Peyğəmbərlərin göstərdikləri möcüzələrin heç biri ağlın ixtiyarını aradan qaldıracaq şəkildə olmaz. O zaman imtahan olmaz.
Müslüm Gürsəsi rəhmət və sevgiylə xatırlayırıq. Allah özünə qəni-qəni rəhmət eləsin, möhtərəm Nur xanıma Allah xeyirli ömür nəsib etsin.
Mən Mehdinin tələbəsi olmaq istəyirəm. Allah mənə də, bacı-qardaşlarıma da Mehdiyə tələbə olma şərəfi nəsib etsin.
Pakistan, Türkiyə və İranın bir yerə gəlməsi çox gözəl olub. Tayyib hocamın İrana göstərdiyi dostluq çox gözəldir maşaAllah.
Zaman keçdikcə qarşındakı insanın vəfasını, sədaqətini, şəxsiyyətini, fədakarlığını gördükcə insan daha çox sevər. Yaşla, zamanla sevgi azalmaz.
Sevgi zamanla azalmaz, tam əksinə keçən zamanla birlikdə sədaqət və vəfa sevgini daha da gücləndirər.
Özünə sığınan məzlumları qorumaq, sahib çıxmaq, qonaq etmək türk millətinin adətidir. Qonaq millətimizin başının tacıdır.
Suriyalı qonaqlarımız bizim baş tacımızdır, hamısını birdən ittiham edən çirkin sözlər söyləmək böyük vicdansızlıq olar. Sel kimi qan axan torpaqlardan gəlib bizim mərhəmətimizə sığınmış insanlara çirkin sözlər söyləmək ağlasığmaz mərhəmətsizlikdir. Bizim vicdanımıza, mərhəmətimizə sığınmış məzlum suriyalıları təcrid edən, ittiham edən, hədəf göstərən açıqlamaları millət olaraq qəbul etmirik.
Qadın ağlı və vicdanı ilə özünü harada etibarlı hiss edəcəyini, harada necə geyinib davranacağını bilər. Qadınlara ağıl vermələrinə ehtiyac yoxdur.
Həqiqi bilginin, incəsənət və keyfiyyətin ortaya çıxması əhəmiyyətlidir, bunlar olursa milli mədəniyyət də güclənər. Həqiqi incəsənət, elm və keyfiyyətin ortaya çıxması üçün təhsilin darvinizmin məcburiyyətindən xilas olması lazımdır. Bu təmin edilsə mədəniyyətdə çökmə olmaz.
Darvinizm bütpərəst dindir və elmi deyil, hər şeyi təsadüflə açıqlamağa çalışar.
Qadının gözəlliyi qadının zinətidir. Qadının gözəlliyini yox etmək qadını müəyyən mənada öldürməkdir. Qadının gözəlliyini təqdir etmək nemətdir. Qadının şərəfinə, iffətinə hörmət edərək gözəlliyini təqdir etmək lazımdır.
Qadının nəcibliyinə diqqət göstərərək, hörmət edərək tərif demək əhəmiyyətlidir. Qadın özü ilə ünsiyyətdə olanın keyfiyyətli və ağıllı olmasını istəyər.
Bəzi əxlaqsızlar qadın gördükləri zaman onu necə kədərləndirəcəklərini, necə faydalanacaqlarını düşünürlər. Qadın fövqəladə hörmətə layiq olan varlıqdır. Qadınların gözəlliyinə nail ola bilməməyin verdiyi həqirlik və qısqanclıqla təcavüzkarlıq edirlər. Doğru təhsil olsa qadına hörmət tam olar.
Nəzakət, mədəniyyət, bilik, keyfiyyət artırılsa qadınlar hər yerdə istədikləri kimi geyinər və azad gəzərlər. Əvvəlcə layiq olduqları hörməti görmələri lazımdır.
Azərilər candır. Allah dövlətlərini, hökumətlərini müvəffəqiyyətli etsin. Hüzurları, sevincləri daimi olsun.
Allahın rizasının ən çoxu üçün evlənmək olar. Peşəsinə, gəlirinə görə deyil, təqvasına, əxlaqına görə seçim edilər.
Mehdinin dövründə din Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi yaşanacaq. Bəzi alimlər öz sistemlərini pozduğu üçün Mehdidən uzaq olacaq.
Mehdi zahir olduqda Mehdiyə ilk qarşı çıxacaq olanlar bəzi saxta alimlər olacaq. Mehdini dini dəyişdirməklə ittiham edəcəklər.
Allah çətinlikləri, xəstəlikləri və acizlikləri insanların düşünməsi, Özünü sevmələri üçün yaradar.
Sevgisiz insanları əsil narahat edən və həsəd aparmalarına səbəb olan dekolte deyil, dostlarımın mənə olan böyük sevgisi və sədaqətidir. Bir çox kanalda əyləncə, söhbət proqramı var, qadınlar həmişə dekoltelidir, heç kim onlarla maraqlanmır. Dostlarımın sevgisinə həsəd aparırlar.