Qadındakı sənəti, Allahın gözəlliyinin təcəllisini görə bilməyən insan sənətdən uzaqlaşıb, sənət gücünü itirmişdir. Yəni o, hansı gözəlliyi görə bilər? Çiçəyin gözəlliyini, mənzərənin gözəlliyini necə görsün? Biri qadının gözəlliyini görə bilmirsə, demək ki, onda heç bir şey yoxdur.
Qadınsız dünya, cənnət olmaz. Dünya qadınla gözəldir. Cənnət də qadınla gözəldir. Dünyadakı ən gözəl varlıq qadındır. Cənnətdəki ən böyük gözəllik, yəni Allahın varlığının xaricində, Allahın təcəllisi olaraq ən gözəli yenə qadındır, inşaAllah.
Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı?
Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır.
Hz. Mehdi (ə.s)-ı, Peyğəmbərimiz (s.ə.v)-i sevər. Bir insan Peyğəmbərimiz (s.ə.v)-i sevirsə, hz. Mehdi (ə.s)-ı da sevməlidir. Peyğəmbərimiz (s.ə.v) vəfat etdi, amma hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in bir parçası, onun övladıdır. Sən əgər Peyğəmbərimiz (s.ə.v)-i sevirsənsə onun həyatda olan övladını da sevməlisən. Sən onu unutdurmağa çalışırsansa, Peyğəmbər (s.ə.v)-i də sevmirsən.
Avropada da insana sərmayə qoymurlar, insanı öyrətmirlər. Onlar da ruh boşluğundan böhrana düşüb özlərini öldürürlər. Bu, çox qorxunc bir şeydir. Dünya bu fəlakətdən ancaq mehdiyyət ilə, hz. İsa Məsih (ə.s)-ın şəfqəti ilə, Qurana tam təslimiyyətlə xilas olacaq, inşaAllah.
Binayla, daşla insanlar xoşbəxt olmaz; Allah sevgisi ilə, Allah qorxusu ilə xoşbəxt olar. Quran möcüzələrini, iman həqiqətlərini biləcək, Allaha aşiq, Allaha təslim olacaqlar, yalnız belə olduqda həyatın bir mənası olar.
Bir çox ölkədə yollar salınır, körpülər tikilir, anbarlar düzəldilir, amma insana sərmayə qoyulmur. İnsanın mənəvi istiqamətinə, ürəyinə, vicdanına sərmayə qoymaq lazımdır.
Mehdi (ə.s)-ın tələbələri qınayıcının qınamasından qorxmayacaq, əksinə şövqlənib coşğuyla hərəkət edəcək. Çünki ən çox qınanacaq camaat Mehdi camaatı olacaq. 313 adam istisna olmaqla hər kəs qınayır.
Axırzamanda qatı dinçilər və xurafatçıların bir qismi eqoistlik edəcək, böyüklük göstərəcək, azğınlaşacaq, fironlaşacaqlar. Amma Mehdi (ə.s)-ın tələbələri bütün müsəlmanlara qarşı təvazökar və mehriban olacaqlar.
Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir― Allah onları sevir, onlarda Allahı sevirlər.
İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər.
Hal-hazırda Misir məhv edilir. Misir sevgi ilə dirilə bilər. İmanla, Quran möcüzələri ilə, iman həqiqətləri ilə dirilər və bütün xalqı ələ ala bilər. Mehdiyyət olmadan, İsa Məsih (ə.s)-a olan sevgi olmadan bərəkət olmaz.
İsa Məsih (ə.s), Mehdi (ə.s) sevgisi Allah sevgisindən qaynaqlanar.
Din azadlıq, sevgi, gözəllik, sülh, sənət, estetika, cənnət kimi dünya deməkdir.
Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur.
Qadınları doğru yola gətirməyə çalışmaq düzgün yanaşma deyil. Qadını düz yola gətirmək kiminsə vəzifəsi deyil. Qadınlar son dərəcə qürurlu, şərəfli, ağıllı varlıqlardır. Quranı da çox yaxşı anlayırlar. Qoyun, özləri qərar versinlər.
Mən İslamın fanatı olmağın tərəfdarı deyiləm. Avropa düşüncəsi ilə yanaşdıqda, səhabələrin yaşadığı, cənnət mənasında bir İslam anlayışını müdafiə edirəm. Dünya cənnətə bənzəməlidir. Cəhənnəmə bənzəyirsə, demək ki, nəsə düz deyil.
Tənqid olmalıdır, tənqid keyfiyyəti, gözəlliyi artırar. Doğrunu tapmaqda insan üçün faydalı olur.
Ticarətçilər çox zərər çəkirlər. Dövlət hər şeyi nizamlasın. Dövlətində köməyi olsun. Yəni qanuni qazancı olan hər kəsə dövlət kömək etsin.
Məzhəb, camaat ayrı-seçkiliyi etmədən hər kəsin iftarına getmək, dəvət edilən hər iftarı mütləq qiymətləndirməyə çalışmaq gözəl olar.