"Şahmat, nərd haramdır, qadınlar gülə bilməz, qadın hamilə olarkən çölə çıxa bilməz" deməklə, bilərəkdən və ya bilməyərəkdən insanları dindən soyudurlar. İnsanları İslamdan soyutmaq üçün tətbiq edilən hər üsula qarşı çox diqqətli olmaq lazımdır.
Türkiyə, İran, İsrail, Rusiya, Çin və Amerika birlikdə hərəkət etsə, İngiltərə dərin dövlətinin bütün gücü yox olar. Ayrı-ayrılıqda isə mübarizə aparmaq olmaz.
(A9 TV; 23 yanvar 2017)
Adnan Oktar
-
Tramp tənqidə açıq insandır. Yanlış sözləri, şərhləri olursa, tənqid olunduğu vaxt bunları düzəldir.
(A9 TV; 23 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman ağıllı və mötədil olar. Küçənin yanlış fəlsəfələrinə tabe olmaz, insanların özünün gözəl əxlaqına tabe olmasını təmin edər.
(A9 TV; 23 yanvar 2017)
Adnan Oktar
-
Allah yolunda səy göstərən bütün qardaşlarımızı Allah cənnətdə ən gözəl şəkildə mükafatlandırsın inşaAllah.
(A9 TV; 23 yanvar 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin sistemli şəkildə Trampa təzyiq göstərmək istəyəcəyi görülür. Bu vəziyyətdə Trampı tək qoymamaq lazımdır. Xüsusən Amerikada yaşayan müsəlmanların İngiltərə dərin dövlətinə qarşı Trampın yanında olmaları çox gözəl olar. Açıq dəstək versinlər.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Bütün güc-qüvvə Allahın əlindədir. Səmimi iman gətirənlərə qarşı dəccaliyyətin heç bir təsiri yoxdur, olmayacaq.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin təzyiqinə qarşı Trampı Türkiyə və Rusiya tək qoymasın. Yaxşı dəstəklənsə Tramp cəsur və doğru hərəkət edər.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Rəsulullah (s.ə.v)-in xəbər verdiyi böyük əlamətlər Mehdinin olduğu zamanla eyni vaxtda reallaşacaq. Bu da Mehdinin zühurunun mühüm dəlilidir.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
“Mehdi gəlib keçdi, Mehdidən bəhs etmək bizi tənbəlləşdirər, Mehdi şəxsi-mənəvidir” kimi bütün açıqlamalar mehdiyyətin qarşısını almaq üçündür.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Öz aləmlərində mehdiyyəti zərərsizləşdirmək üçün istifadə etdikləri səmimiyyətsiz üsullardan biri də “hz. Mehdinin gəlişinə daha 100-200 il var” deməkdir.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Tənzimat fərmanı Londonda, İslahat fərmanı isə İngiltərə səfirinin iştirakı ilə hazırlandı. Məqsəd Osmanlını İngiltərənin nəzarəti altına salmaq idi.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Dəccaldan, İsa Məsih və Mehdinin zühurundan bəhs edilməməsi də Mehdinin çıxış əlamətlərindən biridir. Peyğəmbərimiz bunu bildirmişdir.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Tramp şövqlə, əzmlə Amerikaya xidmət etmək istəyir, hələ bir addım belə atmadan mane olmağa çalışmaq yaraşmaz. Fürsət vermək vacibdir.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Üst ağıl Rusiya ola bilər deyənlər diqqəti İngiltərə dərin dövlətindən yayındırmağa çalışırlar. Rus bürokratiyasında da bu quruluş olduqca təsirlidir. Putin də İngiltərə dərin dövlətinin tərəfdarları tərəfindən mühasirəyə alındığından xəbərdardır və bu təhdidə qarşı güclü mübarizə aparır.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Suriya məsələsini tezliklə həll edək, Suriyanın bütövlüyünü təmin edək. Türkiyə bölgədə İraq və İsrail ilə olan əlaqəsini çox gücləndirsin.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Fizika, kimya, biologiya elmdir. Lakin təkamül kainatı tamamilə təsadüflərlə izah edən qədim şumer dinidir, bütpərəst inancdır. Təkamül təhsil müəssisələrində keçmiş bütpərəst inanclardan biri olaraq tədris edilə bilər, lakin elmi cavabının da verilməsi şərti ilə. Fosilləri, zülalın quruluşunu təhsil müəssisələrində mütləq öyrətmək lazımdır. Hər şeyə təsadüf deyən, elmi əsası olmayan xurafatın elm kimi zorla qəbul etdirilməyə çalışılmasını qəbul etmərik.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Trampın seçilməsinə etiraz edənlər Amerika xalqının seçiminə hörmət göstərməyi öyrənəcəklər. Bizim dediyimiz olmasa küçəyə çıxmaqla olmaz. “Xalqın nə dediyi əhəmiyyətli deyil, qiymətli və əsilzadə olan insan mənəm, mənim dediyim olsun” demək demokratiyaya uyğun deyil.
(A9 TV; 22 yanvar 2017)
Adnan Oktar
-
Amerika təşkilatlarını əslində idarə edən İngiltərə dərin dövlətidir. Amerika xalqı da İngiltərə dərin dövlətinin təzyiqi altında əzilir.
(A9 TV; 21 yanvar 2017)
Adnan Oktar
-
İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir.
(A9 TV; 21 yanvar 2017)
Adnan Oktar
-
Allah Quranda bütün insanları Qalu-Bəlada yaratdığını bildirmişdir. İbtidai dövrlərdən gələn mərhələ-mərhələ yaranmış insan yoxdur.