Quran kafi və açıqdır. Qurana xurafatlara görə əlavə edən də, çıxarış edən də axirətdə çox böyük günah boynuna götürəcək.
Allah möminləri çətinliklərlə imtahan edər. Məsələn, mömin əzabla qarşılaşar, səbir edər o ona üstünlük qazandırar. Səbir yoxdursa, o insan dəyərli hala gələ bilməz.
Allahı çox sevən, Allahın yaratdığı bəndələrə şəfqətlə yaxınlaşar, Quranın ruhunu yaxşı anlayar. Mömin oruc tutmayana qarışmaması lazım olduğunu bilər.
Oruc tutarkən aclıqdan, susuzluqdan bəhs etmək ibadətin ruhuna yaraşmaz. Müsəlmanın alicənablığına belə üslub yaraşmaz.
Bizim izahatlarımızdan və ortaya qoyduğumuz dəqiq dəlillərdən sonra ziyalılarımızın çox böyük əksəriyyəti İngiltərə Dərin Dövlətini anladı.
Allah zər aləmində bütün insanları bütün bədən üzvləri ilə birlikdə yaratmış, bütün insanlardan əhd almışdır. Bu, Quranda təkamül olmadığının dəlilidir. Quranda təkamüllə yaradılış olduğunu iddia edənlər, zər aləminin yaradılışını açıqlaya bilməzlər. Zər aləmi də, dünya da təkamüllə yaradılmadı.
Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)
İslamı ən yaxşı Qurandan öyrənərik. Lakin Qurana mütləq səmimi, dürüst yaxınlaşmaq lazımdır.
İnsanların bir-birinə salam verməməsi, göz-gözə belə gəlmək istəməməsi, sevgisizliyin gətirdiyi bəlalardır. Sevgini, salamı yaymaq lazımdır.
Geniş və rahat düşünmək gözəl olandır. Doğru olana doğru demək lazımdır. Qatı, ön mühakiməli olmamaq lazımdır.
Quranın heç bir məlumatı səhv çıxmayıb. Ədəbi cəhətdən bənzəri yoxdur. Elmi cəhətdən də 1400 il əvvəl bilinməyən məlumatlar verilmişdir.
“Müsəlman yeməz, içməz, yerdə oturar, keyfiyyət nədir bilməz” deyə bilirlər. Buna görə də, müsəlmanların ehtişamının görülməsi bu yanlış imici yox etmək üçün tələb olunur. “Müsəlman keyfiyyətli məkanda ola bilməz, keyfiyyətli avtomobil idarə edə bilməz, keyfiyyətli evdə otura bilməz, keyfiyyətli geyinə bilməz” imicini biz yerlə-yeksan etdik. Gözəl olan hər şey təkcə küfrün əlində olmalıdır, deyənlərin bütün təbliğatının keçərsiz olduğunu həyatımızla göstərdik.
Oruc tutmaq insana təvazökarlıq gətirər, oruc tutan insan şəfqətə və sevgiyə daha açıq olar.
Müsbət və mənfi utancaqlıq vardır. Müsbət utancaqlıqda pis şeydən xəcalət çəkilər. Mənfi utancaqlıq isə insanın sevgisini ifadə etməsinə əngəldir. İnsanın sevdiyini uca səslə söyləyə bilməməsi qürurdan irəli gələr. “Sevirsənmi?” deyə soruşduqda “səncə?” deyə cavab verilməz, “sevirəm” deyilər.
Allah hər şeyi bir məqsədlə, bir tale ilə yaratmışdır. İnsanın mövcudluq məqsədi də qul olmasıdır.
Allaha inandığını söyləyib dinə inanmadığını söyləyənlər haşa Allahın insanlardan xəbərsiz olduğunu söyləmiş olurlar. Yaxud stəkanın, eynəyin, yastığın mövcudluq məqsədi var, lakin insanın mövcudluğunun heç bir məqsədi yoxdur demiş olurlar. Hər ikisi də çox məntiqsizdir.
Quran çox açıq və dəqiqdir. Quranı oxuyan hər insan açıq və dəqiq ayələri anlayar. Eyhamla, xurafatla Qurandan hökm çıxardanlara etibar etməsinlər.
Mehdiyyət dövründəyik, Allahın Hadi isminin gəncləri əhatə etdiyi açıqca görünür.
Mövcud olan bir şey əsla yox olmaz. Səs də, təsvir də Allah dərgahında sonsuza qədər qalar.
Hər yuxu bir növ ölümdür. İnsan hər yuxuda ölər və hər səhər dirilər. Ölümdən oyanma da kəskin dirilişdir.
Putin zəkalı və dəliqanlı insandır. Hər insan kimi onun da səhvləri ola bilər, lakin dünyaya baxdığımız zaman səmimi olduğunu görürük.