Şəhidə ağlanılmaz, şəhidlik təbrik edilər.
İngiltərə dərin dövlətində türk millətinə qarşı nifrət hakimdir. Darvin də türklərin guya aşağı və yox edilməsi lazım olan bir irq olduğunu söyləyirdi.
Qarşındakı insan səmimi olmaya bilər, lakin mömin olaraq sən səmimi olmaqla məsulsan. Səmimi insan çox azdır. Onsuz da insanların bədbəxtliyinin səbəblərindən biri də budur, səmimi insan tapa bilməmələridir.
Mömin pis baxışı ayırd edəcək formada yaradılıb. Gülün qoxusu ilə leşin qoxusu necə fərqlidirsə, münafiq də gəldiyi mühitə çirkinliyi ilə gələr.
Bağışlayıcı olmaq mühüm ibadətdir. Allah o hadisəni bağışlamağın üçün xüsusi yaradır, o hadisə olduğu zaman bağışlama ibadətinin vaxtı gəlmişdir. Bağışlamağı bacarmayan insan cənnət əxlaqını almamış olar. Bağışlanılacaq hadisəni də, bağışlamağı da yaradan Allahdır.
Müsəlmanların mənəvi lideri olmadığı zaman necə böyük çətinliklər yaşandığını hal-hazırda bütün dünya görür.
Qətərin vətəndaşlarını embarqo tətbiq edən ölkələrə qarşı sərt üslub işlətməmək, gözəl sözlə xəbərdar etmək məsələsindəki xatırlatması gözəl olub.
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdiyə köməyi, Axırzaman əlamətlərini tək-tək izah etməsi və bütün bu izah etdiklərinin bir-bir reallaşmasıdır.
Zər aləmində insanların hamısı bir anda yaradılmışdır və bütün insanlar orada Allaha söz vermişlər. Zər aləmində insanlar söhbəti anlayır, mühakimə edib qarşılıq verirlər. Hələ kainat yaradılmadan bütün insanlar mövcud olmuşdur. İbtidai insan yoxdur.
Mövcudluğunu dərk edən insan, ruhundan xəbərdar olan insan Allaha qəti şəkildə iman edər.
Dünya həyatının məqsədi oyun və əyləncə deyil. Həqiqi əyləncə axirətdədir.
Bir insanın qəlbində xəstəlik olması demək, vicdanına, Allahın ilham etdiyinə əməl etməməyi, vicdanının səsini susdurması deməkdir.
Sevgisizliyin bütün dünyaya yayılmış fəlakət olduğu görünür. Eqoistlik dünyanı darmadağın edir. Bir çox insan mərhəmətsizliyi normal görür.
Türkiyənin Qətərə insani köməyi çox dəyərli və gözəldir. Bu, millətimizin nəcib əxlaqıdır.
Hər insan hər mühitdən, hər düşüncədən insanla görüşər, danışar, fikir alar. Bunu anormal qarşılamaq çox yanlışdır.
Darvinizmin, kommunizmin təməli olduğunu, kommunist liderlərin özü söyləyir. Darvinist təbliğat aparan bilərəkdən və ya bilməyərəkdən kommunizmə zəmin hazırlamış olar.
Arda Turan təmiz, alicənab dəliqanlıdır. Hər insan bir anlığa əsəbiləşə, səhv edə bilər. Bir insanı dərhal silmək, üstünə getmək doğru deyil. Bəziləri tərəfindən bir insanı satmaq asan görünür. Arda kimi bir futbolçu asan yetişmir. Milli komandadan ayrılmasına ehtiyac yoxdur.
Qətər, Səudiyyə Ərəbistanı və İran körfəzinin ətrafındakı bütün ölkələr tərtəmiz müsəlmandırlar. Allah onlara nə gözəl zənginlik vermişdir, sülh içində yaşamaq gözəldir.
İngiltərə dərin dövləti 100 il əvvəlin məntiqi ilə hərəkət edir. İrana müdaxilə etməyə cəhd etsə əvəzini artıqlaması ilə alar.
Küçə heyvanları üçün xüsusi restoranlar olması lazımdır. Quş restoranları, pişik restoranları, it restoranları təcili lazımdır. Onlara hər nemət verilməlidir.
İran, Rusiya və Türkiyənin birlikdə hərəkət etməsi bütün bölgəyə hüzur və sülh gəlməsinə vəsilə olar.