PKK-nın istədiyi Türkiyəni mənəvi cəhətdən məhv etməkdir. Terror təşkilatının, kommunistlərin əsas məqsədi insanları ağlayan, əzab çəkən, qəmgin, pərişan, ümidini itirmiş hala salmaqdır. Buna icazə vermək olmaz.
İran və İsrail arasında müharibə olmaz. Buna nə Mehdi (ə.s), nə İsa Məsih (ə.s.), nə də Xızır (ə.s) imkan verər. Bu mübarək heyətdən icazə almadan belə müharibə etmək mümkün deyil, inşaAllah.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Şəhidlər heç vaxt yuyulmaz, səhv edilir. Əsgər paltarı― qanlı paltarı ilə basdırılmalıdır. Onsuz da şəhid olduqları üçün Allah qatında onlar pak və təmizdirlər.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Allah bildirir ki, küfr tək millətdir və millət olduğuna görə tək millət olaraq qarşımızda mübarizə aparır. Kommunistlər dünyanın harasında olursa olsunlar bir-birilərini dəstəkləyirlər.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Şəhidlik çox yüksək məqamdır. Peyğəmbərlərlə və doğru sözlülərlə birlikdə olurlar. Şəhidlər birbaşa cənnətə gedirlər. Cənnətə gedənlər üçün ağlamaq yox, sevinərlər. Müsəlman qardaşı cənnətə getdiyi üçün sevinər.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Müsəlman şəhidləri üçün sevinər, fəxr edər, qürur duyar.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Biz yox, şeytan, kommunistlər qan ağlayırlar. Onlar bildirir ki, qan dənizinin üfüqündən, qırmızı bir günəş doğulacaq. Müsəlman qan ağlamaz. Müsəlman Allah sevgisi ilə, Allah qorxusu ilə, Allaha olan coşğusu, məhəbbətinə görə ağlayar.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Şəhidlik sənin fikrincə xoşagəlməyən, fəlakət, bəladır, haşa. Amma bizə görə rəhmət, bayram, toy və gözəllikdir. Biz şəhidlikdən sevinc duyur, fəxr edirik. Şəhidlik bizim bayramımızdır.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Yas tutmaq müsəlmana yaraşmaz. Yas Allahın yaratdığı qədərə üsyan deməkdir. Allah şəhid edirsə, biz ona sevinərik. Biz də şəhid olmaq istəyirik.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
İman sevgi gətirər, imansızlıq isə sevgi aparar.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
İmanın hakim olduğu yerlərdə bərəkət və nur olar. İnsanların üzünə bir şirinlik, xoşluq və işıq gələr. İnsan baxmaqdan, sevməkdən doymur. Əks halda isə lənət, nursuzluk və pislik hakim olar, leşə bənzər bir mühit yaranar.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Cənabı Allah buyurur ki, pis şəhərin bitkisi qurumuş olar. Həqiqətən küfrün hakim olduğu yerlər leş kimi olar. O şəhərlərdə bir soyuqluq, bərəkətsizlik və pislik olar, bərəkət gedər. İnsanlar çirkinləşməyə başlayır və yanır. Pis, qoxumuş insanlar formalaşar. İnsan onların üzünə baxmaq istəmir.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Ancaq İslamda sevgi olduqca yayılıb genişlənər. Belə olduqa Allah nur yaradar; bitkilər, insanlar, heyvanlar nurlanır. Məsələn, heyvanlar daha sağlam, bitkilər daha gözəl olur.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Dünyada ən çox sevgiyə təcavüz edərlər. İnternetdə, Facebookda, filmlərdə həmişə sevgini məhv etməyə çalışarlar. Məsələn, lağa qoymaq sevgini öldürmək üçündür. Nifrət və şiddətdən bəhs edən filmlər sevgini öldürmək üçündür. Döyüşlərdə, terrorda, ateizmdə, kommunizmdə, faşizmdə sevgi məhv olur.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Müsəlman bağışlayan olduğuna görə mübahisə, çətinlik, küskünlük varsa, dərhal aradan qalxar. Çünki Cənabi Allah belə buyurur: " Bağışlayıcı ol, yaxşılığı əmr et, pis işlərdən üz çevir". Bunların məqsədi həmişə sevgidir.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
İnsan sevdiyini öz gözündə böyüdər, ucaldar və qiymətli görər. Böyük gördükdə onu sevdiyini anlayır. Qiymətli hesab etmədiyini sevə bilməz. Sadə, ucuz hesab etsə, sevə bilməz. Qiymətli hiss edərkən sevər. Qiymətli görməyi üçün də imanlı, ağıllı olmalıdır.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Əstağfurullah ― "Ya rəbbim, məni bağışla, günahlarımı bağışla", Sübhənallah― "hər şeydən alisən, Ya rəbbim", Allahu Əkbər, bunlar sevginin ifadəsidir.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Allahı zikr edirsən. İnsan sevdiyini çox xatırlayır. Məsələn, sevgilisi olanda, tez-tez xatırlayır. Allahı da tez-tez zikr etdikcə sevdiyini göstərirsən. Dayanmadan "Allahu Əkbər, SübhənAllah, Əlhəmdülillah, ƏSTAĞFURULLAH" deyirsən.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Allah sevgi üçün insanlara müxtəlif yollar göstərir. Müxtəlif izahatlar göstərir. Peyğəmbərləri göndərir. Nəticədə ortaya çıxan yol sevgi olur.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Cəhənnəm əzabı həmişə sevgini əldə etmək üçündür. Cəhənnəm zəncirləri, cəhənnəmin alovları sevgini əldə etmək üçündür.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
İgidlik sevgini artırar. Məsələn, xəsis, pinti olanda kin yaranır, insanlar əsəbləşir. İgid olduqda sevirlər, bu sevgini artırır.