PKK bu vaxta qədər aldığı nəticəni silahla aldı. Bundan sonra da silahla almağı düşünəcək. Heç vaxt, qəti şəkildə silahı tərk etməz. Yəni ölər yenə buraxmazlar. Heç vaxt qəbul etməzlər. Adamlar iki variant üçün yaşayırlar: Ölmək və ya öldürmək. Üçüncü bir seçim qəbul etmirlər.
Süfyani Dəccalın Şamda qan axıdacağı məşhurdur. Mehdiyyətin son əlamətlərindəndir. Süfyan məğlub olacaq, qədəri elədir. Fərman Allahdandır. Allah elə yaratmışdır, inşaAllah.
(A9 TV; 31 dekabr 2012)
Adnan Oktar
-
Cənnətdə ibadət etmək yoxdur. Yalnız həmd etmək var. Əlhəmdülillah demək var, salam var. Yeyəcəksən, içəcəksən, gəzəcəksən, söhbət edəcəksən, əylənəcəksən. Oradakı insanlar həyat yoldaşları ilə sevişəcək. Xoşlandığı, xoşuna gələn hər şeyi edəcək. Nədən zövq alırsa, məmnun olursa, onları edəcək.
(A9 TV; 29 dekabr 2012)
Adnan Oktar
-
İslam Birliyi olmasa adam orqan ticarəti də edər, müsəlmanları da kəsib doğrayar. Döyüb-söyərlər də, alçaldarlar da, məmləkəti bölməyə də çalışarlar, amma İslam Birliyi olanda hər şey süd liman olar, düzələr. Onun üçün İslam Birliyinə müqavimət göstərmək bu hadisələri qəbul etmək mənasını verər.
(A9 TV; 29 dekabr 2012)
Adnan Oktar
-
Mehdiyyət 2014-cü ildə ciddi bir hücuma başlayacaq. Mehdiyyətin üzərindəki zəncirlər 2014-cü illərdə qaldırılar.
(A9 TV; 29 dekabr 2012)
Adnan Oktar
-
Yeni ildə əylənməyin deyə bir şey yoxdur. Əgər hz. İsa (ə.s)-ın ad günü olaraq qəbul edirlərsə o günü, əylənərəm, sevinərəm, qeyd edərəm. Hz. Musa (ə.s)-ın ad günüdürsə, o günü də qeyd edərəm, Rəsulullah (s.ə.v)-in ad günüdürsə, o günü də qeyd edərəm. İbrahim (ə.s), İshaq (ə.s), Yaqub (ə.s), İdris (ə.s) hansı olursa olsun, hansı peyğəmbərin ad günüdürsə o günü qeyd edərəm. Sevinc içində olaram.
(A9 TV; 29 dekabr 2012)
Adnan Oktar
-
Müsəlman həmişə həlimdir. Biz həmişə hüquqi yollardan həll axtarırıq. Heç bir zaman üçün bir nəfsi-müdafiə yoluna getmədik. Mütləq qanunla hüquqla, demokratik üsullarla mübarizə apardıq. Ondan kənara heç bir zaman üçün çıxmadıq və çıxmarıq da.
(A9 TV; 29 dekabr 2012)
Adnan Oktar
-
Hz. Musa (ə.s), Firona təbliğə gedərkən ilk olaraq yaradılışdan bəhs etmişdir.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) və tələbələri son dərəcə igid və cavan, mərd xasiyyətlidirlər.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Allah, dəccaliyyətə qarşı sərt davranmayın, elmlə, şəfqətlə və mülayim davranın deyir.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Quranın və hədislərin işarələrinə görə, Mehdi (ə.s) çox əsaslı sınaqlardan, çətin imtahanlardan keçəcək.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın anasının kədərlənəcəyi hadisələr olacaq, amma o, Allahın xüsusi bir ilhamla ürəyinə rahatlıq verməsi ilə kədərlənməyəcək.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) həm sevəcək, həm də seviləcək. Sevməkdən və sevilməkdən xoşlanan bir insan olacaq.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Müqəddəs Sandıq yaxın bir zamanda tapılacaq və sandığın tapılması dünyaya çox böyük təsir edəcək.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Müsəlman heç bir şey üçün "əfsus" deməz. Dayanmadan Allah tərəfindən izlənildiyini bilər. Təvəkküllüdür.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Allah Quranda, bir şeyi unutduğumuz zaman Onu zikr etməyimizi söyləyir.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
İslam Birliyi olanda əsgər gücündən istifadə etməyə ehtiyac qalmaz, qeyri-adi bir bərəkət yaranar. Mədəniyyətdə, sənətdə, elmdə, sənayedə hər sahədə çox böyük inkişaf olar.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
İslam Birliyinin meydana gəlməsinə Darvinizm-materializm maneə törədir. Darvinizm bitəndə İslam Birliyi dərhal yaranar.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Həll Türk Silahlı Qüvvələrini gücləndirmək deyil, Türk milli mədəniyyətini gücləndirməkdir, Darvinizmin, materializmin etibarsızlığını elmi olaraq izah etməkdir. PKK-ya qarşı fikri mübarizə olmadığı müddət ərzində hər hansı bir nəticə əldə etmək mümkün deyil.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Universitet tələbəsi fikrə açıq, aydın və demokratik olmalıdır.
(A9 TV; 2 Yanvar 2013)
Adnan Oktar
-
Kommunist PKK, cənub-şərqdə Pol Pot Rejimi kimi bir rejim düşünür. Allah verməsin. Lakin bir qisim insanlar kommunist bir idarənin gətirəcəyi bəlaları dərk edə bilmirlər.