Qadınlar çox dərin və incə düşünmə qabiliyyətinə malikdir, 5 duyğuları da çox güclüdür. Kişilər hadisələri daha kobud qiymətləndirər. Qadın 100 alternativ variantı düşünər, kişi ən çox 3 alternativ variantı düşünər. Ümumiyyətlə ikisini düşünər birini seçər. Qadının görmə gücü daha kəskin olduğu üçün eşqə, ehtirasa çox açıqdır. Ehtiras və eşq dənizinə çəkən qadın olar. Amma qadının eşqi tam yaşaması üçün ağıllı kişi lazımdır. Yoxsa qadın nə edirsə etsin eşqin kilidini aça bilməz. Ağıllı kişi ilə qarşılaşdığında qadın eşqin və ehtirasın kilidini açar və ucu-bucağı olmayan dənizə girərsən. Amma təbii ki, bütün bunlar üçün qadının da, kişinin də imanlı olması əsas şərtdir.
Şəhidlərimiz xoşbəxtdir, Allah onları seçmiş, ən gözəl mövqeyə gətirmiş. Allah Afrin şəhidimizin şəhadətini qəbul etsin, çağırın bizlər də gələk inşaAllah. Nə xoşbəxt sizə, nə xoşbəxt ailələrinizə.
(A9 TV; 12 mart 2018)
Adnan Oktar
-
Dünya çox genişdir, bütün insanlar həmişə birlikdə hüzur içində yaşaya bilərik. İsrail, İran, İraq, Suriya hamısı çox geniş torpaqlardır. Gəlin bu torpaqlarda bir arada qardaşca yaşayaq. Bölüşəmədiyiniz nədir? Gəlin birlikdə sülh içində yaşayaq.
(A9 TV; 12 mart 2018)
Adnan Oktar
-
Uşaqlara belə, küsməyi, qışqırmağı, meydan oxumağı öyrədir və bununla sevinirlər. Əl qədər uşağa yalnız sevgi öyrədilər. Uşağın ruhuna nifrət yeritmək və onu çirklətmək zülmdür.
(A9 TV; 12 mart 2018)
Adnan Oktar
-
Möminlərin təmizliyi ilə münafiqlərin çirkliliyi arasında cənnətlə cəhənnəm kimi fərq var. Möminlərin olduğu hər yerdə nəzakət, keyfiyyət, təmizlik, gözəllik və yaxşılıq hakim olar. Münafiqlər isə murdarlıq, çirkinlik, iyrənclik, alçaqlıq içində sürünürlər.
(A9 TV; 12 mart 2018)
Adnan Oktar
-
Mina Başaran və qız yoldaşlarına Allah qəni-qəni rəhmət etsin. İnşaAllah məkanları cənnət olar. Hamısı tərtəmiz, brilyant kimi cavan gənc qızlar. Nifrət dolu kütlənin meydana gəlməsi çox böyük bəladır. Nur kimi gənc qızlar vəfat edir. Allah onlara rəhmət etsin deyib hörmət göstərəcəklərinə ağla sığmaz çirkin ifadələr işlədirlər. Aslan kimi gənc qızlara belə çirkin ifadələr istifadə edə bilmək üçün insanın vicdanının tamamilə iflas etmiş olması lazımdır. Bu qədər kobud, bu qədər qatı, bu qədər mərhəmətsiz olmanın heç bir mənası yoxdur. Bu nifrət və kin dolu ruh milli bəladır. Cəmiyyətdə sevgini bilən insan sayı çox azdır. Hər kəsə, hər şeyə qarşı aqressiv üsluba inkişaf meyli var. Bunu mili fəlakət olaraq görüb sevgini, mərhəməti öyrədən, məqbul və anlayışlı olmanın əhəmiyyətini izah edən yayımlar olmalı. Pis danışanların təqdir edildiyi mühit təməldən qadağan edilməlidir.
(A9 TV; 12 mart 2018)
Adnan Oktar
-
Allah sevgisini və Allah qorxusunu bilməyən insanın gözəllikləri fərq edə bilməsi, qadınlara dəyər verə bilməsi mümkün deyil. Belə insana sevgini izah etmək, gözü görməyən birinə südü izah etmək kimidir. Tam qavraması mümkün olmaz.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Allah nəhəng boyda əncir ağacına balaca iynə ucu qədər toxumu vəsilə edir. Mehdi də dünyanın sülh, sevgi, gözəllik tapması üçün vəsilədir. Allahın izni ilə 3-5 il içində Mehdiyyət çox dəqiqləşmiş olacaq.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Səmimiyyət çox fərəhlədici və rahatlaşdırıcıdır. Bəzi din xadimləri televiziyaya çıxanda heç özləri olmayan üslub istifadə edirlər. Ağır başlı bilinsin deyə ağla sığmaz təzyiq edir özünə. Səmimi insan üzündəki hüzurdan və insana verdiyi müsbət elektrikdən dərhal aydın olar. Allah səmimi insanı dərhal qəlbimizə vəhy edər.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Bir çox evlilikdə əsas, qarşılıqlı yardımlaşma və həmrəylik dərnəyi kimi, şirkət tərzi quruluş olur. Bir-birlərini maddi cəhətdən dəstəkləmək, qoruyub saxlamaq, iki tərəfin imkanlarını qarşılıqlı yaxşı qiymətləndirmə tərzində və tamamilə məntiqə söykənən olur. Bu məntiqin bir adı da olur, adına sevgi deyirlər. Sevgi deməsələr ayıb olacağı üçün bu örtüyün arxasında yaşanır hər şey. Sanki şirkət həmrəyliyi əsas mövzu olur. Yaxşı şirkət ortağı tapa bilmək üçün də oxuyur, təhsil alır, dil öyrənir, yaxşı işə girməyə çalışır, avtomobil əldə edir və s. Kübar taktikalarla iki tərəf də bir-birinə mal verməməyə çalışır. Həqiqi sevgidə məntiq deyil vicdan əsas ölçüdür. Yalnız Allahın razılığı, rəhməti və cənnətinə görə hərəkət edilər.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Nə rəhmətlik Türkeşin adının unudulmasına nə də Bozqurdun unudulmasına əsla icazə vermərik. Nə də Ərbakan hocamı unutdurarıq.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Tayyib hocam millətin lideri, cumhurun başı olaraq çox vicdanlı, ağıllı və dürüst hərəkət edir. Bəzilərinin yersiz narahatlıqları çox gərəksiz. Tayyib hocam mərddir, cavandır, İslam Birliyinə aşiqdir.
(A9 TV; 11 mart 2018)
Adnan Oktar
-
Hər atom bir aləmdir. Atomda insan ağlının çox üstündə ağıl vardır. İnanılmaz sürətlə milyardlarla ildir dönürlər və bir dəfə belə toqquşmurlar. Sadəcə bu belə çox böyük möcüzədir. Çəkiclə dəmirə vurursan, atom təmasda belə olmur. Dönməsinə davam edir. 15 milyard ildir heç bir enerji almadan dönür. Bu, Allahın böyük sənəti və elmidir.
(A9 TV; 10 mart 2018)
Adnan Oktar
-
Münafiq ruhu olmadığı üçün maddənin həqiqətini heç vaxt anlaya bilməz. Tərif edilsə belə heç cür qavraya bilməz. Bu, möcüzəvi vəziyyətdir. İstənilən qədər təsvir edilsin heç cür anlaya bilməz və qavraya bilməz. Çünki ruhu yoxdur. Maşın kimi varlıqdır.
(A9 TV; 10 mart 2018)
Adnan Oktar
-
Həm Darvinist sistemdə həm ənənəçi Ortodoks sistemdə qadın nifrəti oturmuş vəziyyətdə. Qadını insan olaraq görmürlər. Biri yarı inkişaf etmiş heyvan olaraq görür birisi yarım varlıq olaraq görür. Bu sevgisizliyi və çirkin məntiqi Quran əxlaqı tamamilə ortadan qaldırar.
(A9 TV; 10 mart 2018)
Adnan Oktar
-
PKK ilə mübarizə sadəcə təhlükəsizlik tədbirləriylə olmaz. Əsas edilməsi lazım olan antidarvinist, antimaterialist elmi mübarizədir. Əlbəttə təhlükəsizlik tədbirləri görülməlidir, amma 3 min adam öldürülsə yerinə 3 min daha gəlir. Əsas zehniyyəti fikirlə öldürək, terrorun zəminini tamamilə qurudaq. Biz 10-20-30 il sonrasını düşünmək məcburiyyətindəyik. Dünyada özündənrazı hala doğru gediş var. Avropada dindarlıq zəifləyir. Bütün bunlara qarşı alacağımız ən köklü tədbir Darvinizmi elmi olaraq bitirmək olar. Ya Allah BismiAllah deyib başlamaq lazımdır. 40 alim, professor bir araya gətirilsin. Milli açıqlama edilsin. "Darvinizm elm deyil, elmi dəlillərimiz bunlardır" deyə bir-bir sıralayaq. Bütün dünyaya təsir edən böyük tərəqqi olar. Darvinist kommunist kütlələr mütləq reaksiya göstərəcəklər, bu reaksiyalara diqqət etmədən davam etmək lazımdır.
(A9 TV; 10 mart 2018)
Adnan Oktar
-
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır.
(A9 TV; 10 mart 2018)
Adnan Oktar
-
Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir.