Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş- boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül, istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə bunların hamısı halaldır.
Xurafatçıların, qatı dinçilərin uydurma xurafatları atılsa, geriyə yalnız saf, xalis, əsil İslam dini qalar.
(A9 TV; 12 fevral 2015)
Adnan Oktar
-
Milliyyətçi Hərəkət Partiyası vətən, millət, bayraq, dövlət sevgisi, millət sevgisi və diqqətli olmaq deməkdir, qəflətə və dəlalətə qarşı ayıq-sayıq olmaq deməkdir. Vətənin, millətin mənfəətini çox diqqətlə qorumaq deməkdir. Ciddi və ətraflı bir şəkildə araşdırmaq deməkdir. Buna görə belə müvəffəqiyyətli bir hərəkatı məclisdən uzaqlaşdırmaq düzgün deyil.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Birisi Mehdi (ə.s)-ın əleyhinə danışdıqda güman etmədiyi yerdən başını bir bəla bürüyür. Bir ayağından, bir başından, bir bədənindən tutur, bəla yağış kimi üstünə yağmağa başlayır. O uğursuzluq yaşadığını zənn edir. Halbuki mehdiyyətə qarşı xoşagəlməz sözlər deyir. Ona görə də Allah bəla verir, məsələ budur.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Xurafatçı yaradılarkən mehdiyyət düşməni olaraq yaradılır. Halbuki, onun düşmənçiliyi, mehdiyyətin məqamını yüksəltmək üçün xüsusi olaraq hazırlanmış bir sistemdir. O, yalnız mehdiyyətin mövqeyini yüksəltmək üçün, yaradılmış bir cəhənnəm adamıdır. Allah cəhənnəm üçün yaradılmış o adamları sayəsində Mehdi (ə.s)-ın mövqeyini yüksəldir.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini həll edər.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Xüsusi yolla meydana gətirilən böyük bir yoxsulluq lobbisi var. Bu yoxsulluq lobbisini, yoxsulluğu meydana gətirən sistemi Mehdi (ə.s) aradan qaldırır. O zaman dünya avtomatik şəkildə, öz-özünə zəngin olur. Amma axırıncı dəfə zəngin olur.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Dünya səviyyəsində xüsusi bir yoxsulluq qruplaşması var. Bu qruplaşma böyük dövlətlərin qabaqcıl şəxslərinin, tanınmış kapitalistlərin, bir çox mərkəzi bankın dəstəyi ilə meydana gətirilir.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Dünyadakı yoxsul qruplaşmaları meydana gətirən sistem mehdiyyət dövründə sürətli formada ələ keçiriləcəyi üçün, artıq yoxsul qruplaşmalar təşkil edilə bilməyəcək. Çünki, yoxsul qruplaşmalar hal-hazırda təşkil edilərək meydana gətirilir.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Allahın arzusu; Mehdi (ə.s)-ın ortaya çıxması, İsa Məsihin zühuru, İslam Birliyinin meydana gəlməsi və qısamüddətli bir hökmranlığın özünü göstərməsidir. Bunları görəcəyik inşaAllah.
(A9 TV; 11 fevral 2015)
Adnan Oktar
-
Allah açıq-aydın şəkildə inkar edilir. Bu çox böyük uğursuzluq gətirər. Dünyanın başına gələn fəlakətin də səbəbi budur. Dünya bir fəlakət içində çırpınır, hər yer qan dənizidir. Hər yerdə iqtisadi böhran hakimdir. Hər yerdə bir fəlakət var. Darvinizm və materializmin bir yalan olduğu, yanlış məlumat olduğu elmi dəlillərlə izah edilməlidir. Başqa cür olmaz.
(A9 TV; 10 fevral 2015)
Adnan Oktar
-
Uğursuzluğun, fəlakətin təməlində darvinizm və materializm durur. Bunun doğrusu izah edilməlidir. Əhatəli şəkildə darvinizmə və materializmə cavab verilməlidir. Bunun əksinin edilməsi, Allaha xoş getməz.
(A9 TV; 10 fevral 2015)
Adnan Oktar
-
Darvinizmin və materializmin elmi və fəlsəfi şəkildə yox edilməsi PKK-nın qovrulub yanmasına səbəb olar. Ən təsirli zərbə darvinizmin yox edilməsidir. Darvinist, materialist düşüncəni yox etsən, PKK-nın həyat damarını məhv etmiş olarsan. Beləcə də, PKK-nın beyni məhv olar. Beynini məhv etdinsə, artıq o da məhv olar.
(A9 TV; 10 fevral 2015)
Adnan Oktar
-
Bəzi məmurların təvəkkülsüz olduqlarını və PKK-dan qorxduqlarını görürük. Bu onlara yaraşmaz. Peyğəmbərimiz (s.ə.v) bir ovuc insanla, 40 nəfərlə meydana çıxmışdı. Müsəlman igid olmalıdır, cəsarətli olmalıdır.
(A9 TV; 10 fevral 2015)
Adnan Oktar
-
Darvinizmin kökü dünyadan tamamilə silindikdə Allahın arzusu yerinə yetmiş olar. Mehdiyyət hakim olar. Sonra dünya yenidən korlanar, yenidən bu düşüncəyə qayıdarlar.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Hal-hazırda dünya səviyyəsində 7 milyard insandan çox bir kütlə, Allahın varlığını tamamilə, kütləvi şəkildə inkar edirlər. Bütün dünya dövlətləri kitablarında darvinist təlim əsasında insanın təsadüfən palçıqlı sulardan yarandığı izah edilir. Bütün dünya ölkələrindəki təhsil kitablarında: "Allah yoxdur" deyir. Haşa, bütün dünya ölkələrində Allaha meydan oxuyurlar. Normal olaraq dünya qiyamətin baş verməsinə layiq oldu, qiyamət qopmalıdır.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Mehdi (ə.s) vəsiləsiylə Allahı inkar edən darvinizm bəlası aradan qalxacaq, İslam dini yaşanacaq, bir müddət sonra isə qiyamət qopacaq.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Hədisdə; "Mehdi (ə.s) zühur etdikdə Qiyamətin qopması dayandırılar" deyilir. Hal- hazırda qopmasının qarşısı alındı, Qiyamət xeyli yaxınlaşdı, Allah qarşısını aldı. Bunu Mehdi (ə.s)-ın dünyada olduğundan ötrü etdi.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Allahın Mehdi (ə.s)-ı göndərmə səbəbi onsuz da darvinizmi ortadan qaldırmaqdır. Göndərilməsinin əsas səbəbi budur, yəni Allahın varlığının inkar edilməsinə son qoyulmasıdır.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Bu qədər geniş miqyaslı bir kütlənin, milyardlarla insanın Allahın varlığını inkar etməsi, insanlar təsadüfən yaradıldı deməsi, dünya tarixində heç vaxt görünməmişdir. Çox kiçik imansız birliklər, çox kiçik inkarçı birliklər olmuşdur, böyük kütlələr isə daim Allaha inanmışdır. Belə bir şey ilk dəfə olur. Belə bir fəlakət heç görülməmişdir. Əvvəlcə, bu fəlakətin Mehdi (ə.s)-ın, Allahın “Hadi” adının təcəllisi ilə ortadan qalxacağını görəcəyik.
(A9 TV; 9 fevral 2015)
Adnan Oktar
-
Allahdan uzaq olan heç bir insan xoşbəxt olmaz. Allaha təvəkkül etməyən insan heç bir şəkildə bərəkət və rahatlıq tapa bilməz.