Şəhidi yola salarkən öz paltarıyla, qanlı paltarlarıyla tabuta qoymadan əvvəl açıq halda gətirməlidirlər. Bu cür açıq halda da, al-qan içində türk bayrağının üstünə yatırdıb bütün şəhəri gəzdirmək lazımdır, yer-göy təkbirlərlə, salavatlarla dağılmalıdır. Yaranan o gərginlik ağlasığmaz bir qüdrətə çevrilər. Bunu deyim ki, onun verəcəyi mənəvi güc bütün dünyanı titrədər. ABŞ və digər ölkələr qorxuya düşər.
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin.
İnsan qaçaqmalçılığı işini də PKK həyata keçirir. Qaçqınları təxliyə qayıqlarına doldurmaq, dənizdə boğulmalarına şərait yaratmaq kimi şeylərin hamısını PKK təşkil edir. Bu, normal bir insanın, normal bir müsəlmanın edəcəyi bir şey deyil. Ancaq bir psixopatın edəcəyi şeydir. Belələri pul üçün hər cür alçaqlığı edirlər.
Kürd igiddir. Kürd vəfalıdır. Kürd sadiqdir. Kürd nəcibdir, əsilzadədir, dəliqanlıdır.
Allah eşqin tam olmasını istəyir. İnsan o qədər bəlanın, dərdin içində Allahı sevən vaxtı, Allahın tam istədiyi aşiq olur. Həqiqi aşiq olur.
Bombalamaq haramdır. Çünki aşağıda kimlərin olduğunu bilmirsən. Uşaq, qadın, adi vətəndaş hər kəsə tuş gəlir. Bu ABŞ-ın qəddarlığının dünyaya əks olunmasıdır. Belə şey olmaz.
Allah bu qədər zülmü, bu qədər qəddarlığı insanlara göstərir ki, mehdiyyətin qiyməti bilinsin. Çünki bu əzablar görülmədən, insanlar mehdiyyətə sığınmırlar. Əzablar daha da şiddətlənəcək, yəni belə qalmayacaq. İnsanlar hz. Mehdi (ə.s)-ı axtarana qədər, Allahdan hz. Mehdi (ə.s)-ı istəyənə qədər bu davam edəcək.
Türkiyənin üzərində iki qorxunc kabus var. Birincisi, Türkiyənin bölünmə təhlükəsi və bölünmə təhlükəsinə açıq şəkildə icazə verəcək prezident idarəetmə sistemidir. Çünki bu özü ilə federasiya gətirəcək, böyük təhlükədir. İkincisi isə, PKK terrorudur. Bu iki təhlükə tezliklə aradan qaldırılmalıdır.
Ən azı 4 milyon əsgər silah altına alınsın. PKK-nı tamamilə yerli-dibli silib yox edək. Səfərbərlik elan edilsin, məsələ bitirilsin bu dəfə. Yoxsa bu çox uzanacaq. Bu həm Avropaya sillə olar, həm də Amerika dərin dövlətinə. Bir də heç kəs bizə qarşı çıxa bilməz, ədəbsizlik və axmaqlıq edə bilməz.
ABŞ-dakı əsas lojalara şəxsən mən Quran göndərdim. Yenə ilk dəfə biz ABŞ-ın ən böyük lojasında, iman həqiqətləri və Quran möcüzələrindən danışdıq.
Mal-dövlət çox sürətlidir. Mal-dövlət həmişə imansızdan qaçar, iman zəifliyinə görə. Dünya həmişə qaçar. İnsan da onu dəlicəsinə qovalayar. O dəlicəsinə qovaladıqca da, ruhuna görünməmiş iztirab hakim olur. Halbuki, səmimi müsəlmanda belə olmur. Dünya, mal-dövlət onun üstünə gəlir. O qaçır, lakin mal-dövlət və dünya, o qaçsa da onu tutar.
İnsan səmimi olduqda çox şey itirirmiş kimi görünür, amma əslində çox şey qazanır. Baxarsan ki, birisi sanki başı bəlaya girmiş kimi görünür, mal itirir, imkan itirir. Halbuki daha sonra Allah onu mal-dövlət, nemət içində üzdürər. Lakin digəri, vicdanının səsinə qulaq asmayaraq mal-dövlətə və imkana qovuşacağını zənn edər, dünya ondan qaçar, o adam da onu təqib edər. Ağlasığmaz əzab çəkər. Görünməmiş dərəcədə sürünər, görünməmiş dərəcədə təqib etmə.
İmanda xurafat olmur. Olduqca ağlabatan şeylər sayəsində; elmi dəlillərlə Quran möcüzələri, iman həqiqətləri sayəsində. Ağılın qarşısındakı maneələr yox edilməlidir. Ağıllı düşünməyin yolu göstərilməlidir. Vicdanlı, səmimi düşünməyin gözəlliyi öyrədilməlidir. Onsuz da insan səmimi düşündükdə də iman sahibi olur.
Hər yerdə iman zəifliyindən ötrü sıxıntı yaşanır. İman hara getsə o yeri gözəlləşdirər, imansızlıq hara getsə o yeri məhv edər. İman zəifliyi olan yerdə əzablar, inamsızlıq və şiddət geniş yayılar.
Mediada həmişə; "yenə fəryad göyə yüksəldi, evlərə od düşdü" deyilir. Müsəlman olduğumuz halda belə etməyimiz bizə yaraşar? PKK cənazələrində cüzi də olsa səs çıxmır. Tam əksinə başlarını çox dik tutur, intiqam andı içir, şüarlar edirlər. İstəməsələr də, ağlamaq və fəryad xəbərləri PKK təbliğatı olur.
Məlumatı az olan xalq kütlələrinə arxalanan siyasət anlayışı böyük səhvdir. "Onsuz da insanlar səs torbası kimidirlər, xeyli səs verirlər. Məsələləri də anlamazlar; Marksizmin, Leninizmin, darvinizmin nə olduğunu bilməzlər. Qətiyyən müdaxilə etməyək, bu cür davam edəcək" deyə bilməzsiniz. Bir müddət sonra insanlar bu məlumatlarla qarşılaşırlar və ani qarşılaşmadan sonra ani şəkildə özlərinə gələ bilməzlər. Vaxt olduğu halda, imkan olduğu halda, bu bəlanı elmlə irfanla, ağılla, məlumatla, sevgiylə yox edək.
"Onsuz da əlimizdə bu cür hazır kütlə var, onların səslərindən rahat-rahat istifadə edək. Belə etməyimiz bizə bir müddət də kifayət edər" demək olmaz. Sürətlə yeni nəsil gəlir, kifayət qədər məlumat sahibi olurlar, məlumatlanırlar. Sən gəncləri ideoloji cəhətdən yetişdirmədikdə onlar da marksistlərin, leninistlərin, stalinistlərin əlinə keçir. Bu dəfə öhdəsindən gələ bilməzsən, çətin vəziyyətdə qalarsan.
Məlumatsız və az məlumatlı insanlara əsaslanan siyasət anlayışı, bir gün marksist, leninist düşüncənin yetişdirdiyi universitet tələbələri, lisey şagirdləriylə qarşılaşar. Bu dəfə say etibarilə onlar daha çox olarlar. Bir sıra biliksiz xalq kütləsinin kütləvi səslərinə arxayın olanlar bir anda çətin vəziyyətdə qalarlar. Vaxt olduğu halda, biliksiz insanları yetişdirib universitetdəki insanlarla rahatlıqla müzakirələr apara biləcək, onları fikri cəhətdən qalib gələ biləcək hala gətirmək lazımdır.
Orta məktəblərdə, liseylərdə, universitetlərdə; “insan tamamilə təsadüfən yaranmışdır. Əvvəlcə palçıqlı sularda bir bakteriya yarandı, sonra inkişaf edərək soxulcan oldu sonra qurbağaya çevrildi. Sonra qurbağa primata çevrildi, primat meymuna, meymun da insana çevrildi” geniş şəkildə bunlar tədris olduğuna görə sən necə; “darvinizm yoxdur” deyirsən? Anlamazlıq etməklə bu ideologiya məhv olmaz.
“Darvinizm qaldı ki?” deyirlər. Orta məktəblərdə, liseylərdə, universitetlərdə səhərdən axşama qədər sənə darvinizmdən danışırlar. İmtahanda soruşurlar; "bəli, elədir" demədikdə kursda qalırsan. Kursda qalacağını gözə alaraq əksini söyləyə bilmədiyinə görə, deməli, sistem güclü işləyir.
İnsanlar öhdəsindən gələ bilmədikləri bir ideologiya ilə qarşılaşdıqları vaxt, həmin ideologiyanın olmadığını iddia edirlər. Məsələn; "Marksizm, Leninizm varmı?" deyirlər. Bəs dövlətin öhdəsindən gələ bilmədiyi sistem nədir? Sən nə ilə mübarizə aparırsan? Hər gün polis, əsgər şəhid edilir. Bunları şəhid edən kimdir? Hansı ideologiyadır? Özünü necə anlamazlığa vura bilərsən?