Qadının əsas xüsusiyyəti sevmək və sevilməkdir. Sevgi olmadıqda qadın yorulmağa başlayar, həyat zövqü tamamilə əlindən gedər.
Keyfiyyətli insan tərifləndiyi zaman lovğalanmaz. Lakin insanların bir hissəsi qeyri-sabit olur, adi insan olduğu halda tərifləndiyi vaxt əxlaqları pozulur. Tərifləndiyi zaman lovğalanıb özündən çıxmaq müəyyən mənada ruhi xəstəlikdir və şəxsiyyət pozuqluğudur. Sevgi dolu, Allahdan qorxan, Allahı sevən insan hər zaman sabitdir, tərifləndiyi zaman əsla lovğalanmaz.
Gözəl əxlaq insanı gözəlləşdirər. Ağıllı və dərin düşünən qadın heyrətamiz dərəcədə valehedicidir və gözəldir.
Allah hamımızı hz. Mehdiyə və İsa Məsihə tələbə etsin. İslamın sevgi hakimiyyətini, nurlu hakimiyyətini Allah bizə göstərsin.
Nifrətlə nəticə əldə etmək olmaz. Əsəbi, kinli anlayışla heç bir problem həll edilməz. Allah sevgisindən irəli gələn sevgi və mərhəmət olmalıdır. İsrail-Fələstin məsələsində torpaq problemi deyil, sevgisizlik problemi var. Nifrət aradan qalxsa, sevgi və qardaşlıq ruhu yaransa, dərhal sülh hakim olar.
Allah sevgisi güclü olduğu zaman dərin şəfqət, mərhəmət və fədakarlıq olar. Fələstin-İsrail probleminin həll edilməsi də Allah sevgisi ilə olar. Fələstinli gənclər də, İsrailli gənclər də, Allahı çox sevib səmimi dindar olduqları təqdirdə bir-birlərinə hörmət və sevgi bəsləyərlər.
İnsanların bir-birinə etibar etməməyi və sevgi bəsləməməyi normal bir şey deyil, bu xüsusi sistemlə formalaşdırılmış mənəvi bəladır.
Allah axirətdə Qurana tabe olub olmadığımızı soruşacaq. Müsəlman təkcə Qurandan məsuldur.
İnsan dürüst şəkildə səmimi olaraq hər şeyin Allaha aid olduğunu anladıqda üzərindən şirkin bütün bəlaları yox olar, bütün çətinlikləri bitər.
İnsan imtahanın sirrini tam bilsə zərrə qədər çətinlik çəkməz. Hər şeyin Allaha aid olduğunu çox yaxşı düşünmək lazımdır.
Allah insanların qəflətdən oyanmaları üçün tez-tez xəbərdarlıqlar yaradır. Kosmosda maqma qaynayan bir kürənin üzərində gedirik, ətrafımız meteoritlərlə əhatələnib. Çox insan bir dəfə belə Allahı yada salmır.
Şəhidlərimiz cənnət əhli olur, nə gözəl xoşbəxtlikdir. Heç kim dünyada qalmayacaq. Şəhidlərimiz ən gözəl şərəflə dünyadan ayrılırlar. Allah şəhidlərimizin ailələrinə xoşbəxtlik içində səbir nəsib etsin. Övladlarının şəhidliyinə hər müsəlman kimi biz də qibtə edirik.
Allah ayədə "insan zalım və cahildir" deyə bildirir. İnsanların böyük əksəriyyəti, nankordur. Allahın böyük ağılı və himayəsi var, lakin şükür etmirlər.
Suriyadan gələn ərəb, kürd, türkmən hər kim olursa olsun bizim başımızın tacıdır. Türkiyə hamısına sevərək ev sahibliyi edir.
Möminlərin bir-birlərinə kömək etməsi fərzdir. Mömin möminin hamisidir, ata-anası kimi bütün möminləri sahiblənər, qoruyar.
Mənim dostlarımın nurları bir-birinə bənzəyər. Möminlər bir ümmətdir, bir-birlərinə bənzəyərlər.
Bədiüzzaman həzrətləri ayələrin və hədislərin işarəsindən əbcəd hesabı ilə təqribən 2120-ci ildə qiyamətin qopacağını söyləyir. Doğrusunu Allah bilər.
Bütün yaxşılıqların, gözəlliklərin başı Allahı çox sevmək və Allahdan çox qorxmaqdır.
Bir qadının gözündəki ehtiras qabiliyyəti və dərinlik onun ağlını və ruh potensialını göstərər.
Bir insana etibar edə bilməyimiz üçün ağıllı qiymətləndirmə aparmaq lazımdır. Quranın meyarı insanları diaqnoz etməkdə ən mükəmməl meyardır. Quranın meyarı ilə həm özümüzü, həm də insanları yaxşı tanıyarıq. Özümüz özümüzə necə zərər vermərik, insanları necə tanıyarıq, bunu öyrənərik.
Bədən Allahın insana təmin etdiyi gözəl portretdir, lakin bədən incəlik, ədəb, yüksək keyfiyyət və sevgi ilə bəzənmədikdən sonra insana xoşagəlməz gələr.