Qəzəb həm fiziki, həm də mənəvi cəhətdən insana çox zərər verər. Qəzəb öldürücüdür. Mömin ağılla, imanla, irfanla, sevgi ilə hər məsələni həll edə bilər.
Hal-hazırda yuxuda olduğumuz aydın görünür. Ölüm də yuxudan oyanmaq kimi olacaq. Öldüyümüz zaman dünya həyatının çox-çox qısa yuxu olduğunu anlayacağıq. İnsanlardan dünyada nə qədər qaldınız deyə soruşduqda, təəccüblü şəkildə qısa olduğunu söyləyəcəklər. Ölümlə birlikdə təsvir o qədər aydınlaşar ki, dünyanın qətiyyən yuxu olduğuna tam qənaət gələr. Möminlər ölən kimi şən, gözəl qarşılanma görər. Küfr əhli üçünsə ölüm anından etibarən hər şey dəhşət vericidir.
Mömin ən çox Allahı incitməkdən qorxar. Mömini təkcə cəhənnəmdəki əzab deyil, Allah qarşısında xəcalətli olma ehtimalı da qorxudar. Cəhənnəmdən qorxmaq da Allah rizasına uyğun davranışdır. Cəhənnəm qorxusunu səhv görməmək lazımdır.
Peyğəmbərimiz (s.ə.v) Kəbənin altında qədim dövrə aid xəzinələrin olduğunu bildirir. Kəbənin dağılmadan altına baxıla bilməsi hal-hazırda mümkün olmaz, təkcə Mehdi (ə.s) dövründə olacaq. Digər bütün müqəddəs əmanətlərin tapılması da, təkcə Mehdi (ə.s) dövründə olacaq. Mehdinin zühurundan sonra hamısı ortaya çıxacaq, insanların imanlarında böyük artım olacaq.
Cənnətdə insan bir əşyanı necə təxəyyül etsə dərhal o şəkildə yaradılar. Qiymətli monolit daşdan yaranmış, sürətlə hərəkət edən, idarə edilməsi asan olan, suyun üstündə və altında gedən nəqliyyat vasitələri olacaq cənnətdə.
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu.
Ağlımıza gələn şeytani düşüncələrdən məsul olmarıq, lakin insan bunları düşüncəsinə salıb, şüurlu olaraq əməl etsə bunlardan məsul olar. Pis əməllərin həyata keçirilməsi haram olar.
Küfr əhlinin və münafiqin hər şeyi uğursuzdur; möminin isə hər şeyində xeyir vardır. Mömin xüsusi qorunar. Allahın ruhunu daşıdığı üçün mömin müqəddəs varlıqdır, müqəddəs edilmişdir.
Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir.
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar.
Rusiya PYD-ni Astana iclasına çağırsa bu çox çirkin vəziyyət olar. Terrorçu qrupun sülh iclasına dəvət edilməsi, həm Türkiyəyə qarşı, həm də digər ölkələrə qarşı çirkin təklif olar.
Şeytan insanlara məntiqlə yanaşaraq vicdanı susdurmağa çalışar. Çox vaxt münafiqlər həm məntiqin oyununa düşər, həm də axmaq şərhlər verərlər. Möminlər vicdanlarına təslim olarlar, münafiqlər isə iradəsizdirlər və həmişə vicdana qarşı olarlar.
Münafiqlərdə ağılsızlıq ən yüksək dərəcədədir. Bütün axmaqlıqlarına baxmayaraq, öz aləmlərində müsəlmanlara tələ qura biləcəklərini zənn edərlər. Hər dəfə öz başlarını bəlaya salarlar.
Sevgi möcüzəvi qüvvədir. Arada kilometrlə məsafə də olsa sevən insanın sevgisini mütləq hiss edərsən.
Qız dostlarım qatı dindardır. Dindən heç vaxt güzəştə getməzlər. Namazlarına qarşı çox diqqətlidirlər. Namazın vaxtlarını heç vaxt qaçırmazlar. Halal və haram məsələsində heyrətamiz diqqətlidirlər. Hər gün Quran oxuyarlar, demək olar ki, hamısı Quranı əzbər bilər. Küçədə həyatları yoxdur. Təmizliyə də çox diqqətlidirlər.
Sevgidə həsrət qalmaq gözəl şeydir. Həmişə sevgiyə ac olmaq, nə etsə də sevgiyə doya bilməmək gözəllikdir. Bir pişiyi sevdiyimiz zaman da, bir insanı sevdiyimiz vaxt da sevgiyə doya bilməmək gözəl aclıqdır.
Hədislərə və ayələrin işarələrinə görə 2019-cu il çox hərəkətli il olacaq. 2022-ci ildə rahatlama başlayar. Ondan sonrası fərəhlikdir inşaAllah.
İslam Quranda izah edilən dindir. Qurandakı hökmlərdən başqa İslamın hökmü yoxdur. Haram və halallar Quranda açıq şəkildə bildirilmişdir. Allah Quranın kafi olduğunu və təkcə Qurandan sorğu-suala çəkiləcəyimizi söyləyir.
Suriyadan gələn bacı-qardaşlarımız ölmək və ya yaşamaq arasında qalmış insandırlar. Canlarını qurtarmaq üçün Türkiyəyə sığınırlar. Şəfqətlə və anlayışla baxmaq lazımdır. Şəfqətsiz üslub bizim millətimizə yaraşmaz.
İslam Birliyi yarandığı zaman dolların təzyiq göstərməsi aradan qalxar. İnflyasiya sıfır olar. İqtisadiyyat çox canlı və gümrah olar.
Münafiq zibildaşıyan maşın kimidir, harada murdarlıq vardırsa alıb götürər. Müsəlmanların bu murdarlıqlarla məşğul olmasına ehtiyac qalmaz. Münafiq harada murdarlıq vardırsa götürüb öz murdar torbasına atar. Münafiq peyinqurdudur, murdarlıqları toplayıb yuvasına aparar, müsəlmanlar da xilas olar.