avatar

Adnan Oktar

PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) haradadırsa, mərhəmət də oradadır. Mehdi (ə.s) haradadırsa, şəfqət də oradadır. Bütün Orta Şərqin ən şəfqətli dövlətiyik. Bölgədə geniş şəkildə zülm yayılmışdır. Burada da, geniş şəkildə mərhəmət yayılmışdır.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

Kim bölgədəki qruplara zorakılıq tətbiq etməyi öyrədir? PKK. Bu fikir, bu düşüncə PKK-dan çıxmışdır. Cinayətin necə edildiyini, insanların necə öldürüləcəyini hər kəsə öyrədən PKK-dır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İslamı insanları asıb-kəsməklə öyrətmək olmaz. Təbliğ ilə, sevdirərək, razı salaraq öyrədilməlidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Hər bir dəccalın ömrü 40 ildir, bunu unutmayın. Dəccal gəldiyində dəccallıq etmədən getməz, ona verilən möhlət bitmədən getməz.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Düşməndən qorxmaq, hər hansı bir şeydən qorxmaq, Allahı sevməməyin əlamətidir, ondan uzaq olmağın əlamətidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ən yaxşı dincəlməyin sirri (təbiidir ki, Allah dincəltsin deyə etmərik, ancaq Allah rizası üçün edərik) Allahla tam əlaqə qurmaqdadır. Başqa cür dincəlmək olmaz. Yəni Allahla olan əlaqə qətiyyən zəiflədilməməlidir. "Sonra artıraram" demək də səhvdir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsan həmişə Allahın tərəfini tutarsa imanı artar. İnsanlar bəzən Allahdan bir qədər uzaqlaşarlar. Bəzən də Ona sarılarlar. Allahla olan mənəvi əlaqə fasiləsiz qorunub saxlanılmalıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Əksər insan Allaha üsyan edir və ya Ondan gileylənir. "Mənə kömək etmir, mənim övladımı əlimdən aldı, avtomobilimi əlimdən aldı, malımı əlimdən aldı" deyə gileylənir. Övladı kim verir? Allah verir. Bəs kim alır? Allah alır. Yəni gileylənmək çox ağılsız bir hərəkətdir. Qeyri-səmimi rəftardır. Allah bu cür rəftarı sevmir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Səmimiyyət Quranla əlaqəli bir sözdür. Quranı bilməsək səmimiyyətin nə olduğunu bilmərik. Səmimiyyət; insanın sərbəst düşünməsi, hər şeydə Allahın tərəfdarı kimi düşünməsi, Allah qorusun, Allahdan gileylənməməsi, Allah qorusun, Allahdan şikayətçi olmaması, üsyan etməməsidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah insanlardakı iman zəifliyini qətiyyən xoşlamır. Belə olduqda Allah bütün dünyada bərəkəti yox edir. Dünyadakı bütün insanlara sıxıntı və narahatlıq verər. İnsanlar da, heç cür bunun səbəbini anlaya bilməzlər. Bunun səbəbi, dünyada iman zəifliyinin yayılmasıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allahın hədəfi, insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Cənub-şərqi Anadolu bölgəsindəki xalq, analarımız, qardaşlarımız, bacılarımız inanılmaz dərəcədə dindardırlar. Allah deyən kimi gözlərinə yaş gəlir. Öz istəkləriylə Allahsız, kitabsız, stalinist PKK-ya tabe olmaları qeyri-mümkündür.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Bunu deyim ki, AKP-HDP koalisiyası yaradıldığı təqdirdə Türkiyə məhv olar. AKP tarixə qarışar, HDP isə xeyli güclənər, böyük bir fəlakətə sürüklənərik.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) demaqoqluq etməyəcək. Qısa və konkret danışacaq. Sözü uzadıb özünü bəyəndirməyə çalışan çıxışlar deyil, tamamilə məsələ barəsində hikmətli, qısa, təsir oyandıran, məsələni tam əhatə edən və ona əsaslı çıxış yolları gətirən çıxışlar edəcək.
A9 TV; 12 iyun 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo