Ələvi Allaha, peyğəmbər (s.ə.v)-ə, hz. Əli (r.ə)-a aşiqdir. Ürək əhlidir. Buna görə də Allah onların ürəyinə gözəl sözlər ilham edir. Məsələn, şiə nitq üslubu nəfis, möhtəşəmdir. Ələvi türküləri möhtəşəmdir. İnsan dinləməkdən doymur.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Şeytani fəaliyyətlərlə mələklərin əlaqəsi olmaz. Daha çox günaha batmaları üçün onlarla şeytanlar maraqlanar. Sadəcə onların vəziyyətini təsbit edən mələklər vardır. Yəni, etdiyi əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsin. Allah bilir ki, mələyi vəsilə edər.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Axirətdə mələklərin hamısını görərsiniz. Məsələn, söhbət zamanı necə yanınızda dayanmış, heyrətlənəcəksiniz, təəccüblənəcəksiniz. Haralarda dayanmışlar, necə seyr etmişlər, necə məmnun olmuşlar, necə xoşbəxt olmuşlar, hamsını görəcəksiniz. Allah Öz adına edildiyi üçün çox sevər, bəyənər.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Mələklər Mehdi (ə.s) ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrayıl (ə.s), Mikayıl (ə.s) həmişə yanındadırlar. Mehdi (ə.s)-ın heç xəbəri belə olmaz. Sağında, solunda Cəbrayıl (ə.s), Mikayıl (ə.s) ömrü boyu yanından ayrılmazlar.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Mələklər Allah adına səy göstərmək üçün yer üzü ilə həmişə əlaqədədirlər. Yəni, mələklərin ən çox diqqət etdikləri məsələ odur. Mələk boş işlə məşğul olmaz. Boş adamlarla da məşğul olmaz, maraqlanmaz. Mələklər təbliğ edilən, söhbət edilən yerlər, Allah adına cəhd göstərilən yerlərdə cəmləşərlər.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Mələklər imani, Quranla bağlı söhbətləri çox sevərlər, ona qibtə edərlər. Ən sevdikləri şeylərdən biri də belə mühitlərdir.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Söyməklə, təhqir etməklə olmaz, fəlsəfə ilə fikir arasındakı fərqi adam bilmirsə, qanun, hüquq onu öyrədər.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Elə düşünürlər ki, biz fikrə, düşüncəyə, fəlsəfəyə qarşıyıq. Ədəb-nəzakətinlə istədiyin fikri müdafiə edə bilərsən. Sənə kimsə etiraz edə bilməz. Fikir olaraq istədiyini söylə. Lakin təhqir etməyə hüququn yoxdur. Heç bir Avropa ölkəsində buna icazə verilməz.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Adam inanmaya bilər, inanmadığını söyləyə bilər. Kimsə buna bir söz deməz. Amma söysə, təhqir etsə, bunu qəbul etmərik. Haşa və haşa, Allaha, dinə, müqəddəs olanlara, özümüzə qarşı təhqir olunmasına yol vermərik. Kimsə bizi belə bir təhqirə alışdıra bilməz.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
Böyük canlı günlərin ərəfəsindəyik. 2013-2014-ci illərdə böyük hadisələr baş verəcək. Bu qarşıdakı günlərdə bu yüksəliş davam edəcək. İnsanlıq hz. Mehdi (ə.s)-ı, hz. İsa Məsih (ə.s)-ı tapmağa məcbur olacaqlar, inşaAllah.
(A9 TV; 15 aprel 2013)
Adnan Oktar
-
Sevginin, məhəbbətin azalması, ürəyindən insanlara olan məhəbbətin itməsi onu insan olmaqdan çıxardar, məxluq halına gətirər.
(A9 TV; 8 may 2013)
Adnan Oktar
-
Federasiya sevgisiz insanların eqoist yaşamaq istəyidir.
(A9 TV; 8 may 2013)
Adnan Oktar
-
Yusuf (ə.s)-a hiylə edildiyinə görə Mehdi (ə.s)-a da ediləcək. Onsuz da Yusuf surəsi Mehdi (ə.s)-a ediləcək hücumları simvolik olaraq izah edən ayələrdir.
(A9 TV; 7 may 2013)
Adnan Oktar
-
Təmizlənmə nə deməkdir? Lazımsız artıq şeylər vardır ki, təmizlənər, saflaşar. Mehdi (ə.s) da bunları təmizləyəcək: xurafatçıların xurafatlarını müsəlmanların üstündən təmizləyəcək. Şeytanın oyunlarını müsəlmanın üstündən qaldıracaq. Yerdə qalan saf vəhydən ibarət olacaq.
(A9 TV; 7 may 2013)
Adnan Oktar
-
Elmsizlik kommunizmi, faşizmi, vəhşi kapitalizmi gətirər. Mədəni, məlumatlı bir adam o yollara girməz. Çünki elmi görsə Allahın sənətini görər. Allahın sənətini görsə Allaha aşiq olar. Allaha aşiq olan Allahdan qorxar, Allahı sevər. Qurana tabe olar. Dünyanın ən mükəmməl, ən yaxşı insanı olar, inşaAllah.
(A9 TV; 7 may 2013)
Adnan Oktar
-
Ziyalı Türkiyə demək kommunizmə, faşizmə, vəhşi kapitalizmə qarşı Türkiyə deməkdir. Təhsilli, elmli bir adam necə darvinizmə, materializmə inansın, kommunist olsun?
(A9 TV; 7 may 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın səhv etdiyini zənn etdiyin yerdə o doğrunu etmiş olur. Deyirsən ki, böyük səhv etdi, amma doğru olur. Çünki, Allahın hökmüdür: "Hər şeydə bir xeyir vardır". Hz. Mehdi (ə.s)-ın hər hərəkətində xeyir olur.
(A9 TV; 3 may 2013)
Adnan Oktar
-
İnsanlar elə zənn edir ki, hz. Mehdi (ə.s) müstəqil gücdür. Halbuki, hz. Mehdi (ə.s) kölgə bir varlıqdır. Allahın idarəsindədir, İslamın hakimiyyətinə Allah onu vəsilə edir, vəssalam. Başqa bir gücü yoxdur. Bütün güc Allahındır. Hz. Mehdi (ə.s)-ın hər addımını, hərəkətini, danışığını, hər hərfini Allah yaradar. Hələ anasından doğulmamışdan əvvəl nə danışacağı müəyyən idi.
(A9 TV; 3 may 2013)
Adnan Oktar
-
Mühüm olan xanımların ürəyinin, vicdanlarının təmiz olmasıdır. Yoxsa onların azad olmasında heç bir məhdudlaşdırma yoxdur. İstədiyi kimi geyinər, yaşayar. Qadınlar özlərini qorumağı bacarırlar. Xanımlara ağıl öyrətməsinlər. Onlar necə namuslu, ağıllı olacağını çox yaxşı bilərlər.
(A9 TV; 3 may 2013)
Adnan Oktar
-
Qədər təsadüflər nəticəsində getməz. Qədər Allahın planladığı şəkildə Allahın yaratdığı şəkildə axar. Buna görə başıboş gedən bir qatar, haradan uçacağı müəyyən olmayan bir şey, belə bir quruluş yoxdur. Bu qatarın hara gedəcəyi müəyyən, hansı stansiyalarda olacağı müəyyəndir. Peyğəmbərimiz (s.ə.v) açıqlamış və həmişə oralardan keçir, başqa yerdən keçə bilməz.