Qadınlar baxımlı, təmiz, gülqoxulu olmalıdılar. Amma qadın üçün iffəti çox vacibdir, qeyri-qanuni əlaqəyə, harama girməz. Elə iffətli olduğu üçün qadın gözəldir. İffətini itirəndə qadın gözəl olmaz. İffətini itirəndə onsuz da əvvəlki ruh gücünü, cazibəsini itirər. Məhv olar, Allah qorusun.
Marksistlər, Leninistlər, ateistlər də rəsulullah (s.ə.v)-in ümmətidir, lakin qəbul etmirlər. İzah olunsa, başa salınsa, sevgi ilə şəfqətlə yanaşılsa, onlar da bu gözəlliyi görərlər. Əgər alınmasa, deməli, qədərdə Allah onları elə yaratmışdır. Rəhmimiz gələr, şəfqət duyarıq. Ancaq heç vaxt nifrətlə əzməyə çalışmarıq.
Küfr, dəlalət, tüğyan, ateistlər, Marksistlər, Leninistlər əvvəllər xurafatçı fikirli insanların nifrət edib əzmək istədiyi insanlar idi. Yeni ruh, Mehdiyyət, İslam ruhu onlara da şəfqətlə yanaşır. Onlar da ölkənin əsas vətəndaşıdırlar. Onlar da bizim hz. Adəm (ə.s)-dan törəyən bacı-qardaşlarımızdır.
Mehdiyyətin üstündəki örtükləri sürətlə qaldırmağa davam edirik.
Cənabı Allah peyğəmbərimiz (s.ə.v)-ə vəhy edir: "Mən Mehdi (ə.s)-ı göndərəcəyəm. Mehdi (ə.s)-a tabe olsunlar. Əgər Mehdi (ə.s)-a tabe olsalar işlərini asan edəcək, dünya hakimiyyəti verəcəyəm " deyir. "Mehdi (ə.s)-a tabe olmasalar, iztirab, kədər, göz yaşı dayanmayacaq".
Müsəlmanların parçalanmamasnın tək çıxış yolu Mehdi (ə.s)-a tabe olmaqdır.
Bədiüzzaman dəccaliyyətin bəzi alimləri qorxudacağını söyləyib.
Gələcəklə əlaqədar verdiyimiz məlumatların çoxu hədislərə əsaslanır. Bir qismi də övliyaların açıqlamalarına əsaslanır. Böyük bir hissəsini Bədiüzzamanın açıqlamaları təşkil edir. 2010-cu, 2014-cü, 2019-cu illər Bəddiüzzamanın bizə bildirdiyi məlumatlardır, inşaAllah. Bir qismi də sosioloji, tarixi, elmi proqnozdur. Yəni gedişatdan anlaşılır.
Bəddiüzzamanın Əbdülqadir Gilani Həzrətlərinin soyundan olması barədə iddia doğru deyildir.
Mehdiyyətlə mübarizə şeytanın əsas mövzularından biridir.
Darvinizm-materializm 2014-cü ildə ideoloji cəhətdən pis vəziyyətə düşəcək. Daha da pisləşib acizləşəcək.
Massonların bir qismi ruhsuz, sevgisiz idi. Ağıllı, Allahı sevən massonlar üzə çıxdılar. Bu, çox gözəldir. Tampliyerlərin ağıllıları, daha dərindən düşünənləri üzə çıxdılar.
Xurafat başa düşülən halda olacaq. İndi xurafatçıların üstündə bir pərdə vardır, üstləri qapalıdır. Bir çoxları xurafatı müqəddəs, doğru olduğunu zənn edirdi. Xurafat 2014-cü ildə rüsvay olacaq, hər kəs xurafatın iç üzünü görəcək.
Dərin dünya dövləti Allahı sevməyə başladı. Dərin dünya dövləti əvvəl Darvinist- materialist idi, hətta kommunizmi düşünürdü, amma İslam Birliyinin məqbul və daha gözəl olduğunu qəbul etdilər. Böyük, Avropadakı gizli böyük sərmayə sahibləri İslam Birliyinin böyük bərəkət gətirəcəyinə inandılar. Allah razı salır, yavaş- yavaş irəliləyir.
Hər il üzərimizdən bir örtük qalxacaq. Hər gün Əshabı Kəhfin üzərindəki örtük qalxacaq. Allah üzərimizdəki örtükləri qaldırdıqca, uzaqgörənliyimiz də getdikcə kəskinləşir və daha da kəskinləşəcək. Bütün insanlarda belə olacaq. Sonda möhtəşəm, qeyri-adi şeylər olacaq.
İman və iffət müsəlmanı gözəlləşdirir. Bir insanda iffət olmasa, təsəvvür edilməyən anti-patiya yaranır.
Türkiyə Cənab Maliki ilə münasibətlərini düzəltməlidir. Maliki də sərt yanaşma tərzindən yayınmalı, mülayimləşməlidir.
Hz. Mehdi (ə.s) vəfat edənə qədər imamlıq edəcəkdir.
İmamlar mütləq Adnanı soyundan olan Qureyşilərdir. Peyğəmbərimiz (s.ə.v) bunun imamlığın şərti olduğunu bildirmişdir.
Hz. Mehdi (ə.s) hz. İsa Məsihi (ə.s) dərhal, görən kimi tanıyacaqdır.
Eyhamlarla, işarələrlə Qurandan hökm çıxarmaq olmaz. Quranda fərz olan hökmlər açıq-aşkar, dəqiq yazılıb.