Qadınlara azadlıq verilməsə, halallar haram edilsə İslam Birliyi yaranmaz. Qadınların əzildiyi quruluşu Allah müvəffəq etməz. İslam Birliyinin açarı qadınlardır. Qadınların xoşbəxt və azad olduğu cəmiyyət yaradacağına söz versən Allah İslam Birliyini yaradar.
Allah insanı ilk yaratdığı andan etibarən qüsursuz və mükəmməl var etmişdir. Təkamül isə haşa Allahın yaratmasında qüsur olduğunu iddia edir. (Qaf surəsi, 15-16: Məgər Biz ilk yaratmadan sonra gücdən düşdük? Xeyr, onlar “qarışıq şübhə” içindədirlər. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini bilərik. Biz ona şah damarından daha yaxınıq.)
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Allah müşriklər barədə “ağıllarını işlətməyən qövmdürlər” deyir. Müsəlman isə ağlından istifadə edər, oxuyar, öyrənər və araşdırar.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
İran dini lideri Ayətullah Xamaneyinin İngilis dərin dövlətinə dair son açıqlamaları çox yaxşı olub. Allah işlərimizi vəsilə edir.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Bütün güc, qüvvə Allaha məxsusdur. Müvəffəqiyyət qazanıldıqda bunu nəsib edən Allahdır. Allah duamızı qəbul etdiyi üçün bizə müvəffəqiyyət nəsib edir.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Obama da, yaxın ətrafı da kommunist meyilli idi. Obamanın törətdiyi təxribatı Trampın düzəltməsini diləyirik. Tramp anti-kommunist, anti-darvinist insandır. Rusiya, Türkiyə, İran, Çin və bütün türk dövlətləri Trampa dəstək olsunlar.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Darvinizm PKK və bütün kommunist təşkilatların ideologiyası, İngiltərə dərin dövlətinin dini və tarixin ən bərbad xurafatıdır. Biz darvinizmdən bəhs edilməsi qadağan edilsin demirik, cavabı verilsin deyirik. Hər şeyi təsadüf yaratdı deyən darvinizm elmdən kənar xurafat və bütpərəst inancdır. Bu ibtidai bütpərəst inancdan cavabı ilə birlikdə bəhs edilsin.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
İnsanın təkamüllə yaradıldığına dair həm elmi, həm də Quranda tək bir dəlil yoxdur. Bütün paleontoloji kəşflər yaradılışı göstərir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Yol, körpü, bənd inşa edilməsi, incəsənət və azadlıq olmadıqda əksik qalır. Bütün küçələrdə incəsənət olmalıdır, qadınlara azadlıq olmalıdır. İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox mühüm məsələdir. Bu, Türkiyənin mövzuya verdiyi əhəmiyyəti göstərər. Bir addım atılsa arxası gələr.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) “suda, dənizdə bir tac görürəm, bu iblisin tacıdır və şimalda bir adadır” deyir. Bu İngiltərə dərin dövlətinin tərifidir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Darvinizm qədim şumerlərdən gələn xurafatlarla dolu bütpərəst dindir, təkamül haqqında məlumatı olmayan bəzi kəslər bunu bilmirlər.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Lindsey Lohanın İslama yaxınlıq göstərməsi çox gözəldir. Mövhumatçılar ona təzyiq göstərsə bunlara heç fikir verməsin.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Beyinin içində gözü olmadan görən kimdir? İnsanlar bunu sorğu-sual etməlidir. Elektrik siqnallarını üçölçülü mükəmməl təsvir olaraq görən ruhdur.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
İnsan orqanizmi dünyanın ən təkmilləşmiş kompyuterlərindən üstün quruluşdadır. Hüceyrə dəmiri, misi tanıyar, lazım olanı qəbul edər, insan bu seçimi edə bilməz. İnsan elementləri seçə bilməz, lakin hüceyrə lazımi elementləri qəbul edər və tam lazımi yerdə lazımi miqdarda istifadə edər. Hüceyrə Allahın istəyi ilə çox ağıllı hərəkət edər, atomları ehtiyaclarına görə seçərək, lazımi yerlərdə istifadə edər.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Darvinizmi israrla qəbul etdirməyə çalışanlar, “hər şey təsadüflər nəticəsində yarandı, dini tərk edin” deyəcəkdilər, lakin buna icazə vermədik, vermərik. Bütün dəlilləri ilə darvinizmin əsassızlığından bəhs etdik. Boşuna çırpınmasınlar, təkamül yoxdur, təkamül nəzəriyyəsi dünyadakı ən çürük nəzəriyyədir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Çarlz Darvin: “Tovuz quşunun tüklərini görmək məni xəstə edir” demiş və canlılardakı mükəmməlliyi qəbul etmişdir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Bəzi təkamülçülər, paleontologiya elmindən faydalanaraq göstərdiyimiz fosillərin həqiqət olduğunu gizli də olsa qəbul edirlər.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Yaradılışı müdafiə etmək “mütərəqqilik”dir. Paleontologiya elmindən istifadə edərək, fosillərin dəyişmədiyini, canlıların təkamül keçirmədiyini sübut edirik. Darvinin dövründə mikroskoplar çox sadə idi. Darvin hüceyrə barədə “su dolu kiçik şar” deyirdi, halbuki hüceyrə şəhər kimi çox mürəkkəb quruluşdadır.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Bəzilərinə hakim olan mürtəce zehniyyət əslində Firon və Nəmrud dövründən qalan təkamül inancını müdafiə etməkdir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Allah Quranda, "sanki yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar" (Qamər surəsi, 7) deyə buyurur, burada təkamüllə yaradılış yoxdur.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Millətimiz təkamül iddialarını qəbul etmədi, bu bəzilərinin xoşuna gəlmədi və öz aləmlərində Quranda təkamül varmış kimi göstərməyə çalışırlar.