Polisimizi çox işlətmək olmaz. Yorğun düşməsinlər; diqqəti dağılar, gücü gedər, sağlamlığı pozular. İşçilər, məmurlar nə qədər işləyirlərsə o qədər işləsinlər.
Polislərimiz necə bizləri qoruyursa, bizlər də onları qorumaq məcburiyyətindəyik. Onlara şəfqət göstərmək məcburiyyətindəyik.
İsrailin edəcəyi, Şilohu axtarmaq, yəni Mehdi (ə.s)-ı axtarmaq, gəlişi üçün dua etməkdir. O zaman Qızıl Dövrü, o xoşbəxtlik dövrünü bütün bərəkəti ilə, gözəlliyi ilə, bütün ehtişamı ilə yaşayacaqlar, inşaAllah. Əgər bunu etməsələr, Tövrata qarşı çıxmış olarlar.
Peşmanlıq tövbə etməkdir. Peşman olub doğrusunu, yaxşısını etməkdir.
Sevgisizlikdən, çətinlikdən, kədərdən xərçəng olurlar, xora olurlar. Min bir müxtəlif xəstəlik yaranır, ruhi xəstəliklər inkişaf edir. Xalqın böyük bir hissəsi― 70-80 %-i əsəb dərmanları istifadə edir. Halbuki, sevgi hakim olsa heç bir şeyə ehtiyac yoxdur. O əsəb dərmanlarının heç birinə ehtiyac qalmaz. Sevgisizlik insan bədəninin qaldıra biləcəyi bir şey deyil.
Sevgi bölgəyə hakim olsa əla olacaq. İnsanların ömrü də uzanar sevgidə. Sevincləri də artar, sağlamlıqları, səhhətləri də artar.
Orta şərqdə şiə-sünni ayrı-seçkiliyinin ortadan qaldırılıb, şiələrlə sünnilərin qucaqlaşması lazımdır. Mehdiyyəti gündəmə gətirib İslam Birliyini yaratmaq lazımdır. Yoxsa bölgə cənnət kimidir. İraq, Suriya hamısı tarixi məkanlardır, bitki örtüyü çox gözəldir, amma sevgi, dostluq dövrəyə girmədiyi üçün cəhənnəm kimidir ortalıq.
Peyğəmbərlərə məxsus bir xüsusiyyət, hamısı igid olur. Peyğəmbərlər qorxmazlar. Möminlərin də bu şəkildə olması lazımdır. Allahdan başqa heç kimdən qorxmayacaqlar.
Peyğəmbərimiz (s.ə.v) çox nurlu idi, işıq saçırdı sanki ətrafa. Mehdi (ə.s) da elədir, nurludur. Onun izah etdiyi həqiqətlər, məsələn, Darvinizmi, materializmi çökdürməsi, Quran möcüzələrini, iman həqiqətlərini izah etməsi nur saçmaqdır.
Hüzur və güvən İslam Birliyi ilə, Mehdiyyətlədir. Sevginin hər tərəfi bürüməsi, sülhün hər tərəfi örtməsi, döyüşlərin dayanması, silah emalının dayanması Mehdiyyətlə olacaq. Silah fabriklərinin sənayeyə yönəlməsi radio, televiziya, soyuducu, avtomobil sahəsində ola bilər. Tank almaq əvəzinə kasıb-füqəraya avtomobil al. Hava topunu soyuducu et. Mina hazırlamaq əvəzinə gözəl yeməklər hazırla.
Bütün dünyada sıx olaraq anti-Darvinist, anti-materialist bir fəaliyyət göstərilməlidir. O zaman gənclərin imanının üstündəki o şeytani gənə onların imanını sormaqdan imtina edər. Vampir kimi üstlərinə yapışmış Darvinizm, materializmdir. O dərddən bir xilas olsalar, başları beyinləri bir rahatlayar. İslam Birliyini istəməyə başlayarlar. Mehdiyyətə qarşı könüllərində böyük bir eşq, böyük bir məhəbbət inkişaf edər.
Peyğəmbərimiz (s.ə.v) üçün vaxt qiymətlidir, hər anı qiymətlidir. Ümmətin faydası üçün, ümmətin mənfəəti üçün dəqiqəni, saniyəni belə diqqətli istifadə edir. Onun üçün elə boşa zaman istifadə edənlər, boşa vaxt xərcləyənlər peyğəmbərimiz (s.ə.v)-i narahat edir.
Vaxtı yetərincə qiymətləndirmək əhəmiyyətlidir. İnsanların çətinliklərindən biri də boş sözə vaxt sərf etmələridir, bu vaxtlarını çox alar. Halbuki, bu qiymətli həyatın qızıl kimi vaxtını amansız şəkildə sərf etməkdir. Olmaz.
İslam Birliyi içərisində təbii ki, kürdlər də, lazlar da, çərkəzlər də hər insan qövmü, hər insan birliyi hüzur içində olacaq, amma biz Türkiyənin içərisində əridik. Türkiyənin içərisində qardaş olduq. Adın nədir deyiləndə, "Biz Türkük" deyirik. Bu qədər. Məmnunuq.
Kürd onsuz da mənim qardaşım, mənim parçamdır. Laz da mənim qardaşım, parçamdır. Hamısı bu millətin insanlarıdır. Biz qohumuq, bağlıyıq, ailəyik onlarla. Buna görə onların saçının bir telinə zərər verdirmərik.
İslam Birliyi olunca kürd olan qardaşlarımızın olduğu bölgələr təbii ki, çox azad, dinc olacaq. Onlara misli görünməmiş bir azadlıq, mədəniyyət, rahatlıq və gözəllik təqdim edəcək İslam Birliyidir.
Hörmətli baş nazirimiz mənim gördüyüm səmimi qənaətimlə respublika tarixinin ən yaxşı baş naziridir.
Təhqirdə mütləq məhkəməyə verib hüquqi qarşılığını vermək lazımdır ki, etdiyinin səhv olduğunu görsün. Nəzakətli danışmağın lazımlılığını daha yaxşı anlayar o zaman.
İnsanların dininə, imanına, müqəddəsatına çirkin hərəkət sənətmi olar? İnsanları narahat etmək, insanları kədərləndirməyə çalışmaq, əsəbləşdirməyə çalışmaq, narahat etmək sənətdirmi? Bu tərbiyə nöqsanlığıdır, mədəniyyət nöqsanlığıdır, ədəb nöqsanlığıdır. Belə sənət olmaz.
Bütün məsələ dostluqda və sevgidədir. Düşmənçiliklərin qalxması, bu da ancaq Mehdiyyətlə olar. Ancaq Kral Məsihin gəlişi ilə olar. Bunun üçün Allaha yalvarmaq və dua etmək lazımdır.
Sarsıntılar, bağlanmalar, sıxılmalar fəlakət gətirər. Müstəqilliyin, azadlığın olması, inkişafı bərəkət gətirər.