avatar

Adnan Oktar

Quranda təkamül var yalanını söyləyənlər hz. Musanın əsasının necə bir anda canlı ilana çevrildiyini izah edə bilmirlər.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Önümüzdəki illər çox böyük hadisələr baş verəcək. Heç kim təlaşlanmasın, həyəcanlanmasın, sonu mütləq xeyirlə bitəcək inşaAllah.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmidin təhqir edilməsinə əsla icazə vermərəm, lakin edilən səhvləri müdafiə etmək, həqiqətləri gizlətmək də düzgün hərəkət deyil. Heç kim səhvsiz və qüsursuz deyil. Edilən səhvləri görməzlikdən gəlmək, mən də bu səhvləri müdafiə edirəm mənasını verər.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövrünü müdafiə edirlər, lakin fahişəxanalar açıldığını, darvinizmin yayıldığını ört-basdır etməyə çalışırlar, bu tam səmimiyyətsizlikdir. İslam aləminin paytaxtı olan İstanbul fahişəxanalarıyla məşhurlaşır. Xəlifə fahişəxana açılması üçün məktub verirsə bunun müdafiə ediləcək tərəfi yoxdur. Əbdülhəmidin yaxşı cəhətlərini hər kəs bilir və görür, lakin səhvlərini müdafiə etmək Qurana uyğun olmaz. Səhv olanı tənqid etmək lazımdır.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

1400 ildir ki, ilk dəfə "Mehdi gəlməyəcək" söhbətləri bu qədər çox olur. Bu da Mehdinin zühur əlamətlərindən biridir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Dəccaliyyət mütləq məğlub olacaq. Mehdi də zahir olacaq. Nə etsələr də buna mane ola bilməzlər.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Ziyalılarımızın böyük əksəriyyəti İngiltərə dərin dövlətinin fərqinə vardı. İngiltərə dərin dövlətinin 200 illik planı bu dəfə tamamilə çökəcək.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin vermək istədiyi mesaj; İslam heç vaxt hakim ola bilməyəcək, müsəlmanların parça-parça olması daha yaxşıdır mesajıdır. Bu günə qədər edilən tətbiqlər müsəlmanlara sizin müvəffəqiyyətli olmağınız qeyri-mümkündür, hər dəfə məğlub olarsınız mesajı idi. Bu planı ifşa etdik.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövrü İngiltərə dərin dövlətinin cinayətlərinin ən kəskin meydana gəldiyi dövrlərdən biridir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti adı İslam olan, lakin Qurandakı İslamla əlaqəsi olmayan bir baxış prizması formalaşdırıb. Bunu hiyləgərcə planlaşdırıblar. Onların müdafiə etdiyi İslam düşüncəsində darvinizm var, haram olan homoseksuallıq və şərab halal qəbul edilir, rumilik var.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Türkiyə, Suriyanın bölünməsinə icazə verməsin. Suriyada bir teknokrat hökuməti yaradılsın. İngiltərə dərin dövlətinin oyununu puç edək.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Türkiyə, Rusiya və İranla güclü dostluq yaratsın. Şiələr tərtəmiz müsəlmandırlar. İran və Rusiya ilə yaxşı dost olsaq bölgə üçün faydalı olar.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Darvinist materialist təhsil verilən gənclər səhv yola getdiyi zaman, çıxış yolu onların öldürülməsi deyil, fikirlərinin düzəlməsi üçün öyrətməkdir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Öldürməklə terror bitməz. Fikrən öyrətmədiyin insanı havadan bombalamaq qəbul edilməz. Kim olursa olsun silahla insan tərbiyə edilməz.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Darvinizmə, materialist ideologiyalara təslim olmuş insanlar, silahla bombalama ilə dəyişməz. İnsanlara inanclarının yanlışlığı deyilməlidir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Allahdan sənətini daha çox bilməyi, yaddaşımızda daha çox saxlamağı və sənətinə heyrət etməyi həmişə istəmək lazımdır.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Hüceyrədə heyranedici xüsusiyyətlər var, lakin insanların çoxu çox az düşünə bilir. İnsan ən çoxu bir və ya iki mövzunu yadda saxlaya bilər. Hüceyrənin daxili ucsuz-bucaqsız bir kainat kimidir və möhtəşəm dərəcədə kompleksdir. Hüceyrənin təfərrüatlarının öyrənilməsi dinsizliyə ən böyük zərbə oldu.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İnsan ağlı 100 möcüzəni eyni anda düşünəcək potensialda olsa, mənəvi cəhətdən sanki sərxoş olar. Allahın sənəti çox sarsıdıcı və çox möhtəşəmdir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Hər şey Allahın nəzarəti altındadır. Dəccal da, İngiltərə dərin dövləti də Allahın nəzarəti altındadır, yazıq varlıqlardır. Güclü olan Allahdır.
A9 TV; 23 sentyabr 2016
avatar

Adnan Oktar

PYD yalnız türklərə, ərəblərə deyil, özlərini dəstəkləməyən kürdlərə də şiddətli təzyiq tətbiq edir.
A9 TV; 23 sentyabr 2016
avatar

Adnan Oktar

İngiltərə xalqının mədəniyyəti, nəzakəti çox gözəldir. Lakin İngiltərə dərin dövləti tarixin ən böyük dəccali gücüdür, İngiltərə xalqını da əzir.
A9 TV; 23 sentyabr 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo