Səid Özdəmir Ağabəy Bədiüzzaman Həzrətlərinin ruhunu və mənəvi gözəlliyini daşıyan mübarək insandır.
Bizim dövlətimiz ağıllı və kamil dövlətdir. Bəzi təxribatlara aldanan bir dövlət deyildir.
Baş Nazirimiz şiə bacı-qardaşlarımızı bağrına basan, onlara sevgi göstərən bir insandır.
Nəzər deyilən bir şey yoxdur. Hər şey Allahın idarəsi altındadır.
Namaz qılan baş nazirimizin olması böyük nemətdir.
Səadət Partiyası mübarək insanları yetişdirən ideal məktəbdir. Səadət Partiyasını qətiyyən bağlamaq olmaz, həmişə fəaliyyət göstərməlidir.
Bir insan "kömək edin!" desə, dünyanın harasında olursa olsun xilas olunar.
PKK-nın metodu öldürməkdirsə, müsəlmanın üsulu da diriltməkdir. Diriltmək elmlə, biliklə, razılıq və təlqinlə olar.
PKK-ya silahla heçnə başa salmaq olmaz. Elmlə, fəlsəfə ilə başa düşərlər.
Guya öz aləmlərində Mehdiyyətə bütün gücləri ilə maneə törətməyə çalışırlar, amma buna baxmayaraq Mehdiyyət sürətlə irəliləyir, maşaAllah.
Biz yaradılışdan onsuz da dini anlayırıq, bilirik. Tək Allah, tək yaradıcı olduğunu, bir çox şeyi bilirik, amma ətraflı bilmirik. Təfsilatları bilməyimiz üçün də dünyanı yaradan Allah bu dünyadan necə istifadə etməli olduğumuzu bir kitabla bizə bildirir ki, buna "din" deyirik.
Kürdlər çox mərd olurlar. Təbii ki, öz ənənəvi xüsusiyyətlərini, dillərini qorumaları çox gözəldir. Bu zənginlikdir, gözəllikdir, amma Türkiyədə yaşayırıq. Hər kəsin türkcə bilməsi sistemin, rahat, axıcı davam etməsi, hüzur və xoşbəxtliyimiz, asan ünsiyyət qurmamız üçün gözəllik, nemət, xoşluqdur.
Suriya ilə neytral bölgə şərtdir. 10 km-lik neytral bölgə yaratmaq lazımdır. Belə olduqda heç bir problem də olmaz.
Hz. Mehdi (ə.s) gələrkən mənasız, vicdanları yaralayan bu xurafatçıların yaratdığı qorxunc və uydurma hökmləri ləğv edəcək. Bunun yerinə Quranın gözəlliyini, sevgini, söhbəti, şəfqəti, müasirliyi, estetikanı, keyfiyyəti, coşğunu, bayram sevincini, sənəti və elmi gətirəcək.
Qadın şəfqətli, mərhəmətli, sənəti və estetikanı yaxşı anlayan varlıqdır və qadınlar son dərəcə ağıllıdırlar, incəlikləri, dolaşıq yerləri çox asan görərlər. Kişilər isə səthi baxarlar.
Qurana uyğun nur kimi dinimiz var. İstəyən saçını rəngləyər,gülər, oynayar, musiqi dinləyər, rəqs edər. İslamda hər şey asandır: namaz, oruc , həyat. Həyat sevginin, sevincin, məhəbbətin yaşandığı bir gözəllikdir.
Quran oteldə, iş yerində, xəstəxanalarda, təcili yardımda , hər yerdə olsun. Quranın olmadığı bir yer olmasın.
Müsəlmana həmişə hüsnü-zənnlə yaxınlaşmaq lazımdır. Məğlub olan deyil, qalib gələn olmaq lazımdır.
Xurafatçılarda qadınlar çox fitnəkardır, pisdir. Gözlərinə baxsanız başa düşərsiniz.
Peyğəmbərimiz (s.ə.v) eşq, söhbət, təmizlik, nəzakət insanı idi.
Hədisin səhih olub olmadığını anlamaq üçün Qurana uyğun olub-olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v)-in əxlaqına, mərhəmətinə, incəliyinə, nəzakətinə, paklığına, ruh dərinliyinə, o coşğun eşqinə uyğundur yoxsa yox. Uyğun gəlmirsə, doğru deyildir.