Qiyamətə yaxın dövrdə dünyada müsəlman qalmayacaq. Qiyamət küfr əhlinin başına qopacaq. Cənnət əhli qiyaməti əmin-amanlıq içində izləyəcək.
Quranı yaşamaq üçün bütün mənliyi ilə Allaha yönələn və təslim olana Allah sevəcək dostlar yaradar.
İnsanın təbiətində eqoistliyə meyl var, lakin insan Quranın tərbiyəsinə görə yetişdiyi zaman mehriban, mərhəmətli, həlim və səmimi olar.
İnsanların çoxu özlərini həqiqətən səmimi sevən olmadığını düşündükləri üçün tək qalmaq istəyirlər. Allaha təslim olana Allah sevəcəyi insan yaradar.
Müsəlman olaraq biz Quranda izah edilən cənnət ruhuna talibik, bu ruhun həyəcanını, coşğusunu, sevincini yaşamaq idealımızdır.
Bəzi bacı-qardaşlarımız İngiltərə dərin dövlətini hələ yeni-yeni anlayır və Türkiyənin nə qədər fövqəladə dövrdən keçdiyini qavraya bilmirlər. İngiltərə dərin dövlətinə açıq-açıq qarşı çıxan bir lider var, o da Tayyib hocamdır. Buna görə də, millət olaraq milli liderin ətrafında bir-birimizə möhkəm bağlanaq.
Quranda izah edilən himayədarlıq sistemi tam tətbiq edilsə, dünya tam rifah içində yaşayar, hər kəs hər kəsi qoruyar.
Biz holoqram kimi təkcə Allahın göstərdiyi təsviri yaşayırıq. Əgər; "ey Rəbbim Səni çox sevirəm, mən heçəm, tək varlıq Sənsən. Hər yer Sənin gözəlliyindir, mən Sənin təcəllinə aşiqəm, mənə təcəlli et" desən Allah sənə hər cür gözəlliyi nəsib edər. Allaha nə qədər təslim olsan, o təsvirlər o qədər gözəlləşər. Allahın mövcudluğunu dərk edən üçün Allah hər cür gözəlliyi yaradar.
Qurana görə müsəlman ehtiyacdan artıq qalanı infaq etməklə məsuldur. Bu, himayədarlıq sisteminin əsasıdır. İslamda eqoistlik yoxdur.
Romantizm ağlın bir kənara qoyulması deməkdir. Ağıl bir kənara qoyulduğu zaman sevgi və eşq qalmaz. Sevgi və ehtiras ağılla həqiqi zəmininə oturar. Ağıllı olduğun vaxt bağışlayarsan, cəsur olarsan, eqoist olmazsan. Romantizmdə isə insan mənfəət üçün sevdiyini sata bilər, bağışlaya bilməz, cəsarət göstərə bilməz.
Qadın iffətini və şərəfini qoruyan, namusuna diqqət yetirən, eyni zamanda baxımlı, cəlbedici və gözəl olmalıdır. İnsanlarda qadına hörmət yaranmalıdır.
Gözəllik və keyfiyyət aradan qaldırıldığı zaman cəmiyyətdə sevinc qalmır, içə qapanma və sonra sürətlə çöküş gəlir.
Ağıl, insanın istəyə biləcəyi ən gözəl imkandır. Ağıl olduğu zaman iman, məqsədəuyğun düşünmə, sevgi və dərinlik olar.
Türkiyənin güclü olmasının yolu nəzakət, keyfiyyət, səmimiyyət və sevgidir. Türkiyə çox keyfiyyətli və sevgi dolu olsa, dünya lideri olan bir ölkə olar.
İnsan Allahı ruh dərinliyi və bitməz əlaqə ilə sevsə, o zaman əleyhinə heç nə baş verməz. Hər şey bu insanın lehinə olar.
Mənəvi həzz, sevginin və sevgi dərinliyinin verdiyi təsviredilməz zövqdür.
Dünyanın ən gözəl varlıqları olan qadınların təzyiq altına alınması məni çox narahat edir.
Eqoistlik, dünyanın müvəqqətiliyinin bilinməsi sayəsində aradan qalxar. Eqoistlik insanı çirkinləşdirən, xoşagəlməz edən haldır.
Peyğəmbərimiz (s.ə.v) mehdiyyət dövründə çox böyük bolluq olacağını, ehtiyac sahibi heç kimin qalmayacağını bildirmişdir.
Televiziya proqramlarının ürəkaçan, mədəniyyəti artıran olması əhəmiyyətlidir. İnsanlara yuxarıdan aşağı baxan, soyuq, çözüm gətirə bilməyən, nə qədər mədəni olduğunu vurğulamağa çalışan kəslərin saatlarla danışdığı proqramlar ancaq beyin yorucu olur. İnsanlara heç nə qazandırmır.
Xarici mətbuatda təkamül nəzəriyyəsinə endirdiyimiz elmi zərbə demək olar ki, hər gün xəbər olur.