Quran hər şeyin ən xeyirlisini insanlara bildirir. Məsələn, Allahın içkini qadağan etməsi dünyada o qədər gözəl nemətlərə vəsilə olur. Əməl edilsə, cinayətlərdə böyük dərəcədə azalma olar. Yol qəzalarında böyük dərəcədə azalma olar. İçki içib təzyiqdən ölənlər var, başqa xəstəliklərə səbəb olduğu üçün qaraciyər xəstəliklərindən ölənlər var. Bunlar aradan qaldırılmış olar.
Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
Polislərimiz aslandır, canımızdır. Hər yerdə xeyirin, yaxşılığın, gözəlliyin tərəfdarıdır. Vətənin birliyi və bütünlüyü üçün cəhd göstərən hər insana qarşı ürəklərində dərin bir sevgi və məhəbbət vardır.
Bərəkət üçün bir şərtlə dua edərəm ki, qazanclarını, bədənlərini, canlarını tamamilə Allaha həsr etsinlər. Ayədə― "Həyatım və ölümüm aləmlərin Rəbbi olan Allahındır"― deyə bildirilir. Allaha özünü tam həsr edən, təslim edən üçün Allah böyük, bol bərəkət versin ki, Allah yolunda onu xərcləsinlər.
Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
İstanbulda böyük zəlzələ olmayacaq. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ olmaz. Bu bir möcüzədir. Normal olaraq zəlzələ gözlənilirdi. "Olmalıdır " ―deyirdilər, amma olmur. Uzun müddət olmayacaq, inşaAllah.
Cənab Bağçalı çox ağıllı insandır. İdealist gənclik də güclü xarakterlidir. Güclü cavanlardır. Türkiyənin təməli, zəmanətləridirlər, inşaAllah. Türkiyəyə dəstək olan, xarici gücləri titrədən bir-birindən mükəmməl güclərdir. Buna görə də ürəkləri sakit olsun. Daim Allahın köməyi üzərilərində olacaq.
Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah.
Baş nazirimiz vicdanlı insan olduğu üçün Suriya məsələsində səmimi olaraq fəryad edir.
Baş nazirə vəfasızlıq, xəyanət etdirmərik. Vəfasızlıq və xəyanət Allahın bəyənmədiyi qeyri-normal bir hərəkətdir, vicdanın yox olmasıdır.
Suriyadakı, Banqladeşdəki hadisələrdə müsəlmanların oyanmasına təşviq var. Allah bütün müsəlmanları bu hadisələrlə sarsıdır, "oyanın" deyir.
Bangladeşdə 2400 müsəlmanın öldürülməsi nə Avropanın, nə Amerikanın, nə də bütün dünyanın vecinə deyil. Avropada filan insanlar diskotekalarda əyləncəsi ilə məşğuldur.
Dəccaliyyət İslam dünyasını mühasirəyə almış vəziyyətdədir. Müsəlmanları təhqirə etməyə, öldürməyə çalışırlar.
Alimlərdən min adam bir yerə yığışsa hz. Mehdi (ə.s) kimi olmaz.
Mehdiyyət Allahın adı ilə hakim olmadan dünyaya hüzur gəlməyəcək, yaşanan bu acı hadisələr dayanmayacaq.
Hz. Mehdi (ə.s) dövründə ərş də sakitlik tapacaq. Zəlzələlər, qasırğalar, fəlakətlər dayanacaq.
Heç bir siyasətçi İslam aləmini birləşdirə bilməz, təkcə birləşməsi üçün zəmin hazırlayar. İslam aləmini birləşdirmək hz. Mehdi (ə.s)-a nəsib olacaq.
Allah dəccaliyyətin mütləq məğlubiyyətlə nəticələnəcəyinə Quranda zəmanət verir. İkinci bir yol olmaz.
Quranda əgər bir hekayə izah edilirsə o, həyatda qarşılaşılacaq hadisədir. Haşa, Allah hekayə izah etməz. Olmayacaq, həyatda baş verməyəcək bir hadisəni izah etməz.
Baş nazirimizin vətən, millət üçün igidliyi, cəhdi aşkardır. Millətimizin də baş nazirə qarşı dərin vəfası olmalıdır. Kiminsə vəfasızlıq etməyinə icazə vermərik. Baş nazirə vəfasızlıq etmək həm zalımlıq, həm də nankorluqdur.
İnternetdən pul alınmasın. İnternetə girmək pulsuz olsun. Gücü çatmayan qardaşlarımıza dövlət də kompyuteri hədiyyə olaraq versin.