bölünmüş vəziyyətdədirlər.
(A9 TV; 20 oktyabr 2013)
Adnan Oktar
-
İsrail ilə Türkiyə dostdurlar. Hz. Musa (ə.s)-ın və hz. İbrahim (ə.s)-ın övladlarıdırlar. Biz onları sevirik, şəfqətlə bağrımıza basırıq.
(A9 TV; 18 oktyabr 2013)
Adnan Oktar
-
Mehdiyyətə, İslam Birliyinə qapı açana, Allah qapı açar. Allah Özünə bir addım atana tərəf on addım atar, inşaAllah.
(A9 TV; 18 oktyabr 2013)
Adnan Oktar
-
Tayyib çox yaxşı bir insandır. Xarici İşlər Naziri də yaxşıdır. MİT məsləhətçisi də yaxşıdır. Ədalət naziri də yaxşıdır. Bunlar çox yaxşı qrupdur. Allah tərəfindən dəstəklənirlər. Çünki mehdiyyət, İslam Birliyi yolunda hərəkət edirlər.
(A9 TV; 18 oktyabr 2013)
Adnan Oktar
-
Hakan Fidan müəllimim doğru yoldadır maşaAllah. İslam Birliyini istəyən, Türk İslam Birliyini istəyən ağıllı bir yoldadır. Həsəd edən olarsa, bu zaman ona bərəkət gələr. Könlü rahat olsun. Heç bir şey olmaz, inşaAllah.
(A9 TV; 18 oktyabr 2013)
Adnan Oktar
-
Qiyamət mövzusunda bir daha söyləyirəm baxın, Qiyamət 2120-ci ildə qopacaq! Bir qayanın üstünə yazsınlar. 2121-ci ildə o yazını tapa bilməyəcəklər, çünki dünya artıq toz, duman olacaq. Allah Quranda: "Bir toqquşma" deyir. “Onu başqa bir toqquşma əvəz edəcək” deyir. Bunu görəcəklər.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Kəbənin də orijinal ərazisi tamamilə açılmalıdır. Bu ərazilərin yaşıllaşdırılması, bağ-bağça olması lazımdır. Bunlar imam Mehdi (ə.s) tərəfindən düzəldiləcək. Hara baxsaq Mehdi (ə.s)-a ehtiyac olduğunu görürük.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Quran oxuyan insanlar hər oxuduqları ayədən ağıllarının, əxlaqlarının daha da dərinləşdiyini biləcəklər. Bu Tövratda da vardır. Ona görə yəhudilər Tövratı gecə-gündüz oxuyarlar. Bilavasitə həm əxlaqı, həm şəxsiyyəti inkişaf edir.
()
Adnan Oktar
-
Quran çox sadədir. Quranın demək olar ki, yarıdan çoxu təkrardır. Bu, ayələrin daha da yaxşı qavranılması üçündür. Başqa sözlə, Allah bizə ağılın yığcam və sadə qaydalarını izah edir. Onu tətbiq edəndə xeyli ağıllı, qərarlı olarıq.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Quran, eyni zamanda, ağıl öyrədən kitabdır.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Qadınlara hörmət edilməlidir. Hər qadın öz şərəfini, namusunu necə qoruyacağını, necə geyinəcəyini çox yaxşı bilir.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Qadınlar olduqca nəzakətli, zərifdirlər. Qadınlar güldür. Necə ki, bağçadakı qərənfilə qulluq edilər, diqqət yetirilər. Qulluq edilmədikdə dərhal solar. Qadın da elədir. Qadınların hər şeyinə diqqət yetirilməlidir. Qadınların ruhən və bədən cəhətdən mükəmməl olmaları üçün, onlara çiçəkdən də çox diqqət yetirmək, hörmət etmək lazımdır.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Qadınlar çox gözəl, şirin varlıqlardır. Qadınlar dünyanın ən böyük nemətidir. Gözlə görünən, insan olaraq ən böyük nemətdir. Onların xoşbəxt olması üçün azad olmaları lazımdır. Dəyər, hörmət görmələri, qorunmaları lazımdır.
(A9 TV; 14 oktyabr 2013)
Adnan Oktar
-
Çiçəyə desək ki, "niyə bəzəklisən? Niyə rənglisən? Niyə rəngarəngsən? Niyə bu qədər gözəl qoxulusan?" bu nə qədər məntiqli olar? Qadından da "niyə bu qədər gözəlsən?"―deyə soruşulmaz. Çirkin olmalıdır? Təbii ki, qadınlar gözəl olmalıdırlar.